Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə135/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   131   132   133   134   135   136   137   138   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

727



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

sektorunda həyata keçirilən iri miqyaslı layihələrin, xüsusilə, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 

Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söyləyiblər. Onu da qeyd etmək olar ki, 

gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan  ərazisindən Avropaya çatdırılması  nəzərdə 

tutulur.Ölkənin iqtisadi həyatında dövlət sektoru öz ağırlığını qoruyur (90%), xüsusi sektorda və 

kollektiv  şirkətlərdə isə10% bir payı var. Ancaq bu nisbətlər hər gün xüsusi sektor istiqamətində 

dəyişir. 1991-1992-ci ildə Qazax Hökuməti özəlləşdirməni, mülkiyyət və sərbəst bazar iqtisadiyyatına 

girməyə başlamış  və yüksək naliyyətlər qazanmışdır. Ölkənin zəngin neft və qaz ehtiyatları var: 

Chevron, Elf Aquitaine, British Petroleum şirkətləri ilə razılaşmalarimzalanmışdır. Qazaxıstanın yüz 

altmış bölgəsində 2.1 milyard ton neft ehtiyatı var və Xəzər hövzəsi ilə birlikdə və təxmini ümumi 4.5 

milyard tona çatdığı müəyyən olunmuşdur. Qazaxıstanda Xəzər qaz yataqları ilə birlikdə ümumi qaz 

ehtiyatının isə alti trilyon kub metrə çatacağı hesab edilir. Dünya bankı 2015-ci il üçün Qazaxıstan 

iqtisadiyyatının artım tempini 1.8 % dən 1.3% qədər pisləşdirib. Həmçinin də 2016-cı və 2017-ci illər 

üçün ehtimallar da dəyişdirilmişdir: Dünya Bankı  həmin illər üçün iqtisadi artımı 2.8% və 3.9% 

proqnozlaşdırır. 

2014-cü ildə Qazaxıstan Respublikası iqtisadiyyatının artımı 2013-cü ildəki 6%-dən 4.3% qədər 

azalıb. Dünya Bankı hesab edir ki, neft qiymətlərinin aşağı düşməsi investorların Qazaxıstan 

iqtisadiyyatına olan inamını  zəiflədib. 2014-cü ildə investitsiyaların artımı 2013-cü ildəki 6.2%-dən 

2% qədər azalıb. Bu göstəricinin yaxın zamanlarda artırılmasına səylər göstərilir.Bank of America 

(BofA) Merrill Lynch analitikləri hesab edirlər ki,tənəzüldən qaçmaq üçün Qazaxıstan tenqenin 

devalvasiyasını davam etdirməlidir. 2014-cü ilin 11 fevralında tenqe dollar nisbətdə 19% devalvasiya 

edilmişdi. 

 

 

QİYMƏTLİ KAĞIZLAR BAZARININ İQTİSADİYYATDA ROLU  



VƏ AZƏRBAYCANDA İNKİŞAF PROBLEMLƏRİ 

 

Leyla PİRİYEVA 

Qafqaz Universiteti 



piriyeva.leyla@gmail.com 

AZƏRBAYCAN 

 

Qiymətli kağızlar bazarı maliyyə bazarının tərkib hissələrindən biridir. Bu bazarı araşdırarkən ilk 



növbədə onun əsas tərkib hissəsi olan qiymətli kağızların nə olduğuna nəzər salaq. 14 iyul 1998-ci ildə 

qəbul olunmuş Azərbaycan Respublikasının “Qiymətli kağızlar haqqında” qanununda qiymətli 

kağızlara bu cür tərif verilir. “Qiymətli kağız öz sahibinin əmlak və qeyri-əmlak hüquqlarını  və bu 

hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və  məcburi rekvizitlərə riayyət etməklə, 

təsdiqləyən sənəd"dir. Qiymətli kağızlar qiymətli kağızlar bazarında dövr edən, nə  əmlak, nə  də pul 

istehlak dəyərinə malik olmayan xüsusi növ əmtəədir. O,ilk növbədə iqtisadiyyatda nizamlaşdırma 

rolunu oynayır, belə ki qiymətli kağızlar kapitalın bir sahədən, digər sahəyə və ya əksinə axınını təmin 

edir. Bazar iqtisadiyyatı  şəraitində yeni müəssisələrin yaradılması iri həcmdə kapital qoyuluşu tələb 

edir və bu zaman da sahibkarların vəsaitləri və borc ala biəcəkləri kapitalar yetərli olmur. 

İqtisadiyyatın bu çatışmazlıqları qiymətli kağızlar vasitəsilə aradan qaldırılır. Qiymətli kağızların əsas 

növlərindən olan səhmlər və korparativ istiqrazların yaranma səbəbi məhz istehsalın zəruri tələbləri 

olmuşdur. Bu növ qiymətli kağızlar bazar münasibətlərində  əhalinin bu sferaya daxil olmasına, 

istehsalın səmərəliliyinin artırılmasında maraqların nəzərə alınmasına və insanlarda iqtisadiyyat 

mədəniyyətinin yaradılmasına  şərait yaradır. Qiymətli kağızlar istehsal proseslərinin fasiləsizliyin 

təmin edilməsində mühüm rol oynayır. Bu prosesin fasiləsizliyi material və maliyyə axınlarının 

qarşılıqlı istiqamətdə hərəkətindən asılıdır, lakin bu fasiləsizliyi hər zaman təmin etmək olmur və bu 

problem qiymətli kağızlar vasitəsilə aradan qaldırılır. Müəssisə qiymətli kağızlardan istifadə edərək 

dövriyyə vəsaitləri əldə edir.  

Qiymətli kağızların iqtisadiyyatdakı rolundan bəhs edərkən aşağıdakıları qeyd etmək olar. 

-  Qiymətli kağızların yerləşdirilməsi istehsalın inkişafı üçün resursların toplanmasının səmərəli 

üsuludur. 


 

Qafqaz U

-  Q


-  F

-  Ö


əlverişli 

yüksəlir.

Dey

resurslar



pul-kred

malikdir


səbəbdir

yatın sağ

qiymətli

Qiymətli


kağızlar 

2008-ci 


dentinin 

likasının

edildi. 

Ölk


etməkdə

qaldırma


ması  üç

korporat


əməliyya

Qiy


və əmtəə

tərmişdir

aktivlərd

olmuşdu


törəmə q

fiskal si

qiymətli

ötən illə 

  

M

 



 

IV INTERN

University     

Qiymətli kağ

Fiziki və hüq

Ölkənin siya

şərait olma

yilənləri üm



rının hərəkət

dit siyasətinin

r. Qimətli ka

r. Belə  nəticə

ğlam fəaliyy

 kağızlar ba

i Kağızlar  ü

bazarında y

ildə Komitə

müvafiq Sə

n Qiymətli  K

kəmizdə qiy

ədir, lakin ba

aq üçün bir 

çün layihələr

tiv idarəetmə

atlarını geniş

ymətli kağızl

ə bazarlarınd

r. Maliyyə 

dən qisamüd

ur. Ötən il is

qiymətli kağı

iyasətinin  d

 kağızlar sek

müqayisədə

Mənbə:   Azərb

(http:


NATIONAL 

                      

ğızlar əmtəə 

quqi şəxsləri

asi və iqtisa

dıqda qiymə

mumiləşdirərə

tini  təşkil etm

n  əsas aləti 

ğızlar bazarı

əyə  gəlmək 

yəti üçün qiy

azarı XX ə

üzrə Dövlət 

yeni inkişaf m

ənin restruktr

ərəncamı ilə 

Kağızlar üzrə

mətli kağızl

azarda probl

sıra tədbirlər

r  həyata keç

ə sahəsində 

şləndirməlidi

lar bazarının 

da baş verən

sektorunda 

ddətli aktivlə

stifadəyə  ve

ızlarla əməli

dəyişməsi nə

ktorunda mü

ə 21 faiz azal



Cədvəl 1. İnve

baycan Respub

://www.scs.gov

SCIENTIFIC

                      

və pul tədav

in azad pul v

adi həyatınd

ətli kağızları

ək belə  nətic

mək, onların

kimi çıxış  e

ının inkişaf e

olar ki, baza

ymətli kağızl

srin  əvvəllə

Komitəsinin

meyilləri və

rizasiyasını 

müstəqil mə

ə Dövlət Ko

lar bazarının

lemlər və  ça

r həyata keç

çirilməlidir, 

dünya təcrü

ir. 

hal-hazırki v



n proseslər öl

likvidliyin 

ərə yönəlməs

erilən törəmə

iyyatlarda mü

əticəsində  d

şahidə oluna

laraq 10,5 mi

estiisya qiymətl

likasının Qiym

v.az/userfiles/fil

C CONFERE

728


 

                     

vülünə xidmə

əsaitlərinin i

dakı  dəyişikl

ın kursu aşa

cəyə  gəlmək

n düzgün şək

etmək və s. 

etməsi ölkən

ar iqtisadiyy

lar bazarının

ərində yaranm

n yaranması

daha çevik 

şərtləndirdi. 

ərkəzi icra h

omitəsi (QK

n tarixi çox 

atışmazlıqlar 

çirilməlidir. F

informasiya

übəsindən ist

vəziyyətinə n

lkənin maliy

azalması  sə

si qiymətli  k

ə maliyyə  al

üşahidə olun

övlət qiymə

an geriləmə q

ilyard manat

li kağızlar baza

mətli Kağızlar üz

les/QKDK-nin_



ENCE OF YO

                    2

ət sahəsində f

investisiyası 

lilklərin baro

ağı düşür və

k olar ki, qiy

kildə istifadə

görə iqtisad

in əlverişli in

yatı ölkəsi ol

n inkişafı laz

mışdır. Lak

ından sonra 

tənzimləmə

Belə ki, 19

hakimiyyəti o

KDK) yaradıl

da qədim  o

mövcuddur

Fond bazarın

a  təminatı  y

tifadə olunm

nəzər salsaq 

yyə sektorun

əbəbinə gör

kağızlar baz

lətləri platfo

nan pozitiv tr

ətli kağızlar 

qiymətli kağı

t təşkil etməs

arı üzrə müqayis

zrə Dövlət Kom

_Fealiyyet_hesa



OUNG RESE

29-30 April 2

fəal iştirak e

üçün yığım 

ometridir.  B

əksinə canl

ymərli kağız

əsinə  şərait  y

diyyatın inki

nvestisiya m

laraq Azərba

zımi bir pros

in bazarın  i

sürətlənməy

və nəzarət z

9 noyabr 200

orqanı kimi 

ldı  və hökum

olmasa da, 

r. Belə ki, bu

nı dünya stan

yüksək səviy

malıdır, Mərk

2015-ci il ər

a əhəmiyyət

rə investisiy

zarını xarakt

orması vasitə

rendlərə bax

bazarının 

ızlar bazarın

si ilə nəticələ

səli göstəricilər

mitəsi  

abati_2015.pdf 



EARCHERS

016, Baku, A

dir. 


rolunu oynay

Böhran zama

lanma dövrü

zlar bazarda

yaratmaq və

işafında müh

mühitinin yara

aycanda da i

sesdir. Azərb

inkişafı 199

yə  başladı. 

zərurətinin y

08-ci ildə  öl

Azərbaycan 

mətin tərkib

bazar sürətl

u problemlə

ndartlarına u

yyəyə çatdır

kəzi Bank aç

rzində qlobal

tli dərəcədə t

yaların uzun

erizə edən  ə

əsilə  həyata 

xmayaraq, mo

azalması,  k

nda əqdlərin h

ənmişdir.  

r

12.02.2016 ) 



Azerbaijan 

yır. 


anı  və ya 

ündə kurs 

a maliyyə 

ə maliyyə 

hüm rola 

anmasına 

iqtisadiy-

baycanda 

98-ci ildə 

Qiymətli 

yaranması 

lkə prezi-

Respub-

inə daxil 



lə inkişaf 

ri aradan 

uyğunlaş-

rılmalıdır, 

çıq bazar 

l maliyyə 

təsir gös-

nmüddətli 

əsas amil 

keçirilən 

onetar və 

korporativ 

həcminin 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

729



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Korporativ qiymətli kağızlar bazarında  əqdlərin həcmi orta aylıq 89 faiz artaraq 4,2 milyard 

manata çatmışdır. Korporativ qiymətli kağızların ilkin bazarında durğunluq müşahidə olunsa da, bu 

alətlərlə təkrar bazar əməliyyatları 59 faiz artaraq 2,3 milyard manat təşkil etmişdir. 

2015-ci il ərzində  Mərkəzi Bankı  və Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının 

emissiyasının baş tutmaması dövlət qiymətli kağızlar bazarında  əqdlərin həcminə, onlarla həyata 

keçirilən repo/əks repo əməliyyatlarına  əhəmiyyətli dərəcədə  təsir göstərmişdir. Beləliklə, 2015-ci il 

ərzində dövlət qiymətli kağızlar bazarının həcmi 144,6 milyon manata çatmışdır. Cari il ərzində Bakı 

Fond Birjasının törəmə qiymətli kağızlar platformasında ümumi məbləği 98,9 milyon manat olan 

əmtəə əsaslı və ümumi dəyəri 6,1 milyard manat olan valyuta əsaslı törəmə qiymətli kağızlarla ticarət 

əməliyyatları  həyata keçirilmiş, törəmə qiymətli kağızlar bazarının həcmi 6,2 milyard manat təşkil 

etmişdir ki, bu da ötən ilin müvafiq göstəricisindən 41 faiz çoxdur. 

QKDK-nın 2015-ci il fəaliyyətində dair hesabatda qeyd olunur ki, cari il ərzində qiymətli 

kağızlar bazarının hüquqi və tənzimləyici bazasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması 

sahəsində  əhəmiyyətli nəticələr  əldə edilmişdir. Belə ki, hesabat dövrü ərzində “Qiymətli kağızlar 

bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi 

tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci il tarixli Fərmanı 

ilə  tətbiqinə başlanılmışdır. Qanun qiymətli kağızlar bazarında tənzimləmənin qabaqcıl beynəlxalq 

standartlar əsasında həyata keçirilməsini nəzərdə tutur, iqtisadi subyektlərə və əhaliyə təqdim olunan 

maliyyə xidmətlərinin daha da genişlənməsini təşviq edir və bazarın dinamik inkişafı üçün əlverişli 

zəmin formalaşdırır. Hesabat dövrü ərzində QKDK-da növbəti ortamüddətli perspektiv üçün inkişaf 

strategiyası  qəbul edilmişdir. Belə ki, qeyri-neft sektorunu ucuz, davamlı  və  rəqabətli maliyyə 

resurslarına çıxış ilə təmin edən, daxili və xarici təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirən qiymətli 

kağızlar bazarının formalaşdırılması missiyası  çərçivəsində QKDK-nın struktur bölmələri tərəfindən 

2016-2018-ci illəri  əhatə edən Strateji Plan hazırlanaraq təsdiq olunmuşdur. Strateji Planın 

hazırlanmasında məqsəd  əvvəlki dövrlərdə nail olunmuş  uğurları qoruyan və yeni situasiyada 

hökumətin iqtisadi diversifikasiya siyasətini dəstəkləyərək real sektorun maliyyə  tələbatını davamlı 

təmin edən dayanıqlı infrastruktur və yüksək kompitensiyalı bazar institutlarının formalaşdırılmasıdır.  

Qiymətli kağızlar bazarının inkişafı üçün həyata keçirilən ən son layihələrdən biri də 10 fevral 

2016-cı il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızlar bazarında 

Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) istifadəyə verilməsidir. MEAS qiymətli kağızlar 

bazarında  şəffaflığın artırılması, məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi, investorlara 

dəqiq və dolğun informasiyanın təqdim edilməsi, qiymətli kağızlar bazarında açıqlanan məlumatların 

mərkəzləşdirilmiş qaydada saxlanılması və proseslərin elektronlaşdırılması üçün yaradılmışdır. 

 

 

XƏZİNƏDARLIĞIN DÖVLƏT BÜDCƏSİNİN İCRASINDA  



ROLU VƏ ƏSAS FUNKSİYALARI  

 

İsgəndər BABAZADƏ 

Azərbaycan Dövlət İqtisad Universiteti 



isgender618@mail.ru 

AZƏRBAYCAN 

 

Dövlət büdcəsinin icrasında  əsas yerlərdən birini xəzinədarlıq tutur ki, xəzinədarlığın  əsas rolu 



ödəniş və hesablaşmaların aparılmasında effektivliyin əldə olunmasının təmin edilməsidir. Ödəniş və 

hesablaşmaların aparılmasında bank sisteminin də ciddi aktivliyi müşahidə olunmaqdadır.  İnkişaf 

etmiş ölkələrdə xəzinədarlıq bütün tələb olunan ödənişlərin həyata keçirilməsi üçün kifayət qədər pul 

vəsaitlərinin mövcudluğuna zəmanət verir. Pul qıtlığı yaranarkən xəzinədarlıq mövcud vəziyyəti 

düzəltmək üçün borc götürür və yaranacaq fövqəladə halların qarşısını alır. 

Xəzinədarlığın dövlət büdcəsinin icrasında rolunu müəyyən etmək üçün ilk öncə dövlət büdcə-

sinin icrası anlayışını  dəqiq dərk etmək lazımdır. Fikrimizcə, “dövlət büdcəsinin icrası” anlayışının 

mahiyyətini  əhatəli  şəkildə iqtisadçı alim B.N. Terebilenkonun ümumiləşdirməsində görmək müm-

kündür. B.N. Terebilenko dövlət büdcəsinin icrası anlayışını belə ifadə edir: "Büdcənin icrası – 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

730



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

nəzərdə tutularaq təsdiq olunmuş dövlət büdcəsi daxilində gəlirlərin daxil olması və nəzərdə tutulmuş 

xərclərin həyata keçirilməsi prosesidir, hansı ki, özünə  aşağıdakıları daxil edir: büdcənin icrasının 

proqnozlaşdırılması, vəsaitlərin idarə edilməsi, gəlirlərin idarə edilməsi, büdcə icrasının operativ 

planlaşdırılması, xərclərin idarə edilməsi, borcun idarə edilməsi, mühasibat uçotunun həyata keçiril-

məsi, dövlət büdcəsinin hesabatlılığının təmin edilməsi”. Bu fikirdə dövlət büdcəsinin icrasında olan 

iqtisadi elementlərin dəqiq və ardıcıl təsvir olunmuşdur. Lakin burada digər iqtisadi tapşırıqların və 

məsələlərin  həll olunması  tələb olunur ki, son nəticədə dövlət büdcəsinin icrasında problemlər 

müşahidə olunmasın.  

Dünya ölkələrində büdcə prosesinin mərhələlərinin realizasiyasında oxşar cəhət  büdcənin tərtib 

olunması  və icra edilməsi dövlətin icraedici orqanlarının funksiyaları kimi, dövlət büdcəsinin 

müzakirə  və  təsdiq olunması isə dövləti təmsil edən  əsas hakimiyyət orqanlarının funksiyaları kimi 

qəbul olunmasıdır. Dövlət büdcəsinin layihəsinin tərtibi icraedici orqanlar tərəfindən növbəti maliyyə 

ili başlamamışdan (Böyük Britaniya, Almaniya, Yaponiya) 6-7 ay əvvəl öncə başlanılır. Dövlət 

büdcəsinin layihəsinin tərtibində növbəti maliyyə ili üzrə dövlətin vergi və pul-kredit siyasəti, büdcə 

defisitinin bağlanması üçün cəlb olunacaq vəsaitlərin  əsas istiqamətləri, büdcə  gəlirlərinin büdcə 

sisteminin səviyyələri üzrə bölgüsü müəyyənləşir. Adətən dövlət büdcəsinin layihəsinin tərtibi 

Maliyyə Nazirliyi tərəfindən aparılır. Dövlət büdcəsinin müzakirə  və  təsdiq olunması proseduraları 

ölkələrin parlamentləri tərəfindən müxtəlif xüsusiyyətlərlə aparılır, lakin burada bütün ölkələr üçün 

ortaq cəhət dövlətin maliyyə fəaliyyətində ölkənin maliyyə vəsaitlərinin idarə edilməsində parlament 

idarəetməsinin operativliyi müşahidə olunur. Dövlət büdcəsinin təsdiqindən sonra büdcənin icrası 

mərhələsində büdcə qanununa görə planlaşdırılmış müddət  ərzində  gəlirlərin yığılması  və sonra 

xərclərin yerinə yetirilməsi baş verir. Dövlət büdcəsinə  nəzərdə tutulmuş qaydada bütün gəlirlərin 

yığılması, saxlanılması  və  təyinatı üzrə  xərclənməsi ümumdövlət xəzinəsi (xəzinədarlıq) vasitəsilə 

reallaşır. Ümumdövlət xəzinəsi deyildikdə isə  xəzinədarlıq anlayışı meydana gəlir ki, burada 

xəzinədarlıq ölkəyə  məxsus olan bütün pul vəsaitlərinin rezervuarı kimi çıxış edir. Xəzinədarlıq 

çərçivəsində bütün qurulmuş ayrı-ayrı xəzinə idarələrinin vahid xəzinədə mərkəzləşdirilməsi baş verir 

ki, burada ərazi xəzinə idarələrinin əsas xəzinədarları tərəfindən hesabatlılıq təmin olunur.  

Hal-hazırda dünya ölkələrində  xəzinədarlıq anlayışı daxilində çox ciddi funksiyalar yerinə 

yetirilir. Xəzinədarlıq çərçivəsində yerinə yetirilən  əsas funksiyalara - milli uçot standartlarının və 

nəzarət mexanizmlərinin hazırlanaraq təkmilləşdirilməsi, cari əməliyyatların uçotu (büdcənin icrasının 

yüksək avtomatlaşdırılmış prosedurlarının iştirakı ilə), gələcək pul axınlarının proqnozlaşdırılması, 

büdcənin icrası zamanı cari nəzarətin həyata keçirilməsi, ödənişlərin mərkəzləşdirməsi halında ödəniş 

tapşırıqlarının verilməsi, dövlət borclarının idarə edilməsi, vahid xəzinə hesabının idarə edilməsi 

(gəlirlər və xərclər üzrə büdcənin xəzinə icrası), hökumətin pul aktivlərinin idarə edilməsi, hökumətin 

başqa maliyyə aktivlərinin idarə edilməsi (məsələn, dövlət kreditləri), dövlət zəmanətlərinə  nəzarət

büdcə təşkilatlarının daxili auditi daxildir. 

Xəzinədarlıq funksiyaları ölkələrdə  əsasən Maliyyə Nazirliyinin nəzarəti altında reallaşır. Bəzi 

ölkələrdə isə xəzinədarlıq funksiyaları Maliyyə Nazirliyi və digər nazirliklər arasında bölüşdürülərək 

reallaşır. Eyni zamanda dünyada ən son tendensiyaya əsasən ölkələrdə  xəzinədarlıq strukturları 

yaradılır və xəzinədarlıq stukturlarının nəzarəti altında xəzinədarlıq funksiyaları həyata keçirilir. Digər 

tərəfdən xəzinədarlıq funksiyaları diversifiksiya olunan xəzinədarlıq strukturları tərəfindən də reallaşa 

bilər.  

Qeyd lazımdır ki, dünyada hal-hazırda oxşar struktura və universal funksiyaları yerinə yetirən 

xəzinədarlıq mövcud deyildir. Hər ölkədə qurulan xəzinədarlığın üstün cəhətləri və çatışmazlıqları 

mövcuddur. Beynəlxalq Valyuta Fondunun ekspertləri inkişaf etmiş ölkələrdə  xəzinədarlıqların 

funksionallığını müşahidə etmiş  və vurğulamışlar ki, ölkənin sosial-iqtisadi vəziyyəti, dövlətlərin 

quruluş forması, ölkənin dünyada hansı regionda yerləşməsi, tarixi ənənələri maliyyə sistemində 

qurulan xəzinədarlıq orqanlarının strukturunda və yerinə yetirdiyi funksiyalarda dəyişikliklərə gətirib 

çıxardırdı. Buna görə  də dünyada oxşar struktura malik olan və eyni funksiyaları yerinə yetirən 

xəzinədarlıq orqanları mövcud deyildir. Ölkələrin hər hansı birində olan xəzinədarlıq modelini 

prioritet hesab edərək tətbiq etmək yanlışdır. Burada əsasən düzgün və  sınanmış  qərarlar vasitəsilə 

müəyyən elementlərdən istifadə etmək daha məqbul sayılır.  

Qeyd edildiyi kimi, xəzinədarlığın yerinə yetirdiyi əsas funksiyalar gəlirlər və  xərclər üzrə 

büdcənin xəzinə icrası, nağd pulu idarəetmə, vahid xəzinə hesabının idarə edilməsi, dövlət borcunu 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

731



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

idarə edilməsidir. Lakin xəzinədarlıq orqanlarının yerinə yetirdiyi funksiyalardan başqa onu 

xarakterizə edən  əlamətlər də mövcuddur. Ən vacib əlamət isə  xəzinədarlığın dövlət maliyyəsinin 

tərkibində tutduğu rol hesab edilir. Dövlət maliyyəsinin idarə edilməsində  təsirinə görə  xəzinədarlıq 

orqanlarının rolu aşağıdakı kimi təsnifləşdirilir: 

 Hiperaktiv  –  xəzinədarlıq orqanları  əvvəlcədən qəbul edilmiş kriteriya, qaydalar əsasında 

müəyyənləşdirilmiş  xərc  əməliyyatlarını apararkən xüsusi siyahı  tərtib edib onu həyata keçirə bilər. 

Xəzinədarlıq dövlət borclarının idarə edilməsində kifayət qədər təsirə və iştiraklılığa malikdir. 

 Aktiv – xəzinədarlıq orqanları ayrılmış resurslar çərçivəsində öhdəliklər üzrə  və  xərclərin 

ödənilməsində limitlər tətbiq edə bilər. Xəzinədarlıq dövlət borcunun idarə edilməsində müəyyən 

səviyyədə təsirə malikdir. 

 Passiv – xəzinədarlıq orqanlarının fəaliyyəti təsdiq edilmiş büdcə qanununa əsasən ayrılmış 

resurslara  əsasən məhdudlaşır. Xəzinədarlıq orqanlarının fəaliyyəti dövlət büdcəsinin icrası 

mərhələsində tamamilə dar çərçivəni əhatə edir, demək olar ki, dövlət büdcəsinin icrası mərhələsinə 

qarışmır, yalnız xəzinədar (kassir) rolunda çıxış edir. Xəzinədarlıq büdcə təşkilatlarına pul vəsaitlərini 

çatdıraraq onların məqsədli proqramlarının reallaşmasına kömək edir. 

Xəzinədarlıq orqanları dövlət maliyyəsinin idarə edilməsində iştirak edərkən müəyyən alətlərdən 

istifadə edir. Bu alətlərə büdcə öhdəlikləri üzrə  məhdudiyyətlər, büdcə  və maliyyə  məhdudiyyətləri, 

büdcə təxsisatları daxildir. 

 Qeyd  edilmiş fikirləri cəmləyərək, ümumiləşdirilmiş  şəkildə dünya ölkələrində  xəzinədarlıq 

orqanlarının dövlət maliyyəsində rolunu və istifadə etdikləri alətləri aşağıdakı cədvəldə görə bilərik: 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin