Microsoft Word Abbasov Cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#1172
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
 

 

 

 


 

85 


 

NƏT CƏ VƏ TƏKL FLƏ

Büdcə-vergi  siyasəti  ölkənin  sosial-iqtisadi    inkişaf  konsepsiyasına      uyğun 

olaraq    müəyyənləşdirilməlidir.  Bu  siyasət    ümumi  makroiqtisadi    göstəriciləri  əks 

etdirən  sərt  maliyyə  siyasətindən    tədricən  uzaqlaşmanı,  büdcə-vergi  siyasətinin 

çevikliyinin    artırılmasını,  maliyyə  intizamının  gücləndirilməsinin,  manatın 

məzənnəsinin  tənzimlənməsini    və  digər  tədbirləri    özündə  əks  etdirir.    Həyata 

keçirilən  kompleks  makoiqtisadi  tədbirlər  sabit  iqtisadi  artımın  təmin  edilməsinə, 

istehsalın 

həcminin 

və 


qeyri-neft 

sektorunda 

məşğulluq 

səviyyəsinin 

yüksəldilməsinə,  ölkənin  regionlarının  iqtisadi  inkişafının    dinamikliyinə  və 

tarazlaşdırılmasına,  yerli  özünüidarəetmə    orqanları    olan  bələdiyyələrin  iqtisadi 

müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi şəraitin yaradılmasını nəzərdə tutur. 

 

 Fikrimizcə,  büdcə  təsnifatında  dünya  təcrübəsində  istifadə  olunan  Milli 



Hesablar Sistemindən, Beynəlxalq Maliyyə Statistikasının metodologiyasından, ayrı-

ayrı  dövlətlərdə  tətbiq  olunan  təsnifatlardan  istifadə  edilməklə  formalaşması 

təsnifatın beynəlxalq  standartlara cavab verməklə büdcə göstəricilərinin, onun gəlir 

və  xərclərinin  uçotunun  və  iqtisadi  istiqamətlərinin  daha  da  aşkar  və  şəffaf  həyata 

keçirilməsinə,  büdcədən  maliyyələşən  və  ya  əlaqəsi  olan  dövlət  və  qeyri-dövlət 

orqanlarının  funksiya  və  vəzifələrinin  yerinə  yetirilməsi  üçün  ayrılan  vəsaitlərin 

istiqamətlərinin daha da konkretləşdirilməsinə imkan verə bilər. 

 

Vergi  münasibətləri,  ölkəmizin  iqtisadiyyatının  dünya  iqtisadiyyatına 



inteqrasiyası  prosesi  ölkədə  aparılan  vergi  siyasətinin  səmərəli,  ədalətli  olmağını 

təmin  etməklə  yanaşı  eyni  zamanda  sabit  vergi  sisteminin  qurulmasını  tələb  edir. 

Ölkədə həyata keçirilən iqtisadi islahatların  müasir mərhələsində  istehsal və  sosial 

sahələrin  inkişafına  büdcə vəsaitlərinin  investsiya  edilməsi dövlət büdcəsinin  tər-

kib hissəsi olmalıdır.   

Maliyyə   siyasətində büdcə gəlirləri iqtisadiyyatın  dövlət tənzimlənməsi isti-

qamətində əsas mənbə kimi çıxış edir. Bu mənbənin  düzgün siyasi  çərçivədən  hə-

dəfləndirilməsi    iqtisadiyyatda    əks  nəticə  ilə  qeyri-taraz  gəlir  azlığı  potensialı  ilə  

büdcə  mexanizminə    təsir  göstərə  bilər.  Məhz  bu  baxımdan  da,  büdcə  siyasətinin  



 

86 


 

mexanizmini  iqtisadiyyatın  inkişafına  doğru    istiqamətləndirilməsi  üçün  gəlir  və 

xərclərinin faktiki və strateji planlaşdırılmasına yönəldilməlidir.  

 

Makroiqtisadi  sabitliyin  əldə  olunmasında  çevik  və  məqsədyönlü  siyasətinin 



aparılması  həlledici  rol  oynayır.  Ona  görə  də,  ilk  növbədə  məhz  büdcə-vergi 

siyasətinin  tarazlaşdırılmış  şəkildə  aparılması  ölkədə  makroiqtisadi  sabitliyin 

vəziyyətinə  həlledici  təsir  göstərir.  qtisadiyyatın  sabitləşməsi  müasir  dünyada 

iqtisadi proseslərin sürətləndiyi və iqtisadi  təhlükəsizliyin  qorunmasının gücləndiyi 

bir  şəraitdə  maliyyə  siyasətinin,  o  cümlədən,  onun  tərkib  hissəsi  olan  büdcə-vergi 

siyasətinin  təkmilləşdirilməsi  və  səmərəliliyinin  artırılması  üçün  geniş  imkanlar 

yaradır.  

         Gəlir  daxilolmalarının  bölgüsü  zamanı  əsas  diqqət  yerli  büdcələrin    gəlir 

bazasının formalaşmasına yetirilir ki, bu da yerli səviyyədə sabit, səmərəli fəaliyyət 

göstərən büdcə münasibətləri sisteminin yaradılması məqsədinə daha çox cavab verir. 

Lakin  bunun  mənfi  cəhətləri  də  vardır.  Yerli  hakimiyyətlərə  çox  böyük  vergi 

səlahiyyətlərinin  verilməsi  vergi  qaydalarının  qeyri-bərabərliyinə  və  bunun  nəticəsi 

kimi  formalaşmış  təsərrüfat  əlaqələrinin,  təsərrüfat  obyektlərinin  yerləşdirilməsi 

nisbətlərinin pozulmasına, vəsaitlərin investisiya edilməsi şəraitindəki fərqlərə gətirib 

çıxara bilər.  O faktı da nəzərə almaq lazımdır ki, vergi potensialının qeyri-bərabərliyi 

üzündən  vergilərin  bölüşdürülməsinin  təhkim  metodunun  tətbiqi  büdcə  təmin 

olunması səviyyələrindəki qeyri-bərabərliyi şərtləndirir bu da yerli büdcələr sistemini 

qeyri-sabit, operativ büdcə tənzimlənməsi olmadıqda isə sosial cəhətdən gərgin edir. 

Göstərilən  səbəblər  üzündən  vergilərin  bölüşdürülməsinin  təhkim  metodu  yerli 

büdcələrin  normal  fəaliyyətini  təmin  etmir.  Buna  görə  də  gəlir  daxilolmalarının 

bölgüsü zamanı vergilərin təhkim metodu onların  paylı bölgüsü metodu ilə birlikdə 

tətbiq ounur. Vergilərin əsas hissəsinin mərkəz tərəfindən tutulduğu halda belə, vergi 

daxilolmalarının  müəyyən  payı  yerli  səviyyəyə  ötürülə  bilər.  Ümumdövlət 

vergilərinin  bazasından  istifadə  etməklə  tutulan  vergilərə  yerli  əlavələr  sistemi 

iqtisadi nöqteyi-nəzərdən məqsədəuyğundur. 



 

87 


 

 

Dövlət büdcəsinin dayanıqlı vəziyyətdə  olması  geniş təkrar istehsalın  və əha-



linin sosial-iqtisadi vəziyyətinin dinamik inkişaf edə bilməsinin əsasıdır. Onun taraz-

lığının  pozulması  və  bunun  nəticəsində  büdcə  kəsirinin  həcminin  müəyyən  həddi 

keçməsi  təkrar  istehsal  prosesinin  və  əhalinin  sosial-iqtisadi  vəziyyətində  tarazlığın 

pozulması problemini yarada bilər.  

Hal-hazırda mövcud  iqtisadi siyasi durum  respublikamızın  yeraltı və yerüstü 

təbii sərvətlərinin  zənginliyi, onun  tutduğu  coğrafi – geosiyasi  vəziyyəti, nisbətən 

ucuz işçi qüvvəsinin  olması və digər amillər  xarici investorların  marağını getdikcə 

aptırmaqdadır.  qtisadiyyatımızın    stabil  inkişafını    təmin  etmək,  xalq  təsərrüfatının  

bütün sahələrinə xarici  investisiyaların  cəlb olunması  üçün  səmərəli  vergiqoyma 

və  ikiqat  vergi  tutmadan    azad  etməklə,  xarici  investisiyaların    iqtisadiyyatımıza 

qoyuluşunu  stimullaşdıra  bilər.  Bununla  belə  bu  sektorun  inkişafı  yalnız  maliyyə 

mənbələri  ilə  məhdudlaşmır.  Burada  bir  çox  institutsional  amillər  də  həlledici  rola 

malikdir.  Burada  ən  başlıca  prioritetlərdən  biri  qeyri-neft  sektorunun  inkişaf 

potensialını maksimum nəzərə alan optimal vergi strategiyasının işlənməsidir. Məhz 

vergi yükünün cüzi yox, əhəmiyyətli dərəcədə azaldılması qeyri-neft sektorunda çox 

mühüm  stimul  yaratmaq  imkanındadır.  Bu  gün  hökumətin  gördüyü  tədbirlər  vergi 

yükünün azaldılmasına yönəldilməsi kimi qiymətləndirilməlidir. 

qtisadiyyatın dinamik yüksəlişi üçün vacib olan amillərdən biri və ən mühümü 

neft gəlirlərinin ölkədaxili investisiyalara  cəlb edilməsidir. Son nəticədə bu, ölkənin 

beynəlxalq miqyasda rəqabətə  dözümlüyünə ən yaxşı zəmanətdir.   qtisadi cəhətdən 

sürətlə  inkişaf  edən    ölkələrin  təcrübəsi  göstərir  ki,  ixtisaslı  işçi  qüvvəsinə  qoyulan 

investisiyalar  digər investisiya formalarından  daha mənfəətlidir. Nəzərdə tutulan bu 

təlabatın  tam  ödənilməsi  üçün  bu  istiqamətdə  bəzi  tədbirlərin  həyata  keçirilməsi  

məqsədə müvafiq  olardı. 

Fikrimizcə,  müasir  şəraitdə  xüsusilə  regionların  inkişafına  yönələn  «regional 

investisiya siyasəti» aparmaqla ərazilər üzrə iqtisadi inkişafın tənzimlənməsinə şərait 

yaratmaqdadır.  



 

88 


 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin