Maddə 11 . Milli arxiv fondu sənədlərinin qeydiyyatı
Milli arxiv fondunun sənədləri mülkiyyət formasından və müha- fizə yerindən asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.
Maddə 12 . Milli arxiv fondunun külliyyatı
Milli arxiv fondunun külliyyatını dövlət arxivləri hazırlayırlar. Azərbaycan Respublikasının hüquqi şəxsləri Milli arxiv fondunun
külliyyatı üçün müvafiq məlumatları hər il müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
Vətəndaşların tarixi və mədəni dəyəri olan sənəd fondları və kolleksiyaları Milli arxiv fondunun külliyyatına onların razılığı ilə da- xil edilə bilər.
fəsil
Dostları ilə paylaş: |