Microsoft Word Dissertasiya Gunay Rustamova docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1171
1   ...   29   30   31   32   33   34   35   36   37
Tədqiqatın  praktiki  əhəmiyyəti.  Dissertasiya  işində  alınan  nəticə  və  təkliflər 

Dövlət  Büdcəsinin  idarə  edilməsində  Xəzinədarlıq  Agentliyinin  təcrübəsinin  və 

mövcud  qanunvericiliyin  təkmilləşdirilməsi  üçün  dövlət  hakimiyyəti  orqanları 

tərəfindən istifadə edilə bilər. 



Dissertasiya  şinin  informasiya  bazasını    ASK-nin  və  Maliyyə  Nazirliyinin 

statistic məlumatları təşkil edir. 



Dissertasiyanın strukturu. Dissertasiyanın hazırlanması üçün qarşıya qoyulmuş 

məqsədlər  onun  məntiqini  və  strukturunu  müəyyən  etmişdir.  O  girişdən,  üç 

fəsildən,nəticə və təkliflərdən, ədəbiyyat siyahısından ibarətdir.  

Büdcə  sisteminin  təkmilləşdirilməsi  istiqamətində  xeyli  işlər  görülsə  də  bu 

sahədə müəyyən problemlər mövcuddur. Bu problemləri həll etmək üçün dövlət bir sıra 

iqtisadi  qanunlar  qəbul  etməklə  iqtisadi  inkişafa  zəmin  yaradır.  Bu  qanunların 




85 

 

ə



ksəriyyəti o cümlədən büdcə sistemi haqqında qanun xüsusi əhəmiyyət kəsb edir. Bu 

da öz əksini dövlətin əsas maliyyə planı olan dövlət büdcəsində tapır.  

Dövlət  büdcəsinin  tənzimlənməsi  və  büdcə  kəsirinin  aradan  qaldırılması  üçün 

vahid büdcənin idarə edilməsi siyasətinin aparılmasına böyük ehtiyac vardır. Büdcənin 

icarsı  və  idarə  edilməsi  siyasətində,  inkişaf  etmiş  ölkələrin  təcrübəsinə  əsaslanmaqla 

yanaşı,  milli,  regional  prinsiplər  nəzərə  alınmalıdır.  Yuxarıda  da  qeyd  etdiyimiz  kimi 

büdcənin idarə edilməsində əsas rol oynayan Dövlət Xəzinədarlıq Agentliyinin xüsusi 

çəkisinin  son  illərdə  artması  istisna  edilmir.  Uzunmüddətli  perspektivdə  ölkənin 

dayanıqlı  iqtisadi  inkişafını  təmin  etmək  baxımından  Xəzinədarlığın  büdcədan 

maliyyələşən  təşkilatlar  üzrə  nəzarətinin  gücləndirilməsi  istiqamətində  məqsədyönlü, 

uğurlu  tədbirlər  davam  etdirilir.  Bu  da  öz  müsbət  nəticəsini  göstərir  və  nikbin 

proqnozlara əsas verir. 

 Araşdırılmalar  göstərir  ki,  Respublikamızda  Xəzinədarlığın  işinin  təşkilində  

təkmilləşmə  naminə  mühüm  addımlar  atılır,  böyük  nailiyyətlər  əldə  edilir.  Aşağıda 

sadalanan  təkliflərin  həyata  keçirilməsinin  də  bu  istiqamətdə  öz  töhvəsini  verəcəyi 

fikrindəyik:  

1. Büdcə təşkilatlarının təsnifat kodlarının online rejimdə yoxlanılması üçün yeni 

sistemin yaradılması;  

2. Məlumatların daha operativ uçotunun qurulması;  

3.  Xəzinədarlıq  Agentliyinin  Uçotuna  yalnız  həmin  ildə  icra  edilmiş  xərclər  və 

gəlirlərin daxil edilməsi;  

4.  Dövlət  büdcəsi  və  büdcədənkənar  dövlət  fondlarının  (təsisatlarının)  büdcə 

layihələrinin göstəricilərinin tamlığına nəzarətin artırılması 

5.  Əvvəlki  illərin  (ən  azı  iki  ilin)  müvafiq  proqnoz  və  ya  icra  göstəricilərinin 

növbəti  ilin  büdcə  layihəsində  nəzərdə  tutulan  göstəricilərlə  qarşılıqlı  müqayisəsinin 

aparılması 

6. Dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik emal edilməsi işinin inkişaf 

etdirilməsi;  




86 

 

7. Hesabatlılığın aşağı olduğu büdcə təşkilatlarında düzgün hesabatların vaxtında 



verilməməsi hallarına qarşı mübarizənin daha da gücləndirilməsi;  

8.  Həyata  keçirilən  təhlil,  araşdırma,  əsaslandırma  və  qiymətləndirmələr  rəsmi 

məlumatlarla uyğunluq təşkil etməklə obyektiv və qərəzsiz olmalı, əldə edilmiş nəticə 

və təkliflər əsaslandırılmalıdır 

Sonda qeyd etmək istəyirik ki, Azərbaycan hər cəhətdən gələcəyi parlaq olan bir 

ölkədir. Belə gələcəyə qovuşmanı tezləşdirməkdə isə bugünədək büdcə siyasəti dövlətin 

1 nömrəli köməkçisi olmuşdur və bugündən sonrada olacağına heç bir şübhəmiz 

yoxdur. 


 

 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin