Sistemin rəhbər orqanları bunlardır:
- muxtar respublika üzrə: Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar Komissiyası rəhbəri Naxçıvan MR baş Nazirinin müavini olmaqla;
- şəhər və rayonlar üzrə: rayon (şəhər) icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyası (RFHK) - rəhbəri icra hakimiyyəti başçısının birinci müavini olmaqla;
- təsərrüfat obyektlərində: obyekt fövqəladə hallar komissiyası (OFHK)-rəhbəri obyektin baş mühəndisi olmaqla (bu komissiyalar onlara ehtiyac və madditexniki baza olduqda yaradılır);
- nazirliklərdə (dövlət komitələrində, baş idarələrdə): sahə fövqəladə hallar komissiyası (SFHK) - rəhbəri nazirin (komitə sədrinin) müavini olmaqla.
Dostları ilə paylaş: |