Əsas şikayətləri: əhval-ruhiyəsi aşağıdır, maraqların və zövq almaq qabiliyyətini itirib, diqqəti cəmləşdirmək qabiliyyəti enib, özünü günahlandırma ideyaları söyləyir, özünə inamı enib, gələcəyi pessimist şəkildə görür, yuxusu pozulub, qida qəbulundan imtina edir, intihar etməyə inadlıdır.
Suallar:
1. Kliniki diaqnoz hansıdır?
2. Ən optimal terapiya növü?
3. Terapiya seansların sayı və həftədə neçə dəfə aparılmalıdır?
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
Məsələ №2.
Xəstə, 31 yaş. Erkən inkişafı qüsursuz keçib, ali təhsilli, evlidir. Müəllim işləyir. 25 yaşında olarkən, səbəbsiz bir neçə həftə qəmgin və kədərli olmuş, marağı sönmüş, heç kəsi görmək istəməmiş, evdən bayıra çıxmamışdı. Təqribən bir aydan sonra hər şey qaydaya düşmüş, müalicə üçün həkimə müraciət etməmişdi. 6 ay əvvəl tədricən əhvalı dəyişmişdir, ümumi fəallığı günbəgün artmağa başlamışdı. İşdə bütün tapşırıqları cəld və həvəslə icra edirmiş, ən çətin tapşırıqları belə təkbaşına görməyə hazır olduğunu bildirirmiş. Bir neçə gündür ki yuxusu tam pozulub, özünü lüzumsuz tərifləyir, ucadan danışır, qəhqəhə ilə gülür, əvvəllər ona xas olmayan nalayiq zarafatlar edir. Hal hazırda heç bir müalicə qəbul etmir.
Daxili orqanları tərəfindən ilkin tibbi müayinə zamanı kobud patologiya aşkar olunmayıb. Temperaturu 36,80C. A/T -140-80 mm.c.süt.
Psixi status: ətraf mühitə və özünə bələdliyi pozulmamışdır. Həkimin suallarına cavab verir, çox danışır. Söhbət əsnasında tez-tez mətləbdən uzaqlaşır, başqa mövzulara keçir, ara-bir yerindən sıçrayaraq, harasa getmək istəyir, bir yerdə qərar tutmur. Özünü xəstə hesab etmir, ”saglamlığımdan şikayətim yoxdur” deyir. Xəstəxanaya gətirilməsində həyat yoldaşını təqsirləndirir. “Nə olsun ki yatmıram, mənim yuxuya ehtiyacım yoxdur, mən yorulmuram, iş yoldaşlarımdan soruşun mən necə işçiyəm, hamının əvəzinə mən işləyirəm. Xəstə özünü hər şeydən razı kimi göstərir, xahiş edir ki, onu elə bu dəqiqə evə buraxsınlar, çünki onu böyük işlər gözləyir. Şöbədə özünü şən və fəal aparır, ona aid olmayan söhbətlərə qoşulur, heç kəsə məhəl qoymadan təşəbbüsü öz əlinə almağa çalışır, hərəkətlərinə tənqidi münasibət bəsləmir.
Suallar:
-
Dostları ilə paylaş: |