YERDƏN SƏS -
Təkcə pula görə deyil. Siz mollalar öz dinimizi o
qədər hörmətsiz iləmisiz ki, çoxları ondan imtina etmək
istiyir. Düz diyir o kişi, bizə kilsə laszımdı. Çünki belə getsə,
xristianlığı qəbul iliyənlərin sayı gündən-günə çoxalacaq.
MOLLA PIRVƏLI -
Ay Allahın bisavad bəndələri, siz
bilmirsinizmi ki, hindi hər şey kimi din də azaddı? Kim hansı
dini istəsə seçə bilər. Xəbəriniz yoxmu ki, elə xristianların
özdərinnən nə qədər islamı qəbul iliyənlər var? Özü də
bizimkilər onnara pul-zad da verib eləmirlər.
BIR NƏFƏR -
Ay camaat, məni bir başa salın görüm, diyirsiz ki,
hindi ya pul alıb, yain ki, heç pul da almadan dinini
dəyişənnər peyda olub. Bəs onnarın şalvarlarının altı necə
olur, orasını da dəyişdirirlərmi?
Ümumi gülüşmə.
66
MOLLA PIRVƏLI -
(Daha bərkdən əsəbiləşir.) Tfu! Doordan da,
sizə heç bir din, məscid lazım deyilmiş. Hayıf mənim
zəhmətim... (Acıqlanıb çıxıb gedir.)
Eşşək yenə hardasa anqırır.
YERDƏN SƏS -
Aha, azan başladı. Şeyximiz getdi namazını
qılmağa.
Gülüşürlər.
İYİRMİ YEDDİNCİ FRAQMENT
REPRODUKTOR –
(Musiqi.) Quq-quu... Diqqət, diqqət! İndicə
aldığımız son məlumata görə meydana yığışıb səbirsizliklə
yolunu gözlədiyimiz hörmətli cənab Görüşov öz “Niva”sıyla
artıq kəndimizə yaxınlaşmaqdadır. Heç demə, bu məsul
vəzifəli şəxs hələ günorta kəndə çatmamış zırpı Hətəm onu
Çeşməli bulağa aparıbmış, qonağın şərəfinə balaca bir quzu
kəsibmiş, iki dənə də balaca qarpız kəsibmiş, beş-altı dənə
də balaca araqlardan açıbmış.
Yaxınlaşmaqda olan sürəkli maşın siqnalları diktorun sözünü ağzında
qoyur. Musiqi davam edir.
YERDƏN SƏSLƏR -
Aha, gəldilər, gəldilər!..
Maşınlar tormoz verib dayanır. Qapılar açılır, çırpılıb bağlanır. Zırpı Hətəm
qabaqda, onun ardınca Görüşov, xəstə Qasım, ambardar Fərzəli səhnəyə
daxil olurlar.
Oturanlardan kimlərsə ayağa qalxır, kimlərsə əl çalır. Fit çalanlar da var.
Dinməzcə səhnəyə qalxırlar. Bir az əvvəl hazırlanmış stolun arxasında
yerlərini tuturlar, üzlərini meydana çevirib camaatın sakitləşməsini
gözləyirlər.
ZIRPI HƏTƏM -
(Sərxoşluğunu gizlətməyə çalışaraq,
qabağındakı kağızlara baxa-baxa.) Bağışdıyın, bir az
gecikdik...
Nə isə, iclasımıza başdıyırıx.
A yoldaşlar, sizdərə yaxşı məlumdu ki, əlində bir ildir mən
67
qalxoz sədriyəm. Özümü tərifləmək olmasın, bu böyük
srokdu. Mənnən əvvəlki sədirlər ən çox işdəyəndə altı ay
işdiyiblər. Son on ildə qalxozumuza iyirmiyə qədər adam
rəhbərlik iliyib. Onnarın içində bu vəzifəni məəm qədər çox
aparan olmuyub. Mən də daa yorulmuşam, camaatnan üz-
göz düşmüşəm, açığı, daa işdiyə bilmirəm. Bir aydan çoxu
ki, ərzə yazmışam, işdən çıxmax barəsində. Amma ki,
ərzəmə baxmırlar. Diyirlər ki, yerimə adam tapmalıyam,
soora. Büyüm bura yığışmaxda da məqsədimiz budu ki,
özünüzə təzə sədr seçəsiniz. Sabahdan daa mən işə
çıxmayacam.
Bu məsələni tam obyektiv və demoqratik yolla həll iləmək
üçün hətta yoldaş Görüşovun özünü də dəvət iləmişik.
Hörmətdi qonağımızı siz yaxşı tanıyırsız. Gəlin onu alqışdıyax
və sözü ona verək. Və həm də yoldaş Görüşovu iclasımıza
sədir seçək, qoy məclisimizi idarə iləsin...(Bərkdən əl çalır.)
Oturanlar da əl çalırlar.
GÖRÜŞOV -
(Azacıq səndirləyə-səndirləyə tribunaya gedir, bir
neçə udum su içir, əlini çallaşmış saçına çəkir, qalstukunu
düzəldir, gözünə eynək taxır, boğazını artlayaraq sözə
başlayır.)
Yoldaşlar... mən demək istəyirəm ki, dəfələrlə
sizin belə məclislərinizdə iştirak eləmişəm. Mən demək
istəyirəm ki, o zamanlar başqa zaman idi, yuxarıdan nə
deyirdilərsə siz də “Baş üstə” deyirdiz və biz də, mən demək
istəyirəm ki,istədiyimiz adamı sizə sədr təsdiq edirdik. İndi
zaman dəyişib, xalq özünə rəhbəri özü seçməlidir. Və mən
demək istəyirəm ki, indi əlinizə gözəl şans düşüb, bundan
istifadə eliyin. Və mən demək istəyirəm ki, bəlkə əvvəlki
idarəetmə üsulu səhv imiş, odur ki, kolxoz sədrləri beş-altı
ay işləyib istefa verirdilər. Və yaxud biz özümüz onları
çıxarıb başqa işə göndərməli olurduq. Və mən demək
istəyirəm ki, yenə də istəsək biz Hətəmovun yerinə layiqli
bir kadr təyin edə bilərdik. Amma mən demək istəyirəm ki,
bu doğru olmazdı. Demək istəyirəm ki, yeni qurduğumuz
müstəqil dövlətin prinsiplərilə düz gəlməzdi. Və mən demək
istəyirəm ki, di buyurun, indi söz sizindir.
Meydan bir müddətliyinə susur.
68
(Sükutu pozaraq.) Danışmaq istəyən yoxdumu? Varsa,
buyursun, əlini qaldırsın və mən demək istəyirəm ki, onlara
bir-bir söz verək.
Birdən hamı əlini qaldırır. Hətta iki əlini qaldıranlar da var.
Baho... (Təəccüblə geri dartınır.) Mən demək istəyirəm ki,
hamınızın ürəyi sözlə dolu imiş ki. Daha denən ki, (Üzünü
Hətəmə tutub yalnız onun eşidəcəyi tərzdə.) gecə
yarısınacan burdayıq.
Hətəm əlilə, gözülə işarə sedir ki, narahat olmasın.
(Eynəyini burnunun ucuna sallayıb meydanı süzür,
baxışlarını gəzdirərək əlini hamıdan yuxarı qaldırmış fıstıq
Səftərin üstə saxlayır.) Buyurun... (Adını yadına salmağa
çalışır.)
YERDƏN SƏS -
Fıstıq Səftər.
GÖRÜŞOV –
hə, hə... Fıstıq, ee, Səftər kişi. Mən demək
istəyirəm ki, buyurun, danışın. (Tribunadan enir.)
Stol arxasındakılar ayağa qalxıb onun öz yerinə keçməsini gözləyirlər.
Zırpı Hətəm bir az da yaxın oturub onun qulağına nəsə pıçıldayır.
FISTIQ SƏFTƏR -
(Tribunaya qalxır, yumruğunu ağzına tutub
öskürür.) Əvvəla, mən dimək istiyirəm ki, bizim kəndimizə
xoş gəlmisən, hörmətdi yoldaş Göyüşov.
Meydan qımışır.
ZIRPI HƏTƏM -
(Əlini ağzının qırağına tutub tribunaya tərəf
əyilir, pıçıltı ilə.) Göyüşov yox, ədə, Görüşov, Görüşov.
FISTIQ SƏFTƏR -
Hə?.. Bağışdıyın. Əvvəla, mən demək
istiyirəm ki, bizim kəndimizə xoş gəlmisən, hörmətdi yoldaş
Göyrüşov.
Meydan bir az da bərkdən qımışır.
Görüşov eynəyinin üstən fıstıq Səftərə tərs-tərs baxır.
ZIRPI HƏTƏM -
(Əsəbiləşmiş tərzdə tribunaya tərəf bir az da
əyilir, ucadan pıçıldayır.) Göyrüşov yox, ədə, Göyüşov,
Göyüşov, ee, Görüşov, Görüşov.
69
Meydanda gülüşmə qopur.
FISTIQ SƏFTƏR -
Bəs mən nə təər diyirəm, a Zırpı? Örüşov
da, Örüşov.
ZIRPI HƏTƏM -
(Lap əsəbiləşir.) Örüşov yox, ədə, Öyüşov,
Öyüşov. Ee, tfu, Göyüşov, tfu, Görüşov, Görüşov!
Gülüş səsləri meydanı başına götürür.
Görüşov pərt halda başını stola dikib oturur.
(Ayağa qalxır, əsəbi halda qabağındakı jurnalı, kağızları stola
çırpır, toz qopur, acıqlanıb qışqırır.) Tfu! Ayıb olsun sənə,
fıstıq Səftər! Hörmətdi qonağımızın familiyasını sən nə tez
yaddan çıxardın? Bir dəfəlik aç qulağını, həmişəlik yadında
saxla! Görüşov, Görüşov! Bildin, qandın?
FISTIQ SƏFTƏR -
(Yalandan yazıqcasına.) Bağışdıyın, vallah,
başım xarab olub diyəsən. Hindi mən necə diyim diyirsən:
Gödüşov, Goduşov?
Meydan sanki gülüşdən partlayır.
Görüşov artıq yerində otura bilmir, bir əlilə üzünü tutaraq sürətli
addımlarla səhnədən çıxır.
ZIRPI HƏTƏM -
(Hiddətlənmiş halda Səftərə yaxınlaşır,
yumruğunu havaya qaldıraraq bağırır.) Tfu! Nə Goduşov,
Goduşov salmısan əə? Gülüşob, Gülüşob! Qandınmı? Ee,
səni görüm lənətə gələsən! Düş aşağı, düş, düş! Başımızı
yerə soxdun. (Səftəri dartıb tribunadan salır, tez Görüşovun
dalınca qaçır.)
“Rəyasət heyəti”ndə oturanlar da yanğın baş vermiş kimi tələm-tələsik
onun ardınca qaçırlar. Xəstə Qasım nəsə fikirləşib geri qayıdır, ayaq üstə
durub meydana baxa-baxa qalır.
FISTIQ SƏFTƏR -
(Öz-özünə danışa-danışa səhnəcikdən
enir.) Mən nə təər didim, əə? Gəlişov didim, Gedişov didim?
XƏSTƏ QASIM -
(Əlindəki xətkeşi stola döyəcləyərək camaatı
sakitləşdirir.) A yoldaşlar, a yoldaşlar! Bir qulax asın görək
nə diyirəm?..
Səslər bir qədər azalır.
70
Ə, Fıstıx, bir qanacağın, mərifətin olsun. O boyda hörmətdi
yoldaş... (Səhv edəcəyindən ehtiyatlanaraq bir an susur.)
Görüşovu təhqir etdin. Indi kişi gedib polisə zəng vuracax ki,
gəlin aparın onu, salın qoduxluğa. Axırın nə olacax əə sənin?
YERDƏN SƏS -
Ay telefonlar işdədi ha...
XƏSTƏ QASIM -
Telefonlar işləməz, ratsiyanan danışar. Bəlkə
hələ cib telefonu da var onun. Bu boyda cinayətə göz
yummax olar?
FISTIX SƏFTƏR -
(Yerndən atılır.) O hansı cinayətdi əə? Nə
böyük iç olub. Çaşıb kişinin familiyasını düz deməmişəm,
görürsənmi. Buna statya-zad yoxdu. Heyliyə qalsa, birinci o
məni təhqir iliyib. Gül kimi adımı qoyub mənə Fıstıx diyib.
Meydan yenə uğuldayır.
Fıstıx, Fıstıx... Pah atonnan! Qələt iləmədim ki, bir- iki dəfə
aparıb bazarda fıstıx satdım. Heyliyə qalsa, qalxozun
tonnarnan buğdasını satıb yiyirsiz, mal-qarasını yiyirsiz,
otunu, silosunu satırsınız. Onda mən də diyim: silos Qasım!
Xoşun gələr?
XƏSTƏ QASIM –
Bəsdi, ə, bəsdi. Sən onsuz da düzələn əyri
dölüsən. Elə düzünə liyib Şirəlinin arvadı Taytax vurub başını
yarıb.
FISTIX SƏFTƏR -
Sən get öydə qarıyan qızıvun dərdini çək, get
Həsənqulu kişinin ayaxlarına yıxıl ki, nəvəsi gəlib onu alsın,
xarici arvadına qulluqçu da varsa götürsün.
XƏSTƏ QASIM –
Tfu! Həyasızın biri... Sən də get onnan-bunnan
şikayət yazıb pul qopart.
Elə bu vaxt zırpı Hətəm, yoldaş Görüşov, ambardar Fərzəli sıra ilə
səhnəyə qayıdır, heç nə olmamış kimi yerlərini tuturlar.
İYİRMİ SƏKKİZİNCİ FRAQMENT
71
AMBARDAR FƏRZƏLİ -
Hə... camaat, hərçəndi bir balaca çepe
oldu, bunsuz işimiz keçmir də, nə isə... İclasımız davam
edir. Buyurun, yoldaş... Görüşov.
GÖRÜŞOV –
(Başını dikəltmədən.) Hətəm, çıx tribunaya,
camaatın qabağına. Sənə bir neçə sualım olacaq.
Hətəm bir an özünü itirən kimi olur, lakin tez də “Baş üstə” deyib
tribunaya yanaşır.
(Əlindəki qələmi stola vura-vura sözləri ayrı-ayrı tələffüz
edərək soruşur. ) Mənə düzünü de görüm, sən nə üçün
işləmək istəmirsən?
ZIRPI HƏTƏM -
Yoldaş Görüşov... bilirsiz... mən dimək
istiyirəm ki... (Tutulub qalır.) Mən dimək istiyirəm ki...
FISTIQ SƏFTƏR -
(Ayağa qalxıb yerdən söz atır.) Mən diyim, o
niyə işləmək istəmir?
GÖRÜŞOV -
(İkrahedici baxışlarla baxır və etinasızcasına.) Hə,
buyurun, Səftər kişi.
FISTIQ SƏFTƏR -
(Həyəcanla.) Ona görə ki, qalxozu elə yiyib
dağıdıb ki, vaxtında aradan çıxmaq istiyir.İstiyir ki, bütün
kəm-kəsirlər təzə gələnin boynunda qalsın. Üzü gəlib daa
heç kimi işdədə bilmir. Iş getmir. Vaxtı ilə qalxoz min
tondan çox buğda becərirdi. Bu bizim kənd kimi üç-dörd
kəndə bəs iliyirdi. Hindi hamımız acınnan qırılırıx. Yüz qram
buğda bölmək istiyir.
Torpaxları fermer adıynan ona-buna satıb. O fermerlər də
otuz-qırx faizini kimlərəsə rüşvət verməknən dövlətdən
küllü-miqdarda suda alıb, “beş-üç ilə ya xan ölər, ya eşşək”
diyə bəy kimi dolanırlar. Çoxu da elə adamlardı ki, ömründə
əkin-biçin işilə məşğul olmayıb. Düzdü, aralarında yaxşı
işdiyənnər də var.
Bəs biz neyniyək? Torpağı ancaq pullulara verirlər. Bizə
vermirlər ki, biz nə ilə əkib becərəcəyik? Bir yana baxan elə
düz də iliyirlər. Mən iyirmi sotux yerimi şumladıb dirrik əkə
bilmirəm, hektarlarla yeri necə şumladım? Texnika qalıb
hindi? Toxumu hardan alax, nəynən alax?
Qonşu qalxozlar var, həmişəki kimi işdiyirlər. Yaxşı da
dolanırlar. Diyirlər, biz ölərik, qalxozu dağıtmağa qoymarıx.
Amma bizdə qalxozu öldürüblər lap. Beş-altı aydan bir təzə
sədir gəlir, bu leşi bir az da söküb gedir.
Hər dəfə də təpik bizə dəyir. Neyniyək? Necə dolanax?
Gedib rayonda işdəmək mümkün dölü. Birincisi iş yoxdu,
72
ikincisi, lap iş tapsan da, hər gün gərək iki məmməd o üzə
verəsən, iki məmməd də bu üzə. Bu da ayda bir paçkadan
yuxarı iliyir. Hindi harda adama o qədər maaş verirlər ki?
ZIRPI HƏTƏM -
(Çox dözsə də, axırda səbri çatmır.)
Burnunnan gəlsin, fıstıq Səftər, sənə ilədiyim yaxşılıqlar.
Türmədə çürüyürdün indi, mən olmaseydim. Hindi bunun
dilinə bax.
II KƏNDLI -
(Yerindən qalxıb.) Niyə acığına gəlir? Düz deyir də.
ÇOBAN MÜRSƏL -
(Ayağa qalxıb onun sözünə qoşulur.) A
kişilər, qartuşka əkməknən, lobya satmaxnan külfət
saxlamax olarmı? Bu olsa-olsa ailəyə bir köməkdi. Vallah,
günnərnən bizim öyümüzdə çay içilmir. Hardan alım iki-üç
gündən bir üç-dörd məmməd pesoğa pul? Əppək də heylə.
Uşaxlar bir az sünbül yığmışdı. Iki dənə də qoyun satıb ucuz
arpa almışdım. Hamı kimi mən də arpaya bir az boğda qatıb
az-az üyüdüb verirəm uşaxlara. Bu da çəksin bir ay, iki ay.
Bəs sonra? Bəs sonra nə vericəm? A kişilər, ayda dörd tay
un işdədirik. Buna beş milyon pul lazımdı. Üst-üstə mən
ayda iki şirvan tapa bilmirəm.
V KƏNDLI –
(Ayağa qalxır.) Daa dözə bilmirik. Məni bağışdıyın,
həyəcannan danışa da bilmirəm. Başa düşürəm. Hindi hər
yanda çətindi. Amma vallah bizdə lap çətindi. Həmişə
işdəmişik də. Heç olmasa, qalxoz boğdamızıca versə, digər
şeylərə bir əncam qılmax olar. Biz belə deyildik axı. Meşəli
belə olmuyub heç vaxt. Fərsiz rəhbət ucbatından bu günə
qalmışıx. Bu hətəmlər yıxdı bizi. A kişilər, pardıyıram,
boğdanı xırmandan gecəynən başqa kəndin adamlarına
satırlar, bizə yox. Fermerlərə satırlar, tonnarnan. Onnar da
aparıb bazarda baha qiymətə satırlar, guya ki, özdəri əkib-
becəriblər. Ay Hətəm, nə olar, onsuz da oğurruxdu diyən bir
az ucuz satırsan, heç olmasa, onu öz camaatıva sat da.
Satmırsan. Qorxursan axı, camaat üzüvə dura. Bəs nə cür
rəhbərsən ki, camaatıvın qeydinə qala bilmirsən.
ZIRPI HƏTƏM -
A kişilər, mən bacarmadım da. Hindi özüvüzə
yaxşı sədir seçərsiz, hansı havanı desəəz, o da həmin havıya
oynayar.
IV KƏNDLI –
(Bərkdən, lap həyəcanla.) Yoldaş Görüşov, xaiş
iliyirəm, xaiş iliyirəm, məə də söz ver. Kəndimizdə elə bir
hadisə baş verib ki, onu eşitsən o zırpı Hətəmin üzünə
lombaynan tüpürərsən.
73
GÖRÜŞOV -
Danış, danış, a yoldaş. Ancaq səbirnən, təmkinnən.
Nəyə həyəcanlanırsan ki?
IV KƏNDLI -
Yoldaş Görüşov, vallah dəhşətdi bu. O günü
axşamüstü kimsə gimgədə bir gop elədi, guya meşənin
harasınasa aparıb üç maşın boğda töküblər. Inanan olmadı.
Amma bir-iki nəfər “dəlidən doğru xəbər” diyib torba
götürərək bir-birindən gizlincə meşəyə yollandı.
YERDƏN SƏS -
Biri də sən. Özünü niyə dimirsən?
IV KƏNDLI -
Hə, biri də mən özüm. Mən də torba götürüb
getdim. Bəxtimizdən o gecəsi də ay işığı idi. Meşəni çox
gəzməli olmadıx, maşın gedə bilən yerlərə baş vurdux.
Doordan da, iki yerdə salafan örtüklə xeyli boğda
gizlədilmişdi. Kəndə səs düşdü. Əlinə torba alan meşəyə
cumdu. Səhərə kimi dalımızda torba-torba daşıdıx o iki
maşın taxılı. Sonra başdadıx üçüncü maşını axtarmağa. Düz
bir gecə, bir gündüz gəzdik. Nəhayət, ertəsi günü axşamüstü
tapdıx üçüncü maşın boğdanı. Daa doorusu, boğdanı yox,
boğda boşaldılmış yeri. Inanın mənə, bir maşın taxılı axar
çaya boşaltmışdılar. Su boğdanı yuyub aparmışdı. Yerə
dağılmış boğdanın üstünü də qumnan, qayırnan
basdırmışdılar ki, görüb-iliyən olmasın.
GÖRÜŞOV –
(Əyri-əyri Hətəmə baxır.) Başa düşə bilmirəm,
buğdanı meşəyə, çaya niyə boşaldırlar ki?
IV KƏNDLI -
Xəbər qopur ki, qalxoza qəfil yoxlama gəlir.
Ambarda hesaba düşməmiş atrıq məhsulu gizlətməli
olurlar. Bir az ora-bura, yerdə qalanı o yan-bu yan iliyə
bilmirlər. Allah bilir, neçə ton artıxları varmış. Əlacları kəsilib
aparıb meşəyə boşaldırlar ki, ara sakitləşəndən soora ya
kiməsə satsınnar, ya da ki, geri gətirsinnər.
YERDƏN SƏS -
Qumarda uduzulan boğdanı da desənə!
ZIRPI HƏTƏM -
(Əsəbi.) Yalandı bütün bunnar! Böhtandı!
İftiradı! Belə şey ola bilməz, qətiyyən! Faşist də bu cür iş
görməz. Yoldaş Görüşov, siznən kəsdiyim halal loxmaya and
içirəm ki, nə mən, nə də ki, idarənin digər işçiləri belə bir
qələt iləməz. Mən xaiş iliyioyrəm, qəmisya yaradın, araşdırın
bu işi. Böhtançılar cəzasına çatsınnar qoy!
Başını yerə dikib qalmış ambardar Fərzəli belini bir qədər dikəldir.
74
GÖRÜŞOV -
Dəhşətli cinayətdi bu. Mütləq araşdırmaq lazımdı.
Sən isə Hətəmov, nahaqdan and içmə. Bəlkə heç sənin də
xəbərin olmayıb, səndən gizli ediblər.
Fərzəlinin başı yenidən aşağı əyilir.
III KƏNDLI -
Yoldaş Görüşov, bütün kənd bilir, bu vaxtacan
dilimdən yalan çıxmayıb. Böhtan deyil bu. Vallah, nəyini
gizlədim, həmin buğdadan bizim uşaqlar da bir-iki səhləm
gətiriblər. Lap bir meşok da özüm gətirmişəm. Ancaq
mətəəlçilikdi. Hər nəyi olsa da, mən də inana bilmirəm ki,
Hətəm belə bir işə qol qoysun. Hətəmin xəbəri olmadan
başqa kimsənin də belə bir işə girişə bilməsini də ağlım
kəsmir. Fikirləşə-fikirləşə qalırsan vallah. Bu
buğdanı meşəyə hardan gətirmiş olarlar, kimlər gətirmiş
olar?
Dostları ilə paylaş: |