Mexaniki avadanlıqların sanitar səciyyəsi



Yüklə 68.03 Kb.

tarix04.07.2017
ölçüsü68.03 Kb.



Mexaniki avadanlıqların sanitar səciyyəsi. Qida sənayesi 

və iaşə müəssisələrində mexaniki avadanlıqların tətbiqi 

əmək şəraitini yüngülləşdirmək və yaxşılaşdırmaqla 

yanaşı, həm də onun məhsuldarlığını yüksəldir və 

müəssisələrin sanitar rejimini əhəmiyyətli dərəcədə 

yaxşılaşdırır.

İaşə müəssisələri kütləvi qidalanma müəssisələri kimi 



qüvvədə olan normalara müvafiq olaraq mexaniki, 

yanacaq, ticarət və soyuducu avadanlıqlarla təchiz 

edilməlidir. Hazırda məhsulların kulinar emalı əvvəlcədən 

təyin edilmiş ayrıca texnoloji əməliyyatları, bir çox 

mexaniki prosesləri maşın və mexanizmlərin köməkliyi 

vasitəsi ilə həyata keçirilir. Texnoloji avadanlıqların 

yerləşdirilməsi onlara keçmə yolunu təmin etməli, bu 

zaman istehsal proseslərinin axınına əməl olunmalı, 

həmçinin texnoloji təhlükəsizlik qaydalarının yerinə 

yetirilməsinə riayət edilməlidir.



Mexaniki avadanlıqlar qida məhsulları ilə daimi 

əlaqədə olduğu üçün, onlar müəyyən sanitar-

gigiyenik tələblərə cavab verməlidirlər. Belə ki 

materialın təhlükəsizliyinə, konstruksiyanın 

sadəliyinə, sanitar emalının asanlığına, 

mexanizmlərin təyinatına və müəyyən olunmuş 

məhsullara görə onların istifadəsi asan olmalıdır.

İaşə müəssisələrində iqtisadi cəhətdən əlverişli və rahat 



universal ötürücülər kimi (P

1

-0,6-1,1; P-11; UMM; 



PUVR-0,4) markalı intiqallar geniş yayılmışdır. Sanitar 

nöqteyi-nəzərincə bir mexanizmdən çiy və bişmiş 

məhsulların emalı üçün istifadəyə yol verilmir. 

Böyük olmayan, kiçik müəssisələrdə müxtəlif qida 



məhsullarının emalı üçün kiçik qabaritli, bir dəst 

növbəli dəyişən ötürücülərdən istifadəyə icazə verilir. 

İri müəssisələrdə isə əsasən bir növ məhsulun emalının 

texnoloji əməliyyatını, yaxud ayrıca sex üçün kompleks 

əməliyyatı yerinə yetirən xüsusi universal ötürücülər 

tətbiq edilir.



İaşə müəssisələrində məhsulların mexaniki kulinar 

emalı zamanı ən çox ayrıca texnoloji əməliyyatı yerinə 

yetirən maşınlar tətbiq edilir. Məsələn, tərəvəzin emalı 

zamanı yuyucu, tərəvəz təmizləyən maşınlar, tərəvəzi 

doğramaq üçün maşın və s. istifadə olunur. Tərəvəz 

emalı üzrə mexanikləşdirilmiş axın xətti çox effektli və 

perspektivlidir. Bu xəttə yuma, təmizləmə, doğrama 

əməliyyatları və bəzən onların isti emalı üçün maşınlar 

daxildir. Əti və balığı emal edən zaman məhsulu 

xırdalayan, əti yumşaldan, qiymə qarışdıran, kotleti 

formalaşdıran maşınlarda tətbiq edilir. Həmçinin çörək 

və qastronomiya məhsullarını doğramaq üçün 

maşınlardan da geniş istifadə edilir. Qida məhsullarının 

emalında müxtəlif texnoloji əməliyyatlar üçün istifadə 

olunan çoxlu mexaniki avadanlıqlardan istifadə, əmək 

məhsuldarlığını artırmaqla yanaşı sanitar cəhətdən də 

effektlidir. Belə ki, maşın istifadə edilən vəziyyətdə 

bakteriyaların qida məhsullarına düşməsi kəskin azalır. 


İaşə müəssisələrində qabyuyan maşınlardan istifadənin 

mühüm gigiyenik əhəmiyyəti vardır. Qabların yuyulması 

– ən mühüm və çox zəhmət tələb edən proseslərdən 

biridir. Qabların yuyulmasının mexanikləşdirilməsi bir 

sıra əməliyyatların ardıcıllığından təşkil olunmuşdur:

- qida qalıqlarının soyuq və isti axan su ilə kənar 



edilməsindən (təmizləmək);

- qabların yuyucu – dezinfeksiyaedici isti məhlullarla 



yuyulmasından;

-temperaturu 58°C-dən az olmayan sirkulyasiya olunan 



su ilə ilkin yaxalanmanın təmin edilməsindən;

-temperaturu 85°C-dən az olmayan isti axan su ilə 



ikinci yaxalanmanın təmin edilməsindən;

-qabların məcburi verilən isti hava ilə, yaxud isti 



qabların (yaxalamadan sonra) temperatur fərqi və ətraf 

mühitin havası hesabına qurudulmasından. 

Lazım olan vəziyyətdə qabların yüksək keyfiyyətli 



yuyulmasını xüsusi maşınlar təmin edir.

Hazırda müəssisələr üçün universal və ixtisaslaşmış 

qabyuyan maşınlar buraxılır. Bu maşınlar yeməkxana 

qablarının bir neçə növünü (stəkan, boşqab, 

yeməkxana alətləri) yumaq üçün istifadə edilir. 

İxtisaslaşmış maşınlar bir növ qabları – stəkanları, 

yeməkxana qablarını, alətləri yumaq üçün istifadə 

edilir.


Gigiyenik tələbatlara ən çox cavab verən qabların 

yuyulması prosesini bütövlükdə mexanikləşdirmək 

üçün şöbəsinin olmasıdır. Burada qablar zaldan 

yuyucuya konveyerlə gətirilir, maşınla yuyulur və təmiz 

halda paylanmaya daxil edilir. Son zamanlar daha çox 

istilik, soyuduculu və soyuducusuz bölməli-

modullaşdırılmış avadanlıqlar geniş tətbiq edilir. Onlar 

istehsal sahəsindən daha səmərəli istifadə etməyə və 

ayrı-ayrı əməliyyatlar arasında rahat əlverişli əlaqə ilə 

vahid texnoloji xəttin yaranmasına imkan verir. Daha 

sonra, belə xəttin istifadəsi zamanı müəssisənin sanitar 

vəziyyəti və işçilərin əmək şəraiti əhəmiyyətli dərəcədə 

yaxşılaşır.





Qeyri-mexaniki avadanlıqların, inventarların sanitar

səciyyəsi

Qida məhsullarının və kulinar məmulatlarının emalı



üçün istifadə olunan stolların işlədilməsinə Səhiyyə

Nazirliyi tərəfindən bu məqsədlər üçün istifadəsinə

icazə verilən örtük olmalıdır. Stolların örtüyü

tikişsiz, küncləri dəyirmi, örtük səthi hamar olmalı

və onlar stolun əsasına yatmalıdır.

Bu məqsədlə, sanitar cəhətdən uyğun gələn boru



gövdəli, paslanmayan polad, yağlı boya ilə

rənglənmiş bütöv-metallı stollardan istifadə daha

sərfəlidir.

Xəmiri hazırlamaq üçün hamar yonulmuş və yerinə



möhkəm taxılan qapaqlı ağac stollardan istifadə

olunur. Onlar möhkəm ağac növlərindən (palıd, 

fıstıq, göyrüş) hazırlanır.


İstehsalat vannaları – tərəvəzi, əti, balığı və digər məhsulları

yumaq üçün istifadə olunur və paslanmaya davamlı

materialdan hazırlanır. Gigiyenik cəhətdən ən yaxşı material 

paslanmayan polad hesab olunur. Həmçinin minalanmış, 

düralüminiumlu, alüminium təbəqəli vannalara da icazə

verilə bilər. Vannaların optimal ölçüsü (mm): uzunluğu 710-

1000, eni 600-700, dərinliyi 420-450, döşəmədən

hündürlüyü 900 olur.

Qabları yumaq üçün vannalar paslanmayan poladdan



hazırlanır. Alüminium və onun xəlitələri bu məqsəd üçün az

yararlıdır, çünki yuyucu məhlullar ilə əlaqədə o, qaralır və

qüsurlu olur. Vannaların optimal ölçüsü (mm-lə): ümumi

hündürlüyü 900 olmaqla 500x500x300 olmalıdır. Vannanın

ölçüsünün böyük olmaması çirkli yuyucu məhlulu və suyu

tez-tez dəyişməyə imkan verir.

Suyu buraxmaq üçün deşikdəki tıxacı (oymanı) vannanın



dibi səviyyəsində edirlər ki, orada olan bütün suyu

buraxmaq mümkün olsun. Suyu buraxmaq üçün deşik

vannanın küncündə yerləşir, bu qabları yumaq və

yaxalamağa maneçilik törətmir.



Əti doğramaq üçün stullar diametri 50 sm və

hündürlüyü 80 sm ölçüdə bütöv ağac gövdədən

hazırlanır. Onların əlverişli hərəkəti üçün və

təmizləmək üçün rahatlıq məqsədilə üzərlərinə

hündürlüyü 15-20 sm olan metal ayaqlar düzəldirlər, 

əlverişli yumanı təmin etmək üçün isə xaricdən yağlı

boya ilə rəngləyirlər.

İaşə müəssisələrində çoxlu miqdarda şkaflardan isə



istifadə olunur (quru məhsullar, qablar və inventar

üçün). Onların hamısında 15-20 sm hündürlüyündə

ayaqlar olmalıdır. Bu onların altında olan döşəmədə

müvafiq sanitar vəziyyətini saxlamağa imkan verir. 

Şkafın üstü hamar və qabağa meyilli olmalıdır. Bölgü

taxtası üçün bərk ağac növündən istifadə olunur. O, 

hamar, çatsız və kifayət qədər qalın olmalıdır ki, 

işləndikcə üzünü yonub düzəltmək mümkün olsun. 

Bütöv ağac parçası gigiyenik cəhətdən yaxşı hesab

edilir.


Bölgü taxtasının yan uzun tərəfi və ayağı aşağıdakı kimi

dəqiq markalanmalıdır: çiy ət üçün – ÇƏ; çiy balıq üçün

– ÇB; çiy tərəvəz üçün – ÇT; bişmiş ət üçün – BƏ; bişmiş

balıq üçün – BB; bişmiş tərəvəz üçün – BT; ətli

qastronomiya məhsulu üçün – ƏQ; balıqlı qastronomiya

məhsulu üçün – BQ; turşudulmuş tərəvəz üçün – TT; 

çörək üçün – Ç.

Taxta (lövhə) müəyyən sexlər və iş yerlərinə təhkim



edilməklə, həmin binada da saxlanmalıdır. Müəssisədə

hər addan (taxtadan) iki dəstdən az olmayaraq, yeni

paylama lövhəsinin (taxtasının) ehtiyatı olmalıdır. 

Polistrol və polietilendən sinilərdə hazırlanır.

Sanitar qaydalarına uyğun olaraq 150 və daha çox



sayda oturacaq yeri olan yeməkxanalarda, hazırlama

lövhəsinin (taxtasının), soyuducu və ət sexlərindəki

inventarın emalı xüsusi avadanlıqlarla təchiz olunmuş

yuyucu vannalarda həyata keçirilməlidir. Vannalara

soyuq və isti su çəkilib onlar kanalizasiya xəttinə

birləşdirilir.



Bütün istehsalat sexlərində qida tullantılarını yığmaq

üçün 20 litrdən az tutumu olmayan, qapaqla təchiz

olunmuş pedallı çəlləklər nəzərdə tutulur.

Avadanlıqlar elə yerləşdirilməlidir ki, xammalın, 



yarımfabri-katların və hazır məhsullar axınının birgə

aparılması, görüşməsi, yaxud çarpazlaşması istisna

edilsin.

İsti sexdə isə əmək şəraiti, texniki təhlükəsizliyi ciddi



yerinə yetirməyi tələb edir. Ona görə də oradakı

avadanlıqların yerləşməsi, iş yerinin səmərəli təşkilini

və işçilərin sex üzrə minimal hərəkətini təmin

etməlidir.

Bu gigiyenik tələblərə ən çox cavab verəni, 



avadanlıqların bölməli xətt üzrə, yerləşməsidir. O, 

texnoloji proseslərin müxtəlif mərhələlərinin əlverişli

əlaqəsini və ardıcıllığını, məhsulların və işçilərin qısa

hərəkətini təmin edir ki, bu da peşə zədələnmə

hadisələrinin sayını azaltmağa və əmək məhsuldarlığını

artırmağa imkan verir. Avadanlıqların xətt prinsipi üzrə

yerləşdirilməsi, istehsal sahəsindən qənaət etməyə

imkan yaradır, həmçinin yerli küləkləmə sistemi

quruluşunu və iş yerinin işıqlanmasını asanlaşdırır.


İş yerinin təşkilində, avadanlıqların yerləşməsinin paylama

xəttinə görə istiqamətini nəzərə almaq vacibdir. Ən optimal 

variant pilətə xəttinin paylama xəttinə perpendikulyar

yerləşməsidir.

Avadanlıqlar arasında məsafənin, həmçinin mexaniki və



qeyri-mexaniki avadanlıqların əlverişli və səmərəli

düzülüşündə də sanitar normalarına riayət etmək vacibdir. 

Belə ki, avadanlıqların texnoloji xətləri arasında məsafə və

istilik ayıran avadanlıq xəttinin eni 1,5 m; divarla pilətə

arasında məsafə 1,25 m-dən; istilik ayıran, texnoloji

avadanlıq xətlərlə paylama xətti arasında məsafə 1,5 m-dən

az olmamalıdır.

Pilətədə bir işçi üçün iş yerinin eni 1,25 m; avadanlıqdan



azad sahə 5-5 m

2

-dən az olmamalıdır. Xörək bişirilən



qazanların pəncərənin yanında yerləşdirilməsi məsləhət

deyildir. Belə ki, şüşənin tərləməsi nəticəsində sexin təbii

işıqlanması azalır. Divarla qazan arasındakı məsafə isə, 

onların tutumundan asılı olaraq 0,5-1,2 m-dən, qazana

xidmət etmək üçün sahə 1 m

2

-dən az olmamalıdır



Zalda quraşdırılan universal paylama xətti müştərilərin

axınına perpendikulyar yerləşməlidir ki, vahid zaman

ərzində çoxlu adamlara xidmət etmək mümkün olsun.





Qablara qöstərilən sanitar-gigiyenik tələblər.

Qida məhsulları saxlanma, daşınma, texnoloji emal



proseslərində avadanlıqlarla, qab-qacaqla, tara ilə, 

inventarla daima əlaqədə olur. Ona görə də sonuncular

hazırlanan materiallara qarşı bir sıra gigiyenik tələblər irəli

sürülür. Belə ki, bu materiallar qidaya zəhərli qatışıqlar

verməməli və paslanmaya məruz qalmamalıdırlar. Bundan

əlavə, onlar asan təmizlənməli, yuyulmalı və

yağsızlaşmalıdırlar.

Çox zaman mətbəx qabları, taralar hazırlamaq üçün



müxtəlif metallardan istifadə olunur. Paslanmayan poladın

tərkibinə antikorroziya xassəsinə malik xrom, nikel, bəzi

başqa metallar daxildir. Bu ərintilər yüksək kimyəvi

möhkəmliyi ilə fərqlənirlər, qida məhsullarının orqanoleptik

xassəsinə təsir etmirlər və onlarda üzvi turşuların miqdarı

çoxlu olduqda belə, xörəklərə zərərli maddələr vermirlər. 

Bəzən yeməklərə çox cüzi miqdarda xromun bir sıra

birləşmələri keçə bilər. Paslanmayan poladdan əsasən

mətbəx qab-qacaqlarının hazırlanmasında istifadə edilir. 

Yeməkxana qabları və alətləri hazırlamaq üçün yalnız

paslanmayan polad yararlı hesab edilir. Bunun da tərkibində

misin miqdarı 3,5%, sink 0,3; qurğuşun 0,15; arsen 0,015%-

dən yüksək olmamalıdır. Bütün bunlar aşağıdakı

çatışmazlıqlardan irəli gəlir.



1. Dəmir və çuqun paslanmaya asan məruz qalır. Bu 

zaman əmələ gələn birləşmələr qidaya daxil olur və

onun orqanoleptik göstəricilərinin (xüsusi rəng, dad və

iyi əmələ gəlmə) dəyişilməsinə səbəb olur. Ona görə

qida təyinatlı qablar hazırlanarkən, xüsusi örtük

olmadan dəmir və çuqundan istifadəyə icazə verilmir. 

Burada tava müstəsnalıq təşkil edir. Belə ki, bu

məmulatın səthini örtən yağ metala nəmin və oksigenin

daxil olmasının qarşısını alır.

2. Sinklənmiş dəmirdən olan qablar yeməyin



saxlanması və hazırlanması üçün yararsızdır. Belə ki, 

sink asanlıqla oksidləşir və xörəyə keçir. İnsan üçün

sink birləşmələri çox zəhərli olduğu üçün sinklənmiş

dəmir qablardan ictimai iaşə müəssisələrində istifadə

olunması qadağandır. Belə qablarda quru dənəvər

məhsulları və suyu saxlamaq olar.

3. Mis çox asan oksidləşir. Mis birləşmələri çox az



miqdarda belə kəskin zəhərlənməyə səbəb olurlar. Ona

görə də mis qablardan iaşə müəssisələrində istifadə

etmək qəti qadağandır.


Müstəsna hal kimi, mis qablardan qənnadı sexlərində

şirə və mürəbbə qaynatmaq üçün istifadə etməyə icazə

verilir.


Qabların və yeməkxana alətlərinin hazırlanması üçün

misin digər metallarla ərintisi istifadə oluna bilər. Ən

çox, misin nikel və sink qatışığından – melxiordan

geniş istifadə edilir.

Keramika (saxsı) qabları – bunlar dulusçuluq



məmulatlarıdır. Hazırda saxsı qablar istehsalında

qurğuşunun az olması ilə fərqlənən (1 %-ə qədər) 

emaldan şirə istifadə olunur. Saxsı qablardan istifadə

etməzdən əvvəl, laboratoriyada onlarda qurğuşunun

olması təyin edilir. Bunun üçün, qabda sirkə

turşusunun 4%-li məhlulu qaynadılır. Qaynatmadan

sonra əgər turşuda qurğuşun müşahidə olunmursa, 

onda qab istifadə üçün yararlı sayılır.

Çini və saxsı qablar, bir qayda olaraq şəffaf



şüşəyəbənzər örtüklə örtülür və gigiyenik tələblərə tam 

cavab verirlər.



Son zamanlar plastik kütlədən hazırlanan qablar geniş

yayılmışdır. Plastik kütlə və yaxud polimer materiallar süni

materiallar qrupuna aid edilir və tərkiblərində əsas komponent

kimi sintetik maddələr – polimerlər olur. Yeyinti təyinatlı qablar

hazırlamaq üçün əsasən poliolefinlər, polivinilxlorid, polistirollar, 

polikarbonatlar və aminoplastlar istifadə olunur. Onlardan

istifadəyə icazəni səhiyyə nazirliyi verir. Buraxılan qabların

sonrakı keyfiyyətinə isə onu hazırlayan zavod məsuliyyət daşıyır. 

Yerlərdə dövlət nəzarətini sanitar-epidemioloji xidmət orqanları

həyata keçirir.

Yuxarıda deyilənlərdən belə çıxır ki, iaşə müəssisələrində sanitar



qaydalara görə aşağıdakı qablararın istəfadəsinə icazə verilir:

- yeməkxana və çayxana (çini və saxsı – boşqab, nəlbəki, fincan, 



səhənglər) qablarına;

- sortlu şüşələrə (stəkanlar, qrafinlər, qədəhlər və s.); alümi-



nium, melxior, paslanmayan polad (qaşıq, çəngəl, bıçaqlar, 

boşqab, kürək və s.) alətlərə. Yeməkxana və çayxanada kənarı

qırılmış və çatı olan qablardan istifadəyə icazə verilmir. İaşə

müəssisələrində üç dəstdən az olmayaraq xörək, çay qabları və

yeməkxana alətlərinin ehtiyatı olmalıdır.

Mətbəx qabları – paslanmayan poladdan, çuqundan (tava), 



alüminiumdan, sinklənmiş dəmirdən (qaynatmaq və içməli suyu

saxlamaq üçün çən, vedrə, quru dənəvər məhsulları aparmaq və

saxlamaq üçün qablar).




Tara və qablaşdırma materiallarına sanitar-gigiyenik tələblər

Qablaşdırma materialları qida məhsullarını xarici mühitin



zərərli təsirindən, o cümlədən havanın qazaoxşar və

mexaniki qatışıqlarından, mikrobdan müdafiə etməlidir. 

Bundan başqa, onlar qida məhsullarına toksiki maddələr

verməməli və onların orqanoleptiki göstəricilərini

dəyişdirməməlidir. 

Qablaşdırıcı material kimi əsasən perqament kağızından, 



sellofandan, alüminium vərəqlərdən, polimer materiallardan

istifadə edilir.

Perqament kağızı nəmliyi, yağı və havanı nisbətən az keçirir. 



Onu yağlı materialları qablaşdırmaq üçün tətbiq edirlər. 

Sanitar qaydalarına görə perqamentdə qurğuşun və arsenin

olmasına yol verilməməlidir. 

Sellofan – bu sellülozadan hazırlanmış nazik, parıltılı, şəffaf



materialdır. O, yağı və havanı keçirmir. Sellofan ən çox ət

məhsullarını qablaşdırmaq üçün tətbiq edilir.

Alüminium və qalay zərvərəqləri qənnadı məmulatlarını, çayı



qablaşdırmaq üçün kifayət qədər geniş istifadə olunur. 

Bundan başqa, alüminium zərvərəqlərdən süd butulkası

üçün qapaq hazırlanır. Alüminium zərvərəqlərində qurğuşun

və sink miqdara 0,1%, mis 0,05%-dən çox olmamalıdır. 



Son zamanlar qablaşdırma materialı kimi, polimer

material-lardan geniş istifadə olunur. Belə ki, yüksək

təzyiqli polietilen torbadan dondurulmuş giləmeyvə və

tərəvəzin saxlanmasında, polixlorvinilli pərdədən (B-

118) – quru məhsulların, çörəyin saxlanması üçün

istifadə edilir. Penopolistrolla «Yantar» pendiri

qablaşdırılır. Mayonezi, quru meyvələri, povidlo, 

mürəbbə, cemi və çayı qablaşdırmaq üçün istifadə

olunan PÇ-2 nazik polietilen-sellofan materiallarının da

böyük gələcəyi vardır.

Son illər ağac, polad, alüminium taraları tədricən



polimer materiallar əvəz edir. Hazırda tara hazırlamaq

üçün viniplast «A» (yeşiklər), zərbəyə davamlı polistirol

(yeşiklər, məhlulu saxlamaq üçün irihəcmli qablar), 

yüksək təzyiqli polietilen (əti dondurmaq üçün həcmli

qab), meyvələri daşımaq üçün aşağı təzyiqli müxtəlif

markalı polietilen (lotkalar) və digər polimer



materiallarından geniş istifadə edilir.

: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə