Microsoft Word 88 Hemofiliya


Ağız boşluğuna qansızma. Dişlərin müalicəsi



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə34/58
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#2520
1   ...   30   31   32   33   34   35   36   37   ...   58
Ağız boşluğuna qansızma. Dişlərin müalicəsi. 

Molyarlardan başqa eyni zamanda 3-ə  qədər dişin çəkilməsi 

ambulator  şəraitdə hemostatik terapiya fonunda aparılmalıdır. 

Çoxsaylı  və ya texniki cəhətdən ağır olan ekstraksiyalar stasionar 

şəraitdə  həyata keçirilməlidir.  İnhibitorlu hemofiliyalı  xəstələrin 

müalicəsi isə stasionar şəraitdə olub, eyni zamanda yalnız bir diş 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




37 

çəkilməlidir. Ümumi anesteziyanın tətbiq olunması  məqsədə-

uyğundur. 

Cərrah-stomatoloqlar bütün yerli anesteziya üsullarından istifadə 

edərək müalicəni təhlükəsiz həyata keçirə bilərlər. Faktorun 

səviyyəsini 20-40%-ə  qədər qaldıraraq, adətən, infiltrasiya, 

alveoldaxili və bağdaxili inyeksiyalar edilir. Adekvat təcrübəsi olan 

mütəxəssislər bu inyeksiyaları faktor istifadə olunmadan da edə 

bilərlər (D)

33

. 



Dişlərin çəkilməsi və ya ağız boşluğunda aparılan cərrahi 

əməliyyatlar hematoloqun məsləhəti ilə hemostazın nəzarət planı 

tərtib olunduğu təqdirdə aparılmalıdır (C)

31

. 



Əgər alt çənənin anesteziyası aparılırsa, faktor səviyyəsini 

hemofiliya A zamanı 50%-ə; hemofiliya B zamanı 40%-ə çatdırmaq 

lazımdır. Hemofiliyalı  xəstələrə yerli anesteziya əks-göstəriş 

sayılmır. Yerli anesteziyaya əlavə olaraq azot-oksidi və ya venadaxili 

analgeziyadan istifadə etmək olar. 

Dişlərin ekstraksiyası zamanı  əməliyyatdan öncə qanda faktor 

səviyyəsini hemofiliya A-da 50%-ə; hemofiliya B-də 40%-ə 

çatdırmaq lazımdır. IX faktor çatışmazlığı olan xəstələrdə 

antifibrinolitiklərin tətbiqi məqsədəuyğun deyil. Transamin 

turşusunun verilmə dozası 25 mq/kq hər 8 saatdan bir olmaqla per os 

10 gün müddətində təşkil edir. 

Süd dişləri düşərkən xəstədə qanaxma ola bilər.  

Qanaxmanın qarşısını almaq üçün yerli müalicə üsullarından 

istifadə etmək məsləhətdir: 

 

nəm tənzif parçalarından istifadə etməklə  ən azı 15 dəqiqə 



ərzində həmin sahəyə birbaşa təzyiq göstərmək 

 



yaranı bağlamaq üçün tikiş qoymaq 

 



hemostatik preparatlardan yerli istifadə etmək 

 



antibiotiklərin istifadəsi, xüsusilə  ağız boşluğunun pis 

gigiyenik vəziyyəti ilə  əlaqədar yaranan diş  əti qanaxmaları 

zamanı  

Cərrahi  əməliyyat, məsələn, tikiş qoyulması  və ya çoxsaylı diş 

çıxarılması  tələb olunan hallarda xəstənin hospitalizasiyası 

məsləhətdir. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




38 

Ağıl dişlərinin vəziyyətinə hələ yeniyetmə dövründə fikir vermək 

lazımdır. Daha böyük yaşlarda onların çıxarılması cərrahi əməliyyata 

ehtiyac yaradır. 

Hər bir əməliyyat zamanı o xəstəyə  nəzarət edən hematoloqun 

məsləhəti tövsiyə olunur. 

IX faktor defisiti olan və yüksək dozada PKK ilə müalicə alan 

xəstələrdə, həmçinin APKK ilə müalicə alan inhibitorlu xəstələrdə 

antifibrinolitik dərmanların sistematik istifadəsi dayandırmalıdır (və 

ya məhdudlaşdırılmalıdır) (D)

57

. 



Əgər ehtiyac varsa, EAT və ya traneksam turşusunun oral 

formalarından istifadə eləmək lazımdır (D)

77

. 



FVIII çatışmazlığı olan xəstələrdə isə müalicə zamanı Amikar 

(EAT) və ya transamin turşusunun tətbiqi, eləcə  də Amikarla ağız 

boşluğunun qarqara edilməsi müsbət nəticə verir. 

Xəstəyə qanı udmamaq barədə təlimat verilməlidir. 

Anemiyanın diaqnostikası və müalicəsi aparılmalıdır. 

Qansızma yerinə Avitin və ya Trombin kimi agentlərin tətbiq 

olunması effektiv ola bilər. Buz hissəcikləri də yaxşı nəticə verir. 

Hematoloq, stomatoloq və otorinolarinqoloqun birgə müayinəsi 

məsləhətdir. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin