Microsoft Excel 2010 proqramının interfeysi ms excel 2010



Yüklə 1,37 Mb.
səhifə29/34
tarix10.05.2022
ölçüsü1,37 Mb.
#57271
1   ...   26   27   28   29   30   31   32   33   34
Excel konspektler

Düsturların qurulması

Düstur anlayışı. Elektron cədvəl verilənlərinin işlənməsində düsturlardan geniş istifadə edilir. Excel proqramında istənilən düstur bərabərlik “=” işarəsilə başlanır. Yəni düsturlar bərabərlik işarəsilə başlayan və ədədi qiymətlər, xanaların ünvanları, funksiyalar və hesablama işarələrinin daxil olduğu ifadələrdir. Düsturların yazılışında istifadə olunan hesablama işarələri bunlardır:

+ (toplama), - (çıxma), * (vurma), / (bölmə), ^ (qüvvətə yüksəltmə), % (faiz).

Excel proqramında elektron cədvəlin bir neçə (iki və ya daha çox) xanasına müəyyən ədədlər yerləşdirmək və başqa bir xanaya isə həmin xanalardakı ədədlərin cəmlənməsi üçün düstur yazmaq olar. Bunun ardınca Enter düyməsi basıldıqda hesablanmış nəticə düsturun yerləşdiyi xanada əks olunur. Elektron vərəq üzərində aparılan belə hesablamanın bir mühüm cəhəti var ki, düsturun yazılışına daxil edilmiş xanaların məzmununu istənilən qədər dəyişmək olar və bu halda Excel proqramı həmin cəmi avtomatik olaraq yeni qiymətlər üçün hesablayır.

Ən sadə hesablama düsturu aşağıdakı qayda ilə yazıla bilər:



  • Düstur yerləşəcək xana seçilir və həmin xanaya bərabərlik = işarəsi daxil edilir.

  • Düstura daxil ediləcək xana üzərində mausun sol

düyməsi basılır və ya klaviaturadan xananın ünvanı daxil edilir.

  • Klaviaturadan hesablama işarəsi daxil edilir və bunun ardınca növbəti xana üzərində mausun sol düyməsi basılır. Sonda Enter düyməsi və ya düstur sətrində yerləşən (giriş) düyməsi basılır.

Xanaya daxil edilmiş düsturdan imtina etmək üçün Esc və ya düstur sətrində yerləşən (imtina etmək) düyməsi basılır.

Məsələn, tutaq ki, cədvəldə əks olunan verilənlərə əsasən dərs ləvazimatlarına xərclənən məbləğ və onların cəmi hesablanmalıdır. Karandaşlara sərf olunan məbləği hesablamaq üçün D2 xanasına =B2*C2 düsturu yazılır və Enter düyməsi basılır (şəkil 5.1a və şəkil 5.1b).

B ununla da hesablamanın nəticəsi -24, düstur yazılmış xanada görünür, eyni zamanda düstur sətrində həmin düstur əks olunur (şəkil 5.1b).

Bundan sonra baxılan cədvəldə dəftərlərin sayını dəyişərək 18 götürsək “məbləğ” xanasındakı nəticə avtomatik olaraq dəyişəcək. Həmçinin digər dərs ləvazimatlarının qiymətini hesablamaq üçün əlavə düstur yazmağa ehtiyac yoxdur. Yəni bu məqsədlə yuxarıda yazılmış düsturdan istifadə edilə bilər. Bunun üçün hesablanmış cəmin yerləşdiyi xana seçilir və aşağı sağ küncündəki kiçik kvadrat üzərində mausun sol düyməsi basılı saxlanaraq qonşu xanalar üzrə sürüşdürülür. Bu halda Excel proqramı həmin düsturu qeyd olunmuş xanalara kopyalayaraq bu və ya digər sütundakı müvafiq ədədlərlə əlaqələndirir, hesablamanı yerinə yetirir və bir andaca hazır nəticələri əks etdirir.

Nəhayət, bütün dərs ləvazimatlarının alınmasına sərf olunan ümumi məbləği hesablamaq olar. Bunun üçün adətən AutoSum (AvtoCəm) funksiyasından istifadə edilir. Lakin bu məqsədlə düstur da yazmaq olar. Beləliklə, D6 xanasına belə bir düstur yazılır: =SUM(D2:D5). Bundan sonra Enter düyməsi basılır. Bununla da dərs ləvazimatlarının alınmasına sərf olunan ümumi məbləğ D6 xanasında əks olunur (şəkil 5.2).

Yazılmış düsturda “:”

işarəsi D2-dən D5-ə qədər olan xanalar diapazonunu göstərir.

Beləliklə, funksiyadan və diapazondan istifadə etməklə düstur yazdıq.

Bundan sonra verilmiş cədvəl xanalarındakı qiymətlərin dəyişdirilməsi zamanı proqram müvafiq düstur vasitəsilə zəruri hesablamaları yerinə yetirəcək və nəticələri avtomatik olaraq dəyişəcək. Beləliklə, hesablamalarda xanaların ünvanları və diapazonlardan istifadə edilməsi Excel proqramının mükəmməl proqram olduğunu göstərir.


Excel düsturlarında aşağıdakı səhvlər ola bilir:

  • ##### - daxil edilən ədəd xanaya yerləşmədikdə (sütunun eni kifayət etmədikdə) üzə çıxır. Bu halda sütunun enini artırmaq lazımdır.


  • Yüklə 1,37 Mb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin