KT-nin sürətli inkişafı yeni imkanlar yaratmaqla yanaşı bir sıra problemlər də
təmin olunması zamanı biruzə verir. Yeni informasiya mənbələrinə daxil olan uşaqlar
24
psixoloji,fiziki,sosial,mədəni və s. təsirlərə məruz qalırlar.Bundan başqa, ziyanlı təsirə
malik olan informasiyalardan nəzarətsiz istifadənin təsirləri də nəzərə alınmalıdır.
Bütün bu təsirlərin aradan qaldırılması üçün aşağıdakılar gerçəkləşdirilməlidir:
informasiya təhlükəsizliyi təhsilin informasiyalaşdırılması üzrə bütün elmi-texniki
proqramlarda və layihələrdə nəzərə alınmalı, təhlükəsizliyinin bütün istiqamətləri
üzrə lazımi sənədlər hazırlanmalıdır;
İKT-dən istifadə ilə bağlı təhlükəsizlik məsələləri müəllimlərə, valideynlərə, təhsil
sisteminin rəhbərlərinə catdırılmalı, şagirdlərdə müəllif hüququna qarşı hörmət hissi
aşılanmalıdır;
İKT-nin şagirdlərə təsirləri ilə bağlı mövcud xarici təcrübə öyrənilməli və müvafiq
tədqiqatlar aparılmalıdır.
Təhsilin informasiyalaşdırılması sahəsi üzrə mövcud təhsil qanunvericiliyində
İ
KT-nin tətbiqi ilə bağlı tədris və təhsil prosesinin bütün sahələrində yaranan
münasibətlərin tənzimlənməsi üçün hüquqi normativ baza yaradılmalıdır.İKT-nin
tətbiqi ilə bağlı təhsil standartlarının təkmilləşdirilməli, müxtəlif fənlərin tədrisində
İ
KT-nin tətbiqinə yönəlmiş müddəaların öz əksini tapmalı, məktəblərə verilən
kompüter siniflərinə, İKT avadanlığına və proqram texniki-təminatına qoyulan tələblər
hazırlanmalı,onlardan istifadə üzrə yeni sanitar-gigiyenik qaydalar və normalar təsis
edilməlidir.Təhsilin informasiyalaşdırılmasının tədqiq edilməsi üçün monitorinq
sisteminin və onun elmi-metodiki təminatı hazırlanmalıdır.
5.
Təhsilin informasiyalaşdırılmasının elmi və tədris-metodiki təminatı
Təhsildə İKT=nin tətbiqinin inkişaf tendensiyası analiz edilməli və dünya
təcrübəsi öyrənilməlidir. Bu sahədə aparılan tədqiqatlar informasiya cəmiyyətinin
formalaşma istiqamətlərini və sosial-iqtisadi proseslərin qanunauyğunluqlarını
öyrənməyə şərait yaradır.Müasir İKT-dən daha effektiv istifadə edilməsinin nəzəri və
metodoloji aspektlərini həll etməyə imkan verir.
İ
KT-nin təhsildə tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin hazırlanması
aşağıdakıları nəzərdə tutur:
25
Kompüter siniflərinin, proqram təminatının, idarəetmə sistemlərinin ən optimal
konfiqurasiyalarının və İKT-nin təhsildə tətbiqinin yeni variantlarının hazırlanması;
Müxtəlif informasiya sistemlərinin, məsafədən təhsil və multimedia vasitələrinin
tətbiqi ilə bağlı meydana çıxan yeni nəzəri biliklərin öyrənilməsi,yerli və qlobal
şə
bəkələrin tətbiqinin elmi əsaslarının hazırlanması;
Təhsildə İKT-nin tətbiqinin gedişi ilə bağlı elmi-praktik konfransların
keçirilməsi,təhsil sisteminin informasiyalaşdırılması problemləri ilə məşğul olan elmi-
tədqiqat mərkəzinin yaradılması;
Təhsil sisteminin informasiyalaşdırılması üzrə elmi-pedaqoji jurnalın təsis edilməsi,
xarici elmi-pedaqoji və metodiki ədəbiyyatın tərcümə və çap olunması[13, s.7-9].
Dostları ilə paylaş: