=B3
Bu düsturu onun solundakı xanaya (B3) köçürsəniz, B3 xanasındakı düstur
=A3 Ģəklində olacaq.
Uyğun olaraq düsturu sağdakı xanaya köçürtsəniz, bütün ünvanlar bir sütun artacaq.
Bu Ģəkildə göstərilən xana ünvanları nisbi ünvanlardır, yəni düsturun olduğu və ya
köçürüləcəyi xananın yerindən asılıdır. Əgər düsturu baĢqa bir yerə köçürərsinizsə, bu ünvanlar da
köçürüldüyü yerə uyğun Ģəkildə avtomatik olaraq dəyiĢəcəkdir.
Hesablamada bəzən elə hallar olur ki, xanadakı ünvanın baĢqa bir xanaya köçürülməsi zamanı
dəyiĢilməsi məqsədəuyğun olmur. Bu halda mütləq ünvan anlayıĢından istifadə olunur. Xananın
mütləq ünvanında sətir və sütunun adının qarĢısında “$” iĢarəsi yazılır. Məsələn, əgər B2 xanasındakı
“=A2” düsturunu baĢqa xanaya köçürən zaman dəyiĢməsini istəmiriksə, “=$A$2” yazmalıyıq.
Qeyd: Nisbi ünvanı mütləq ünvana çevirmək üçün F4 funksional klavişindən istifadə olunur.
Bu düsturu B4 xanasına köçürsək, ünvanda “$” iĢarəsi olduğundan, düstur dəyiĢmədən, yəni
olduğu kimi köçürüləcək (ġəkil 8.9.).
Yalnız sətrin və ya sütunun adının qarĢısında “$” iĢarəsi yazılan xana ünvanları isə mütləq
ünvanlara aid olub qarışıq ünvanlar adlanır. Bu halda əgər “$” iĢarəsi sətrin adının qarĢısındadırsa,
deməli köçürmə zamanı sətrin adı, əgər sütunun adının qarĢısındadırsa, sütunun adı dəyiĢməz olaraq
qalacaqdır.
Nisbi ünvanlara misal: A1, J4, BD12 və s.
Mütləq ünvanlara misal: $A$1, $J$4, $BD$12 və s.
QarıĢıq ünvanlara misal: A$1, $J4, $BD12 və s.
Dostları ilə paylaş: |