MEŞƏLƏRİn yanğin təHLÜKƏSİZLİYİ (KÖNÜLLÜ yanğin mühafiZƏ DƏSTƏLƏRİ ÜÇÜn vəSAİT)



Yüklə 0.87 Mb.

səhifə1/11
tarix29.05.2017
ölçüsü0.87 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

MEŞƏLƏRİN YANĞIN

TƏHLÜKƏSİZLİYİ

(KÖNÜLLÜ YANĞIN MÜHAFİZƏ DƏSTƏLƏRİ ÜÇÜN VƏSAİT)

Kitab ENPİ/FLEG - “Avropa İttifaqının Qonşuluq Siyasəti 

Şərq Ölkələri və Rusiyanın Meşə Sektorunda Hüquq Tətbiqi 

və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi” programi 

çərçivəsində dərc olunub.

This book was published in the framework of the ENPI/

FLEG “Improving Law Enforcement and Forest Gover-

nance in the European Neighborhood East Countries and 

Russia”

MEŞƏLƏRİN YANĞIN 

TƏHLÜKƏSİZLİYİ

(KÖNÜLLÜ YANĞIN MÜHAFİZƏ DƏSTƏLƏRİ ÜÇÜN VƏSAİT)

Bakı-2012

Müəlliflər:

Lalə Dadaşova,

biologiya üzrə fəlsəfə

doktoru


Rəhim İbrahimov,  ETSN Meşələrin İnkişafı

Departamentinin sektor

müdiri

Əli Şükürov,



TN Respublika Ekoloji

Tərbiyə və Təcrübəçilik

Mərkəzinin direktoru

Azər Qarayev,

ENPİ-FLEG proqramının

ölkə əlaqələndiricisi



Korrektor:

Fəxriyyə Müsayeva



Kompyuter tərtibatı:  Rüstəm Zamanov

Tərcümə:

Fidan Hüseynli



Rəsmlər:

Yeganə Nəcəfova

Vəsait meşə sektoru mütəxəssisləri, könüllü yanğın mühafizə

dəstələri,  ətraf  mühit  üzrə  ictimai  təşkilatların  əməkdaşları,

meşə  istifadəçiləri,  müəllimlər,  tələbələr  və  məktəblilər  üçün

nəzərdə tutulmuşdur.



Autors:

Lala Dadashova,

PhD in Biology

Rahim İbrakhimov,  Head of sector of the

Forest Development

Department of Ministry of

Environment and Natural

Resources

Ali Shukurov,

director of the Republican

Center of Ecological

Training and Experience

Ministry of Education

Azer Garayev,

ENPI FLEG Country

Program Coordinator

for Azerbaijan

Corrector:

Fakhriyya Musayeva



Computer design:  Rustam Zamanov

Translation:

Fidan Huseynli



Artist:

Yegana Najafova

The book is intended as a tutorial for the forest specialists,

volunteers’  brigades,  forest  dependent  communities,  teach-

ers, youth and school students.


3

MEŞƏLƏRİN

Y

ANĞIN


TƏHLÜKƏSİZLİYİ

GİRİŞ


S

on illərdə qlobal iqlim dəyişmələri

və antropogen fəaliyyətin

güclənməsi nəticəsində planetdə baş

verən meşə yanğınlarının miqyası

getdikcə artmaqdadır. Dünya üzrə

statistik göstəricilərə əsasən hər on

meşə yanğını hadisəsindən səkkizi

insanların ehtiyatsızlığı nəticəsində

baş verir. Əhalinin meşə haqqında

biliklərinin artırılması və ekoloji

mədəniyyətinin yüksəldilməsi meşə

yanğınları ilə mübarizə sahəsində

mühüm vəzifələrdən biridir. Meşə

yanğınlarının əsas səbəblərinin aradan

qaldırılması üçün profilaktik tədbirlərin

aparılmasına, meşə istifadəçilərinin

yanğın təhlükəsizliyi qaydalarına riayət

etməsinə, meşələrin qorunmasında və

davamlı idarə edilməsində ictimaiyyətin

yaxından iştirakına, əhalinin müxtəlif

təbəqələrinin, o cümlədən gənc nəslin

ekoloji tərbiyəsi məsələlərinə xüsusi

diqqət yetirilməlidir.

Avropa Komissiyasının təşəbbüsü

ilə 2005-ci ildə Sankt-Peterburq

şəhərində dünyanın 44 ölkəsinin

ətraf mühit nazirlərinin iştirakı ilə

keçirilən beynəlxalq konfransda

“Avropa İttifaqının qonşuluq siyasəti

şərq ölkələrinin və Rusiyanın meşə

sektorunda hüquq tətbiqi və idarəetmə

sisteminin təkmilləşdirilməsi” proqramı

(ENPI FLEG: European Neighbourhood

and Partnership Instrument- Forest

Law Enforcement and Governance

Proqram) qəbul edilmişdir. Azərbaycan

Respublikasının iştirak etdiyi bu

proqramda meşələrin qanunsuz

qırılmasının qarşısının alınması, meşə

sektorunun davamlı idarə olunmasında

ictimaiyyətin iştirakı, meşə yanğınlarına

qarşı mübarizə, əhalinin ekoloji

maarıfləndirməsi məsələləri nəzərdə

tutulmuşdur.

Təqdim olunan vəsait meşə

yanğınlarına qarşı mübarizədə

könüllü yanğın mühafizə dəstələrinin

fəaliyyətinin gücləndirilməsinə, ekoloji

maarifləndirmə vasitəsilə ictimai

təşəbbüsün genişləndirilməsinə,

dövlət orqanları ilə ictimai təşkilatların

birgə əməkdaşlığı şəraitində yanğın

təhlükəsizliyinin təmin olunmasına həsr

olunur. Vəsaitin hazırlanmasında əsas

məqsəd ölkəmizin meşə ehtiyatlarının

qorunmasında bütün maraqlı tərəflərin

səylərini birləşdirməklə, meşə

yanğınlarının qarşısının alınmasının

əsas üsulları barədə əhalinin

məlumatlandırılmasıdır.

Vəsaitin I fəslində dünya meşələrində

baş verən yanğın hadisələri, meşələrin

yanğından mühafizəsi strategiyası,

Azərbaycan meşələrinin yanğın

təhlükəsizliyi, meşə yanğınlarının

qarşısının alınması tədbirləri ətraflı

şərh olunur. Bu fəsildə meşələrin əsas

ekoloji funksiyaları, qlobal əhəmiyyəti,

meşələrə antropogen təsirlər, meşə

yanğınlarının səbəbi və nəticələri

barədə məlumatlar yaşıl sərvətin

qorunmasının fövqəladə əhəmiyyətini

nümayiş etdirir.

Kitabın II fəsli meşələriin yanğından

mühafizəsi sistemində profilaktik

tədbirlərə həsr olunur. Meşə

yanğınlarının əsas səciyyəsi, yanğın

növləri, yanma materiallarının

tipləri, yanğına təsir edən amilər və

söndürülməsi üsulları barədə ətraflı

məlumat verilir. Göstərilən məlumatlar

yanğın vəziyyəti barədə bilikləri

artırmaqla yanaşı, könüllü yanğından

mühafizə dəstələrinin əsas fəaliyyət

istiqamətlərini müəyyənləşdirməyə

kömək edir.

Meşə yanğınları ilə mübarizənin

hüquqi əsaslarına həsr olunmuş

III fəsildə ölkə qanunvericiliyində

nəzərdə tutulmuş meşə yanğınlarının

söndürülməsinə fiziki və hüquqi

şəxslərin cəlb olunması qaydaları,

Azərbaycan meşələrində yanğın

təhlükəsizliyi qaydaları, Meşə

Məcəlləsində öz əksini tapmış

meşələrin yanğından mühafizəsi,

yanğın nəzarəti və təhlükəsizliyin

pozulmasına görə məsuliyyət

məsələləri şəhr olunur.

Giriş


4

MEŞƏLƏRİN

Y

ANĞIN


TƏHLÜKƏSİZLİYİ

GİRİŞ


Vəsaitin IV fəslində meşə yanğınlarının

qarşısının alınması məqsədilə meşə

mühafizəsi və bərpası müəssisələrinin

mütəxəssisləri, yanğından mühafizə

xidmətinin əməkdaşları, könüllü

mühafizə dəstələri tərəfindən

əhalinin müxtəlif təbəqələri arasında

profilaktik tədbirlərin keçirilməsi

üsulları barədə məlumatlar əks etdirilir.

Bu fəsildə müxtəlif sosial qrupların

meşələrə məsuliyyətli münasibətinin

formalaşdırılması, ekoloji

maarifləndirmənin və tərbiyənin əsas

metodları, gənc meşəçilər dəstələrinin

fəaliyyəti, yanğın əleyhinə informasiya-

təbliğat materiallarının hazırlanması

qaydaları, kütləvi informasiya vasitələri

ilə əməkdaşlıq məsələləri təsvir edilir.

Meşə istifadəçiləri üçün meşədə və

ekoloji cığırda davranış qaydaları,

nəqliyyatda təhlükəsizliyin təmin

olunması tələbləri ekoloji mədəniyyətin

daha da inkişaf etdirilməsi baxımından

əhəmiyyətlidir.

Təqdim olunan vəsaitdə meşə

yanğınları barədə tövsiyə olunan

məlumatlar həm meşə sektoru

mütəxəssisləri, könüllü yanğın

mühafizə dəstələri, ətraf mühit üzrə

ictimai təşkilatlar, həm də meşə

istifadəçiləri, müəllimlər, tələbələr və

məktəblilər tərəfindən istifadə edilə

bilər. Bu məlumatların əhali arasında

təbliğ edilməsi planetin misilsiz sərvəti

olan meşələrin qorunması və davamlı

istifadəsi sahəsində vətəndaşlıq

məsuliyyətinin artırılmasında yardımçı

ola bilər.



Müəlliflər

Introduction

D

ue to the climate change and



increasing effect of anthropogenic

impact number of wildfire on

the Planet is rapidly growing.

According to world statistics 8 out

of 10 wildfire cases are caused by

human carelessness. One of the key

objectives in the area of fighting

the wildfires is increasing of forest

knowledge and ecological culture

among the population. For effective

tackling the main causes of wildfires

attention has to be paid to ensuring

preventive activities, compliance of

the forest users with the fire safety



5

MEŞƏLƏRİN

Y

ANĞIN


TƏHLÜKƏSİZLİYİ

GİRİŞ


rules, closer public participation in

forest protection and sustainable

forest governance, focus on ecological

education of various groups of the

society, including youth.

In 2005 ministers of ecology and

environment of 44 countries gathered

in Sankt-Petersburg to participate at

the international conference devoted

to modern ecological problems.

With the active participation of the

European Commission a new Program

“Improving Forest Law Enforcement

and Governance in the European

Neighborhood Policy East Countries

and Russia” was unanimously adopted

during the conference.  In the

framework of implementation of the

ENPI/FLEG Program in Azerbaijan

activities regarding ensuring public

participation in prevention of illegal

logging and sustainable forest

governance, fighting wildfires,

ecological education of population are

envisaged.

This tutorial is dedicated to

strengthening of volunteers’ brigades

dealing with wildfire protection,

widening of public initiative through

ecological education and ensuring

wildfire-free security environment in a

spirit of cooperation between the state

authorities and public organizations.

The main objective of the manual is

raising the public awareness on main

wildfire prevention tools through

unifying of efforts of all stakeholders

for preservation of the country’s forest

resources.

Chapter I of the tutorial broadly

discusses wildfire cases, wildfire

prevention strategy, fire safety of

Azerbaijani forests and activities for

effective countering of wildfires. In this

chapter main ecological functions of

the forests, global value, anthropogenic

impact on the forests, information on

reasons and outcomes of wildfires

demonstrate an ultimate importance of

preservation of green wealth.

Chapter II of the book is dedicated

to prevention activities in the system

of protection from the wildfires.

It contains information on main

characteristics of the wildfires, types

of fire, types of fuel materials, factors

affecting fires and extinguishing tools.

Alongside with the increasing of

knowledge on state of fire this chapter

defines main directions of activities of

wildfire protection volunteers’ brigades.

Chapter III which is dedicated to

legal bases of fight against wildfire

contains rules envisioned by legislation

on attraction to the fire extinguishing

activity of physical and legal entities,

fire safety rules of the Republic of

Azerbaijan, wildfire protection foreseen

by the Forest Code, fire control and

responsibility issues in case of violation

of safety.

Chapter IV contains information on

tools for conduction of preventive

activities among the various groups

of society for the specialists of

Forest Protection and Rehabilitation

Enterprises (FPREs), employees of

fire protection service and volunteers’

brigades. This chapter describes

formation of responsible approach

of various social groups towards the

forests, main methods of ecological

education and awareness, activity

of the young foresters, rules of

development of fire safety informational

promo materials and issues of

cooperation with the mass media. For

the forest users rules of conduct in the

ecological pathways and forests, safety

ensuring requirements in transport

are important from the standpoint

of further development of ecological

culture.

Recommended wildfire information

presented in the tutorial can be used

as by the forest specialists as well

as by the forest users, teachers,

and university and school students.

Promotion of this information among

the population can be helpful in

increasing of civil responsibility in the

area of preservation and sustainable

management of the great wealth of our

Planet – the forests.



Authors

6

MEŞƏLƏRİN

Y

ANĞIN


TƏHLÜKƏSİZLİYİ

FƏSİL


I

I Fəsil


DÜNYA MEŞƏLƏRİNDƏ YANĞIN HADİSƏLƏRİ

B

ütün dünyada nəzarətsiz meşə



yanğınları dəhşətli təbii fəlakətə

çevrilmişdir. Hətta yüksək səviyyədə

təşkil olunmuş mühafizə sistemlərinə

və kifayət qədər resurslara malik

olan dövlətlər belə quraqlıq illərində

meşələri yanğından tam qorumaq

imkanından məhrumdurlar. Təkcə

2000-ci ildə planetdə baş vermiş

meşə yanğınları 351 milyon ha ərazini

əhatə edir. Il ərzində yanmış biokütlə

9,2 milyard ton təşkil edir. Son illərdə

meşə yanğınlarının sayı həm şimal

yarımkürəsinin mülayim meşələrində,

xüsusən tayqada, həm də yağışlı tropik

meşələrdə getdikcə artmaqdadır. Bu

meşə örtüyünün ayrı-ayrı hissələrə

bölünməsi, həmçinin meşəsizləşmə

ilə əlaqədar olub, qlobal iqlim

dəyişmələrinin və güclənməkdə olan

antropogen təsirin nəticəsidir.

Müxtəlif ölkələrdə meşə yanğınlarının

aşkar olunması, yanğınlarla

mübarizə, qeydiyyat və nəticələrin

qiymətləndirilməsi sistemlərinin

keyfiyyəti və təşkili müxtəlifdir. Son

onilliklərdə peyk vasitəsilə alınan

məlumatlardan istifadə olunsa da,

bu məlumatlar meşə yanğınlarının

miqyasını və onların əsas göstəricilərini

tam əks etdirə bilmir. Meşə yanğınları

nəticəsində vurulan zərəri heç də

həmişə və hər yerdə hesablamaq

mümkün olmur.

Meşə yanğınları ətraf mühitin

davamlılığını pozmaqla, həm də

yenidən yaratmaqla səciyyələnir.

Bəzi təbii ərazilər yanğınların

çoxluğundan, digərləri isə yanğının

az olmasından zərər çəkir. Təkcə baş

verdikləri regiona deyil, həm də bütün

planetin atmosfer proseslərinə təsir

edən fəlakətli meşə yanğınlarının

nəticələri xüsusilə ağır, çoxcəhətli və

uzunmüddətlidir.

Fəlakətli meşə yanğınları nəticəsində

aşağıdakı proseslər baş verir:

 Əsas yaşayış məskənlərinin

dağılması nəticəsində bitki

örtüyünün bioloji məhsuldarlığının

azalması və az qiymətli meşələrlə

əvəz olunması.

 Torpağın donma-ərimə rejiminin

geri dönməyən dəyişiklikləri.

 Istilik rejiminin uzunmüddətli

dəyişmələrinin davamlılıqdan

kənara çıxması (iqlim sıçrayışları).

 Həşəratların kütləvi artmasının

güclənməsi və xəstəlik

mənbələrinin yaranması.

 Biomüxtəlifliyin geriyə dönmədən

tükənməsi.

 Yanğın zamanı əmələ gələn zərərli

maddələrin ətraf mühitə yayılması.

 Yanğının regional hava şəraitinə

və iqlimə, planetin iqlim sisteminə

təsiri.


 Mənfi nəticələrin toplanması (məs,

“yaşıl səhralaşma”).

 Günəş şüasının əks etdirilməsinin

artması nəticəsində yer səthinin

soyuması.

 Atmosferin qlobal istiləşməsi.

 Havada əmələ gələn zərərli

hissəciklərin əhalinin sağlamlığına

təsiri.

Bir çox ölkələrdə meşələrin



yanğından mühafizəsinin təşkilinə

mövcud yanaşmalar dəfələrlə köklü

dəyişikliklərə məruz qalmışdır.

Hazırda bütün dünyada meşə

yanğınlarının qarşısının alınması və

aradan qaldırılmasının metodları və



7

MEŞƏLƏRİN

Y

ANĞIN


TƏHLÜKƏSİZLİYİ

FƏSİL


I

texnologiyaları barədə kifayət qədər

tam və müxtəlif cəhətli məlumatlar

toplanmışdır. Həmçinin qlobal

proseslərdə meşə yanğınlarının rolu

və ekoloji nəticələri barədə mühüm

anlayışlar formalaşmışdır. Alovun

təkamülün inkişafında mühüm amil

olması, yanğının meşəyə təsirinin

yalnız zərərli deyil, müəyyən mənada

faydalı, bəzən də zəruri təsir vasitəsi

olması qəbul edilmişdir. Bu baxımdan

insan fəaliyyəti ilə əlaqədar olan

fəlakətli meşə yanğınları ən təhlükəli

yanğınlar kimi qiymətləndirilmişdir.

Planetdə meşə yanğınlarının

sayının getdikcə artması həmçinin

bu yanğınların sosial - iqtisadi və

ekoloji zərəri dünya ictimaiyyətinin

narahatçılığına səbəb olaraq bu sahədə

əməli tədbirlər görmək üçün səyləri

birləşdirməyə vadar etdi. 1992-ci ildə

Rio-de Janeyro şəhərində keçirilən

BMT-nin Ətraf mühit və inkişaf üzrə

Beynəlxalq Konfransında meşələrin

kütləvi qırılmasının qarşısının alınması

və mühafizəsi problemləri də müzakirə

edildi. Konfransda meşələrin davamlı

idarə edilməsinin əsas prinsipləri

müəyyənləşdirildi. Beynəlxalq

forumda meşə yanğınları zamanı

planetdəki üzvü biokütlədə yüz illərlə

toplanmış karbon qazının atmosferə

ixrac olunmasına şərait yaranması

qeyd olundu. Bütün dünyada meşə

ehtiyatlarının davamlı istifadəsinin

əhəmiyyəti göstərildi. Ətraf mühit

problemlərinin bütün maraqlı tərəflərin

iştirakı ilə daha effektiv həll olunması

xüsusi olaraq vurğulandı. Ilk dəfə

1990-cı ildə Kanadada yaradılmış

davamlı idarə edilən model meşələr

barədə RİO-92 konfransında məlumat

verildi. Konfransdan sonrakı dövrdə

Latın Amerikası, Şimali Avropa,

Yaponiya və digər ölkələrdə də davamlı

idarə edilən model meşələr təşkil

olundu.


Hazırda dünya üzrə 30-dan artıq belə

model meşə fəaliyyət göstərir. Model

meşələrin fəaliyyət meşə ehtiyatlarının

davamlı istifadəsinin yerli əhalinin

sosial tələbatlarının ödənilməsinə,

bioloji müxtəlifliyin qorunmasına,

meşə ekosistemlərinin qorunmasına və

bərpa olunmasına, təbii ehtiyatlardan

istifadə zamanı iqtisadi, sosial və

ekoloji tələblərin nəzərə alınmasına

yönəldilir. Model meşənin əsas vəzifəsi

meşə ekosistemlərinin vəziyyətinin

monitorinqidir. Bunun üçün model

meşələrdə meşə ehtiyatlarının davamlı

istifadəsinə, suyun təmizliyinə, ayrı-

ayrı növlərin populyasiyada sayına,

meşələrin yanğından mühafizəsinə və

əhali arasında maaarifləndirmə işlərinin

aparılmasına xüsusi nəzarət edilir.

Ətraf mühitin problemlərinin həllində

ictimaiyyət əsas rol oynayır. Bir çox

ölkələrdə meşə yanğınlarının qarşısının

alınmasında yerli əhalinin iştirakının

müsbət nəticələri vardır. Xüsusi

beynəlxalq qurumların o cümlədən,

Qlobal Yanğın Monitorinqi Mərkəzinin,

Təbii Yanğınlarla Mübarizə üzrə

Beynəlxalq İttifaq və digər təşkilatların

yaradılması bu sahədə dünya

ictimaiyyətinin səylərini artırmağa

xidmət edir və qlobal miqyasda

beynəlxalq layihələr həyata keçirilir.

BMT-nin nəzdində dünya üzrə meşə

yanğınlarını tədqiq edən əməkdaşlıq

təşkilatları yaradılmışdır. Bu

təşkilatlardan Yanğınlarla Mübarizədə

Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti,

Avropa İqtisadi Komissiyasının təbii

yanğın təşkilatları şəbəkəsi, Şimali

Amerika Meşə Təsərrüfatı Komissiyası,

FAO-nun yanğınla mübarizə üzrə

işçi qrupu və digərləri müvafiq

razılaşmalar əsasında fəaliyyət göstərir.

Bu təşkilatların əsas vəzifəsi - təbii

yanğınların bəşəriyyətə və qlobal

mühitə neqariv təsirinin azaldılması,

təbii yanğınlar üzrə ümumi dünya

platformasının yaradılmasıdar.

Kənd təsərrüfatı tədqiqatları üzrə

Təşkilatların Beynəlxalq İttifaqı

(İUFRO), Meşə yanğınlarını tədqiq


8

MEŞƏLƏRİN

Y

ANĞIN


TƏHLÜKƏSİZLİYİ

FƏSİL


I

edən 8,05 qrupu, Boreal meşələrin

tədqiqi üzrə Beynəlxalq Assosiasiyanın

təbii yanğınlar üzrə işçi qrupu bütün

dünyada baş verən meşə yanğınları

barədə məlumatları toplayaraq

sistemləşdirir.

Son illərdə kütləvi meşə yanğınları

problemləri üzrə bir sıra beynəlxalq

müşavirələr və konfranslar

keçirilmişdir. Belə konfranslardan

biri Avstraliyanın Sidney şəhərində 8

oktyabr 2003-cü il tarixdə keçirilən

kütləvi yanğınlar üzrə beynəlxalq

sammitdir. Bu konfransda beynəlxalq

meşə yanğını siyasətini müəyyən edən

sənədlər qəbul edilmişdir:

-  kütləvi yanğınlarla mübarizə üzrə

beynəlxalq layihələrin hazırlanması

prinsipləri barədə razılaşma;

-  bir və ya bir neçə ölkə ilə kütləvi

yanğınlarla mübarizə üzrə qarşılıqlı

yardımda iştirak etmək arzusunda

olan ölkələr üçün model sənəd

barədə razılaşma;

-  kütləvi yanğınlarla mübarizədə

təxirsiz müdaxilə sisteminin (İCS)

beynəlxalq standart kimi qəbul

edilməsi barədə razılaşma;



-  kütləvi yanğınlar probleminin və

beynəlxalq təşəbbüslərin gələcək

fəaliyyət strategiyası barədə

razılaşma.

Sammitin tövsiyyəsi ilə aşağıdakı

məsələlər üzrə razılaşmalar qəbul

olundu:


: site -> assets -> files
files -> European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program
files -> Avropa İttifaqının Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə
files -> Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası
files -> Dəftər vərəqi haqqında nağıl, 2016, wwf-azərbaycan, Bakı
files -> Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqinin və İdarəçilik
files -> Üzvlərinin adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı, onların tə
files -> Üzvlərinin adı, soyadı, telefon nömrəsi, elektron poçt ünvanı, onların tə


  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə