6. Büdcə vəsaitinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipi onu ifadə
edir ki, əvvəlki dövrdə buraxılmış büdcə vəsaiti iş və xidmətlərin səviyyəsinə
uyğun olmalı və qənaət rejiminə ciddi əməl olunmalıdır.
7. Büdcələrin aşkarlığı prinsipi o deməkdir ki, təsdiq edilmiş büdcələrin və
onların icarəsı haqqında hesabatların açıq mətbuatda dərc edilməsi icbaridir,
büdcənin icrasının gedişi haqqında məlumatlar, büdcələrin tərtibi və icrası üzrə
dövlət hakimiyyəti və idarəsi orqanlarının bütün qərar və sərəncamları kütləvi
informasiya vasitələri vasitəsilə cəmiyyətin nəzərinə açıq bildirilməlidir.
Dostları ilə paylaş: |