Microsoft Word 86 Agciyerden kenar verem 4



Yüklə 0,51 Mb.
səhifə38/40
tarix28.12.2021
ölçüsü0,51 Mb.
#9458
1   ...   32   33   34   35   36   37   38   39   40
Dəri vərəminin müalicəsi 

Dəri vərəmi olan xəstələrin müalicəsi 2HREZ/4HRE rejimi üzrə 

aparılır (B)

80

 (Сədvəl 3) 



 

DHT-nin nəticəsi  əldə edildikdə empirik müalicə rejimi 



dərmanlara həssalıq tipi nəzərə alınaraq dəyişdirilir (Cədvəl 3

 



Göstəriş olduğu hallarda yaraların cərrahi işləməsi həyata keçirilir 

Göz vərəmi 

Gözlərin vərəm mənşəli zədələnmələri gözün ön və arxa 

seqmentlərinin zədələnmələrinə bölünür. Belə bölgünün rasionallığı 

bu patologiyanın diaqnostikasına olan müxtəlif yanaşmalarla 

əlaqədardır.  Ən çox arxa seqment zədələnmələri: arxa uveitlər 

(xorioidit, xorioretinit), neyroretinit və optik neyropatiyalar 

müşahidə edilir. Ön seqment zədələnmələri arasında  ən çox təsadüf 

edilənləri ön uveitlər (irit, iridosiklit), diffuz və ya düyünlü 

(fliktenulyoz) sklerit, keratokonyuktivitlərdir. Damarlı qişanın total 

zədələnmələri (panuveitlər) də tez-tez təsadüf edilən zədələnmələrə 

aiddir. 

Ağciyərlərin və  ağciyərlərdənkənar orqanların fəal vərəmi olan 

xəstələrdə gözlərin zədələnmələri 1,4-18% hallarda müşahidə 

olunur


11,12

.

 



Uveit diaqnozu qoyulan xəstələrin 1-6,9%-də proses 

vərəm mənşəli olur

6,86

. Göz vərəmi olan xəstələrin  əksər hissəsi 



müraciət əsnasında aşkarlanır.  

Xəstələrin 43,7%-də göz vərəmi gecikmiş  mərhələlərdə 

aşkarlanır ki, bu da xəstəliyin bu forması barədə sayıqlığın aşağı 

səviyyəsinə dəlalət edir.  

Göz vərəmi bütün göz xəstəlikləri arasında 1,3-5% təşkil edir. 

Damarlı qişaların iltihabi xəstəlikləri (uveitlər) arasında hadisələrin 

6,8-63%-ni vərəm üveitləri təşkil edir

38,61


. Cavan yaşlarda, adətən, 

arxa uveitlər (xorioretinit) erkən mərhələdə, 50 yaşdan sonra ön 

uveitlərə (iritlər, iridosiklitlər) təsadüf edilir və adətən, bu zaman 

proses gecikmiş fazada aşkarlanır. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




39 

Gözlərin vərəmlə  zədələnməsi bilavasitə VMB-nin təsirindən

eləcə  də  vərəm antigenlərinə qarşı göz strukturlarında  əmələ  gələn 

reaktiv iltihab nəticəsində mümkündür. Gözlərin vərəmi zamanı 

müşahidə olunan morfoloji dəyişikliklər (skleranın fliktenulyoz 

iltihabı, konyuktivitlər, buynuzlu qişanın xoraları  və ya interstisial 

dəyişiklikləri, sinexiyalar, qüzehli qişanın, siliar cismin və xorionun 

qranulyomaları, torlu qişadakı damar dəyişiklikləri) spesifik olmayıb, 

digər göz xəstəliklərində  də (sarkoidoz, sifilis, Laym xəstəliyi,  İİV 

infeksiyası) müşahidə edilir. Vərəm prosesi, adətən, histoloji və 

bakteriolji müayinələrin aparılması  məqsədi ilə biopsiyanın 

aparılması və ya digər patoloji materialların alınması qeyri-mümkün 

olan gözün daxili strukturlarını (uveitlər, retinitlər) zədələməsi 

səbəbindən göz vərəminin diaqnostikası xeyli çətinləşir. Gözdən 

alınan möhtəviyyatın bakterioloji müayinəsi də çox nadir hallarda 

müsbət nəticə verir. Tuberkulin sınaqları və İGRA testlərinin tətbiqi 

vərəmin latent və ya fəal formalarını diferensə etməyə imkan vermir. 

Bütün bunlarla əlaqədar olaraq əksər hallarda klinik əlamətlərə, 

vizual simptomatikaya, xəstəliyin anamnezinə, ağciyərlərdə  və 

ağciyərlərdənkənar orqanlarda fəal vərəm prosesinin olmasına əsasən 

göz vərəmindən  şübhələnmək olar. Zədələnmənin vərəm mənşəli 

olması haqqında son qərarı yalnız vərəm əleyhinə müalicənin müsbət 

nəticəsinə əsaslanaraq vermək olar. 

Son illər VMB-ni təyin etmək məqsədilə  şüşəyəbənzər cismin 

maye mühitinin PZR-nin miqdarına  əsaslanan diaqnostika metodu 

geniş  tətbiq olunmaqdadır. Retinal vaskuliti (İlz xəstəliyi) və     

VMB-nin DNT səviyyəsi 1,52x10

4

-1,01x10



4

 

diapazonunda olan 



xəstələr qrupunda bu müayinə üsulu 50% hallarda müsbət nəticə əldə 

etməyə imkan verir

76

.

 



Müalicənin effektivliyi diaqnozun vaxtında qoyulmasından və 

kimyəvi terapiyaya başlanma müddətindən asılıdır. Adətən, standart 

kimyəvi terapiyanın təyini tam sağalma ilə  nəticələnir, lakin bəzi 

hallarda görmə funksiyasının tam bərpası mümkün olmur. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin