Microsoft Word diplom isi n'rmin docx


Günümüzdə  mövcud  olan  informasiya  texnologiyalarını  iki



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#46169
1   ...   12   13   14   15   16   17   18   19   ...   53
Təhsildə İKT

Günümüzdə  mövcud  olan  informasiya  texnologiyalarını  iki  əsas  növə  ayırmaq 

olar: 

1) verilənlərin emalı texnologiyası; 

2) idarəetmənin informasiya təminatı texnologiyası. 

Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün 

alqoritmlər  və  digər  standart  prosedurlar  olan    strukturlaşdırılmış  məsələlərin  həlli 

üçün  nəzərdə  tutulur.  Bu  səviyyədə  informasiya  texnologiyalarının  və  sistemlərinin 

tətbiqi əmək məhsuldarlığını artırır, onu hesablama əməliyyatlarından azad edir. 

İ

darəetmənin  informasiya  təminatı  texnologiyasının  əsas  məqsədi  hər  hansı 

bir müəssisənin qərar qəbuletmə ilə bağlı olan bütün iştirakçılarını lazımi informasiya 

ilə təmin etməkdir. 

Müasir  kompüterlərdə  informasiyanın  işlənməsi  aşağıdakı  kimi  yerinə  yetirilir. 

Ə

vvəlcə  tədqiq  olunan  obyekt  və  ya  proses  ətraflı  olaraq  araşdırılır.Sonra  əsas 



təsiredici  amillər  seçilərək  toplanılır.  Əldə  olunan  bu  məlumatlar  kompüterə  daxil 

edilir  və  daxil  edilmiş  məlumatlar  sistemləşdirilir  və  emala  göndərilir.  Emal 

prosesindən sonra alınmış nəticələr çıxış qurğularına və ya informasiya daşıyıcılarına 

göndərilir.  Göründüyü  kimi  ümumilikdə  informasiyanın  müasir  kompüterlərdə 

işlənməsi  vahid  proses  olmaqla  bərabər,  ayrı-ayrı  yerinə  yetirilən  və  özünəməxsus 

xüsusiyyətləri  ilə  seçilən  proseslərdən  ibarətdir.    İnformasiya  adətən  tədqiq  edilən 

proses və ya obyektə uyğun ilkin sənədlərdən və təcrübələrdən əldə edilərək toplanır. 

Toplanmış informasiyanın saxlanılması və ötürülməsi məqsədilə  isə kodlaşdırmadan 

istifadə edilir[16, s.5]. 

Ümumiyyətlə,  əsas  informasiya  proseslərinə  məlumatların  yığılması,  onların 

qeyd  edilməsi  və  kodlaşdırılması,  çoxaldılması,  ötürülməsi,  saxlanması,  axtarılması, 

təhlili  və  istifadə  edilməsi  aiddir.  Bu  informasiya  prosesləri  içərisində  məlumatların 

yığımasının  texniki  səviyyəsi  xeyli  aşağı,  əməliyyatların  həcmi  isə  yüksək  olur. 

İ

nformasiyaların  yığımasından  sonra  onun  müxtəlif  sənədlərdə,  məlumat 



daşıyıcılarında qeyd edilməsi və əks etdirilməsi əməliyyatları baş verir. 

İ


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin