Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Həkim-oftalmoloqun nümunəvi vəzifə
TƏLİMATI
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı həkim-oftalmoloqun
vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Həkim-oftalmoloq vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq ixtisas üzrə peşə hazırlığı keçmiş şəxs təyin
edilir.
Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində
(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə
müəyyən edilmiş qaydada “oftalmologiya” ixtisası üzrə peşə hazırlığı keçmiş, ixtisası
üzrə ən azı 3 il əmək stajına malik şəxs təyin edilir.
3.
Həkim-oftalmoloq Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Həkim-oftalmoloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə tibb
müəssisəsininrəhbərinə və ya onun müavininə tabe olur.
5.
Həkim-oftalmoloq aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2. xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və
təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin
əsaslarını;
5.3. öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın
müasir metodlarını;
5.4. oftalmologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə
bağlı məsələləri;
5.5. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.6. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.7. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial
ekspertizanın aparılması qaydasını;
5.8. dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.9. tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.10. həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın
əsaslarını;
2
5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.12. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.13. sanitar-maarifləndirmənin əsaslarını;
5.14. daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.