1.3 Dövlət büdcəsinin idarə edilməsində xəzinədarlığın rolu
Büdcənin idarə edilməsi –büdcə vəsaitlərinin yığılması və istifadəsi üzrə
büdcə prosesinin mühüm mərhələsidir. Bu icra prosesində icra hakimiyyəti
orqanları, maliyyə və
vergi orqanları, kredit təşkilatları, hüquqi və fiziki
şə
xslər–vergi ödəyiciləri vəbüdcəvəsaiti alanlar iştirak edirlər.
Azərbaycan Respublikasında büdcələrin xəzinədarlıq vasitəsilə icra
edilməsi müəyyənləşdirilmişdir. cra hakimiyyəti orqanlarına büdcələrin icrasının
təşkili və icra edilməsi, büdcə hesablarının və büdcə vəsaitlərinin idarə edilməsi
həvalə edilir. Göstərilən orqanlar büdcə vəsaitlərini alanların və bütün
sərəncamların xəzinədarları sayılırlar və büdcə idarələrinin tapşırığı ilə və adından
büdcə vəsaitləri tədiyyələri həyata keçirirlər.
Büdcənin icrası xəzinənin vahidliyi prinsipinə əsaslanır. Bu prinsip daxil
olan gəlirlərin və büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən
daxilolmaların vahid büdcə hesabına götürülməsini və nəzərdə tutulan bütün
xərclərin vahid büdcə hesabından həyata keçirilməsini nəzərdətutur.
Azərbaycan Respublikası büdcə sisteminin bütün səviyyəli büdcələri vahid
xəzinə prinsipi əsasında icra edilir.
Xərclər üzrə büdcənin icrası xərclər siyahısı üzrə nəzərdə tutulmuş
tədbirlərin maliyyələşdirilməsinin təmin edilməsi deməkdir və bir neçə
mərhələdən ibarətdir:
1. Büdcəbölgüsünün tərtibi, təsdiqi və büdcə vəsaitlərinin sərəncamçılara
çatdırılması.
Azərbaycan Respublikası büdcə sisteminin bütün səviyyəli büdcələrinin
icra edilməsini müvəkkil icra orqanları büdcə bölgüsü əsasında həyata keçirirlər.
Büdcə bölgüsü üzrə büdcə vəsaitlərinin baş sərəncamçıları tərəfindən
rüblərə bölünməklə Azərbaycan Respublikası büdcə xassələrinin funksional və
iqtisadi təsnifatına uyğun təsdiqedilmiş büdcə əsasında sərəncamçılar və
26
büdcədən vəsait alanlar üzrə tərtib edilir və büdcənin tərtibinə məsul olan icra
hakimiyyəti orqanına təqdim edilir.
2. Büdcə öhdəliklərinin limitləri haqqında bildirişlərin təsdiqi və onun
sərəmcamçılara və büdcə vəsaiti alanlara çatdırılması.
Büdcə öhdəliyi–büdcəni icra edən orqanın büdcə haqqında qanuna və icmal
büdcə bölgüsünə uyğun yaranan, müəyyən edilmiş müddət ərzində müvafiq büdcə
vəsaitlərinin xərclənməsini həyata keçirmək üzrə borcudur.
Büdcə öhdəlikləri limiti – büdcəni icra edən orqanın büdcə haqqında
qanuna və icmal büdcə bölgüsünə uyğun yaranan, müəyyən edilmiş müddət
ə
rzində müvafiq büdcə vəsaitlərinin xərclənməsini həyata keçirmək üzrə
borcudur.
Büdcə öhdəlikləri limiti – büdcəni icra edən orqan tərəfindən sərəmcam–
çılar və büdcədən vəsait alanlar üçün üç ay müddətinə müəyyən edilən və təsdiq
edilən büdcə öhdəliklərinin həcmidir.
Sərəncamçılar və büdcədən vəsait alanlar üçün büdcə öhdəlikləri limitləri
büdcəni icra edən orqan tərəfindən baş sərəncamçılar tərəfindən təsdiq edilən
büdcə vəsaitlərinin bölgüsünün lahiyələri əsasında təsdiq edilir. Büdcə öhdəlikləri
limitləri büdcəni icra edən orqan tərəfindən onların qüvvədə olduğu müddət
başlanana qədər bütün sərəncamçılara və büdcədən vəsait alanlara çatdırılır.
1.
Büdcə təxsisatları haqqında bildirişlərin təsdiqi, onun sərəncamçılara və büdcə
vəsaitləri alanlara çatdırılması ;
Büdcə təsisatları haqqında bildirş aldıqdan sonra büdcə idarəsi müəyyən
olunmuş formada gəlirlər və xərclər smetasını tərtib və təsdiq olunmaq üçün
yuxarı büdcə vəsaitləri sərəncamçılarına təqdim etməlidirlər.
2.
Büdcədən vəsait alanların xəzinə öhdəliklərinin qəbul edilməsi ;
Büdcə vəsaitlərini alanlar onlara çatdırılmış büdcə öhdəlikləri limitləri gəlirlər və
xərclər smetaları hüdudunda xərclərin həyata keçirilməsi, xərclərin və tədiyyələrin
aparılması üçün lazım olan tədiyyə və digər sənədlərin tərtib edilməsi yolu ilə
tədiyyələrin həyata keçirilməsi üzrə xəzinə öhdəliyi qəbul edirlər.
27
Ödəmə sənədlərinin formalarını Azərbaycan Respublikası Maliyyə
Nazirliyi Mərkəzi Banklara razılaşdırmaqla təsdiq edir.
3.
Xəzinə öhdəliklərinin icra edilməsinin təsdiqi ;
Büdcəni icra edən orqan xərclərin icra edilməsi üçün lazım olan ödəmə və
xərcləri büdcə idarəsinin təsdiq edilmiş gəlirlər və xərclər smetasının və büdcə
limtlərinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra büdcə vəsaitlərinin
xərclənməsini aparır. Təqdim edilən sənədlərin siyahısı və formaları icra
hakimiyyəti orqanının hüquqi aktı ilə təsdiq edilir.
Büdcəni icra edən orqan xəzinə
öhdəliklərinin
icrasını
qəbul
edilməsindən aşağıdakı hallarda imtina edəbilər :
- Qəbul edilmiş xəzinə öhdəlickləri tələblərə cavab vermədiyi zaman;
- Qəbul edilmiş xəzinə öhdəliklərinin büdcə haqqında qanuna, çatdırılmış
büdcə təxsisatlarına və büdcə öhdəlikləri limitlərinə uyğun gəlmədiyi zaman ;
- Qəbul edilmiş büdcə öhdəliklərinin büdcə idarəsinin təsdiq edilmiş
gəlirlər və xərclər smetasına uyğun gəlmədiyi zaman.
- Xərclərinblokirovkasızamanı.
Xərclənmişbüdcəvəsaitlərininhəcmitəsdiqedilmişxəzinəöhdəliklərininhəcmi
nə uyğunolmalıdır.
Dövlətbüdcəsininicrasıprosesindəzərurətyarandıqdamüvafiqicrahakimiyyəti
orqanlarıbüdcətəsnifatınauyğunolaraqtəsdiqedilmişxərcmaddələrihəddində
dəyişiklik aparabilər.
Bütün
ölkələrdə
xəzinədarlıq
maliyyə
resurslarını,
maliyyənin
mərkəzləşdirilmiş dövlətmənbələriniözündə əksetdirir.
Xəzinədarlıq sistemi (Treasury system) – maliyyə planlaşdırılması, büdcənin
icra edilməsi, nağd dövriyyənin idarə olunması, kassa əməliyyatları, maliyyə
uçotu, daxili audit, daxili və xarici borcların idarə edilməsi funksiyalarını icra
edən bütün təşkilati qurumların 73 X məcmusudur. Bu sistem çox mürəkkəb
informasiya axınlarının idarə edilməsi sistemidir. Həmin sistemin ən mühüm
xüsusiyyəti onun xəzinədarlıq hesabı açmaq hüququna malik olmasıdır. Ölkədə
28
olan digər dövlət idarələrindən heç birinin belə hüququ yoxdur. Xəzinədarlıq
sisteminin yaradılmasında əsas məqsəd büdcə təşkilatlarının fərdi maliyyə
hesablarına daimi nəzarəti həyata keçirməkdir.
Bir çox hallarda artıq faktiki xərclənmə, həmçinin vəsaitlərin böyük həcmdə
kəsrlə xərclənməsi büdcə və proqramların tərtibi zamanı bütün amillərin nəzərə
alınmaması ilə bağlıdır. Şişirdilmiş büdcə və gəlirlərin qeyri-real proqnozları icra
Zamanı büdcəyə yenidən baxılmasınavə "büdcənin dəfələrlə işlənilməsi"adlanan
arzuolunmaz praktikanın tətbiq edilməsinə gətirib çıxarır. Büdcə təsdiq edildikdən
sonra Maliyyə Nazirliyi büdcənin icrasını onun tərtibi zamanı özünün
formalaşdırdığı xüsusi qiymətləndirməyə əsasən həyata keçirir. Xəzinədarlıq isə
büdcənin icrasını gəlirlərin səviyyəsi ilə müqayisə edir və faktiki daxilolmaların
vəziyyətindən asılı olaraq dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin istifadə
edilməsinə icazə verir. Beləliklə, vəsaitlər Maliyyə Nazirliyi və xəzinədarlıq
tərəfindən müəyyən edilmiş proseduralara uyğun büdcədən silinir.
Respublikamızda bazar münasibətlərinin daha da gücləndirilməsi zərurəti
ilə əlaqədar olaraq mövcud iqtisadi mühitə uyğun olan və aparılan iqtisadi siyasəti
tamamlayan real dövlət büdcəsinin tərtibi, onun icrası zamanı dövlət vəsaitlərinin
səmərəli idarə edilməsinin təşkili ən zəruri həyati məsələlərə çevrildi.
Beynəlxalq təcrübə və respublikamızda maliyyə sistemi mövcud vəziyyətdə
bu məsələlərin düzgün və beynəlxalq standartlara uyğun həll edilməsi üçün
müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini və praktiki olaraq alternativ
olmayan təşkilati qərarın qəbul olunmasını tələb edirdi. Bu qərar Respublika
Maliyyə Nazirliyinin nəzdində Dövlət Xəzinədarlığının yaradılması idi.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı
Agentliyi dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə
ə
məliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə
təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında dövlətə
məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin daxil
olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirir.
29
Agentlik vəzifə və hüquqlarını Azərbaycan Respublikasının bütün
ə
razisində bilavasitə rayon və şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin
xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları vasitəsilə həyata
keçirir.
Deyilənləri ümumiləşdirərək, xəzinədarlıq sistemininin yaradılması aşağıdakı
səbəblərdən zəruri olmuşdur:
- əməliyyatların avtomatlaşdırılmış qaydada aparılması vasitəsilə büdcə- maliyyə
uçotu. Bu, büdcə mədaxillərində dəyişikliklər baş verərkən dövlət xərclərini
nəzarətdə saxlamağa imkan verən operativ və birmənalı informasiya alınmasına
yardımçı ola bilər;
- vergilərin və büdcənin daha dolğun informasiya bazasında proqnozlaşdırılması.
Belə proqnozlar əsasında büdcə gəlirlərinin mədaxilində baş verən dəyişikliklərə
operativ reaksiyanı təmin etmək mümkündür;
- Proqnozlardan istifadə etməklə həyata keçirilən maliyyə planlaşdırması.
Xərclərin hüdudlarının dəqiqləşdirilməsi əsasında nağd vəsaitin gələcək hərəkətini
müəyyənləşdirmək olar.
Dostları ilə paylaş: |