MSS vərəminin müalicəsi
Müalicəyə başlanmasının gecikdirilməsi bilavasitə mənfi
nəticələrə gətirib çıxarır
Klinik, laborator və instrumental müayinələr MSS-nin vərəmi
diaqnozunu təsdiq edən andan etibarən empirik kimyəvi
terapiyaya başlamaq məsləhət görülür; müalicə rejimi:
2SHREZ/1HREZ/9HRE (B)
80
(Cədvəl 3)
Əgər 2 həftə müddətində klinik, laborator və instrumental
müayinələrlə təsdiqlənmiş müsbət dinamika əldə edilməzsə,
yuxarıda göstərilən müalicə rejiminə 2-ci sıradan 3 dərman
vasitəsi: inyeksiya formasında (Km, Am, Cm), ftorxinolonlar
(Lfx, Mfx) və tiamidlər (Eto, Pto) əlavə edilməlidir (5-ci bənd
“Müalicənin ümumi prinsipləri”) (D)
80
DHT-nin nəticələri əldə edilərsə, empirik kimyəvi terapiya rejimi
həssaslığın tipi nəzərə alınaraq dəyişilməlidir
MSS vərəmindən ölüm hallarını və geri dönməyən nevroloji
ağırlaşmaların qarşısını almaq məqsədi ilə ilk 6-8 həftə ərzində
deksametazonun təyini məsləhət görülür:
ağır və təxirəsalınmaz hallarda v/d yavaş şırınqa və ya damcı
üsulu ilə və ya ə/d 4-20 mq gündə 3-4 dəfə olmaqla (gündəlik
doza 80 mq-a qədər) təyin olunur, saxlayıcı doza
0,2-9 mq/gündə 3-4 gün ərzində, sonrakı mərhələdə
preparatın per os qəbulu tövsiyə edilir. Uşaqlara
deksametazon ə/d 0,02776–0,16665 mq/kq hər 12-24 saatdan
bir yeridilir. Deksametazon ilə müalicə dozanın tədricən
azaldılması ilə kəsilir (müalicənin sonunda bir neçə
kortikotropin inyeksiyası təyin edilir) (A)
80
Miliar vərəm
Miliar vərəm vərəmin kəskin proqressivləşən forması olub, xəstə
insanın bədənində
vərəm infeksiyasının geniş miqyaslı
disseminasiyası ilə səciyyəvidir. Vərəmin bu klinik forması həm
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
27
birincili vərəmdə, həm də ikincili vərəm formalarında reaktivasiya
nəticəsində inkişaf edə bilər. Miliar vərəmin inkişafına bir neçə
faktorun təsiri məlumdur: erkən uşaq yaşları, qeyri-kafi qidalanma,
İİV-ə yoluxma, alkoqolizm, şəkərli diabet, xronik böyrək
çatışmazlığı, postqastroektomik sindrom, orqan transplantasiyası,
birləşdirici toxumanın sistem xəstəlikləri, hamiləlik, zahılıq dövrü,
bədxassəli şişlər, silikoz və s. İİV-ə yoluxmuş şəxslərdə miliar vərəmlə
xəstələnmə 3 dəfə çox təsadüf edir ki, bu da vərəmin immun
sisteminin çatışmazlığı ilə əlaqədar olduğunu sübut edir. Miliar vərəm
immunosupresiv terapiya (kortikosteroidlərin, sitostatiklərin, şişlərin
nekroz faktoru inhibitorları-alfa qəbulu) fonunda da inkişaf edə bilər.
Bəzi tibbi manipulyasiyalardan sonra xəstələrdə miliar vərəmlə
xəstələnmə hadisələri məlumdur. Bunlara sidik kisəsinin
kateterizasiyası, ekstrakorporal litotripsiya, ürək klapanlarının
protezləşdirilməsi, sidik kisəsi xərçənginin müalicəsi məqsədi ilə
KJB vaksininin sidik kisəsi daxilinə yeridilməsi aiddir.
Dostları ilə paylaş: |