Microsoft Word Документ Microsoft Word 30. docx



Yüklə 199,19 Kb.
Pdf görüntüsü
tarix29.12.2021
ölçüsü199,19 Kb.
#48842
b0f981770beec0db231b06f409df3e65



Uşaq hüquqları haqqında 

 

Azərbaycan Respublikasının Qanunu 



  

Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq 

Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq 

Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət 

siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və 

fiziki şəxslərin vəzifələrini müəyyən edir. 

I fəsil 

  Ümumİ müddəalar 

Maddə 1.

  Qanunun tə sir dairəsi

 

Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) 



çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. 

i

[1]



 

Maddə 2.


  Uşaq hüquqları barəsində qanunvericilik

 

Uşaq hüquqları barəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər 



normativ hüquqi aktlarından ibarətdir. Digər normativ hüquqi aktların normaları uşaqların bu 

Qanunla müəyyən edilmiş hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz. 

Maddə 3.

  Uşaqlar barəsində dövlət siyasəti

 

Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb 



tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi 

formalaşmasının tə min edilməsinə yönəldilir. 

Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial 

proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə 

yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. 

Maddə 4.


  Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar

 

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata 



keçirilməsinə dövlət nəzarət edir.

ii[2]


 

Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə 

və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə 

min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün 

mühafizəsi prinsipini əsas tutmalıdırlar. 

Maddə 5.


  Uşaq mənafelərinin üstünlüyü

 



Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün 

tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan 

Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd 

olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. 

Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır. 

Maddə 6.


  Uşaqların hüquq bərabərliyi

 

Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz 



edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, 

dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar 

ayrı-seçkiliyə mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər 

şəxslərin hərəkətlərinə görə məs uliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların 

hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. 

Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində 

eyni hüquqları vardır. 

Maddə 7.


  Uşağın nümayəndələri

 

Uşağın valideynləri, eləcə də övladlığa götürənlər, qəyyumlar, himayəçilər, uşaq evlərinin 



müdiriyyəti uşaqların hüquq və mənafelərini müdafiə edən nümayəndələridir. 

Maddə 8.


  Uşağın yaşamaq və inkişaf etmək hüququ

 

Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ 



vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və 

təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 

Maddə 9.

  Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ

 

Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların 



həyatının mühafizəsi və sağlam inkişafını tə min edir, ekoloji təhlükəsizliyini tə min edən şərait 

yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür. 

Uşaqların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu 

ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən 

asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi 

yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, 

habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır.

iii[3]


 

iv[4]


Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş 

yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi 

kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün 

məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması 

işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 

dövriyyəsi ilə bağlı və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən 

digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.

v[5]


 

Maddə 10.

  Uşağın ad və vətəndaşlıq almaq hüququ

 



Hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 

qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan 

Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar 

istisna olmaqla,vətəndaşlıq əldə edir.

vi[6]

 

Uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq 



orqanlarının razılığı və ya göstərişi əsasında verilir. 

Maddə 11.

  Uşağın tərbiyə almaq hüququ

 

Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və 



əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. 

Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq tə lim-tərbiyə 

müəssisələrində aparılır. 

Dövlət uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif 

müəssisələr yaradır, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik 

göstərir. 

Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə 

uşaqların psixi və mə nəvi inkişafına zərərli tə sir göstərən filmlərin, ədəbiyyatların və digər 

vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb 

edilməsi qadağandır. 

Maddə 12.

  Uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ

 

Uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. 



Müstəsna hal kimi uşağın tutulmasına, həbs edilməsinə yalnız Azərbaycan Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Uşaq tutulduqda və 

ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal mə 

lumat verilməlidir. 

Uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) 

uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından 

sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanlarına, 14 

yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. 

vii[7]

 

İstənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın 



qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər. 

Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və 

fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, 

habelə inzibati və ya cinayət məs uliyyətinə səbəb olur. 

Maddə 13.

  Uşağın zəruri maddi tə minat hüququ

 

Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq 



xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. 


Maddə 14.

  Uşağın vicdan, fikir və söz azadlığı

 

Hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. 



Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə 

yanaşmalıdırlar. 

Uşağın səhhətinə zərərli tə sir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır. 

Maddə 15.

  Uşağın mə lumat azadlığı

 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı 



üçün zəruri olan istənilən mə lumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır. 

Maddə 16.

  Uşağın əsas vəzifələri

 

Cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə 



bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər 

vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ən ənələrinə və mədəni 

sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə 

yetirmək uşağın borcudur. 

Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və 

təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur. 

II fəsil 

  Uşaq və aİlə 

Maddə 17.

  Uşağın ailədə yaşamaq hüququ

 

Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. 



Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı 

onlardan ayırmaq qadağandır. 

Maddə 18.

  Valideynlərindən ayrı yaşayan uşağın hüququ

 

Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona 



mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. 

Maddə 19.

  Valideynlərin hüquq və vəzifələri

 

Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam 



böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata 

hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının 

tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 

Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının 

qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə 

bilər. 



Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya 

himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məs 

uliyyət daşıyırlar. 

Maddə 20.

  Uşağın mənzil hüququ

 

Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri 



ilə bərabər hüquqları vardır. 

Valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, 

qohumlarına və ya qəyyumlara (himayəçilərə) verildikdə əvvəl yaşamış olduqları mənzilə 

hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda həmin uşaqlar, habelə əvvəllər 

mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum uşaqlar mənzillə növbədənkənar tə min 

edilməlidirlər. Həmin mənzillərlə əlaqədar müqavilələrin bağlanması Azərbaycan 

Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. 

Maddə 21.

  Uşağın vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma hüququ

 

Hər bir uşağın valideynlərinin, övladlığa götürülənlərin əmlakına dair vərəsəlik, məhkəmənin 



qərarı ilə valideynlərdən hər ikisi və ya biri xəbərsiz itkin düşmüş  və ya ölmüşelan edildikdə isə 

onların əmlakı hesabına saxlanmaq hüququ vardır. 

viii

[8]


 

III fəsil 

  Uşaq və cəmİyyət 

Maddə 22.

  Uşağın təhsil almaq hüququ

 

Hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq 



hüququ vardır. 

Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə 

əldə etməsinə şərait yaratmalıdır. 

Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. 

Maddə 23.

  Fitri iste dada malik uşaqlara dövlət qayğısı

 

Dövlət fitri iste dada malik uşaqların erkən yaşdan üzə çıxarılması və onların qabiliyyətinin 



qiymətləndirilməsi üçün tədbirlər görür, onlar üçün adlı və xüsusi təqaüdlər müəyyən edir, 

xüsusi təhsil müəssisələrinin sistemini yaradır və maliyyələşdirir, bu sahədə beynəlxalq əlaqələri 

inkişaf etdirir. 

Maddə 24.

  Uşağın əmək hüquqları

 

Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək 



hüququ vardır. 

Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan 

Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir. 

Maddə 25.

  Uşağın istirahət hüququ

 



Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və 

qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. 

Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və 

asudə vaxtlarında mənfi tə sirlərə mə ruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. 

Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq 

fəaliyyətinə qovuşmasını tə min etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və 

gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini 

yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir. 

Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar istisna olmaqla uşaqların 

məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər 

üçün istifadə olunması qadağandır. 

Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, 

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı 

uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz 

göstərilir.

ix[9]


 

Maddə 26.

  Uşaqların ictimai təşkilatlarda birləşmək hüququ

 

Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan Respublikasının qanunvericiliyində 



müəyyən edilmiş qaydada ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaq və onlarda 

birləşmək hüququ vardır. 

Uşaqların və uşaq ictimai birliklərinin və ictimai özfəaliyyət orqanlarının siyasi fəaliyyətə cəlb 

edilməsinə yol verilmir. 

Maddə 27.

  Uşağın şərəf və ləyaqətinin müdafiəsi hüququ

 

Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Təhsil müəssisələrində, 



məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı, 

tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır. Uşaqların təhqir edilməsi, şəxsiyyətlərinin 

alçaldılması yolverilməzdir. 

(Çıxarılıb) 

x

[10]


 

Maddə 28.

  Uşağın istismardan və zərərli tə sirlərdən mühafizəsi

 

Dövlət sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün 



növlərindən, ağır, zərərli və təhlükəli əməkdən və təsirlərdən mühafizə edir.

xi

[11]



 

Uşaqlara qarşı fiziki və psixi zorakılıq, uşaqların cinsi istismarı, onların alkoqolizmə, dilənçiliyə, 

qumara, fahişəliyə, narkomaniyaya, toksikomaniyaya cəlb edilməsi, cinayətkar məqsədlər üçün 

onlardan istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş 

müvafiq məs uliyyətə səbəb olur. 

Maddə 29.

  Uşaqlara sosial yardımlar

 

Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial 



yardımlar verir. 


Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə yardım və imtiyazlar tətbiq edə 

bilər. 


Sosial yardımlar uşaqların mənafelərinə uyğun sərf olunmalıdır. 

IV fəsil 

  Əlverİşsİz şəraİtə düşmüş uşaqların müdafİəsİ 

Maddə 30.

  Əlverişsiz şəraitdə yaşayan uşaqların müdafiəsi üzrə dövlət proqramları

 

Dövlət hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji fəlakətlər zonasında yaşayan və ya onların 



tə sirinə mə ruz qalan, habelə yetim uşaqların, natamam (valideynlərdən biri olmayan), aztə 

minatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının müdafiəsini xüsusi proqramlar əsasında tə min 

edir. 

Maddə 31.



  Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi tədbirləri

 

Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi onların övladlığa, qəyyumluğa, 



himayəçiliyə, digər ailəyə verilməsi, bunlar mümkün olmadıqda isə uşaqlara baxan müvafiq 

müəssisələrdə yerləşdirilməsi üsulu ilə tə min edilir. 

Müdafiə üsulu müəyyən edilərkən uşağın etnik mənşəyi, dini və mədəni mənsubiyyəti, dili, 

tərbiyəsinin varisliyi nəzərə alınmalıdır. 

Uşaq müəssisələrində saxlanan valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət tə 

minatındadırlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş güzəşt 

və imtiyazlardan istifadə edirlər. 

Maddə 32.

  Övladlığa götürmə

 

Uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının 



qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal 

inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək 

məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürənin sirri dövlət tərəfindən 

qorunur. 

Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər tərəfindən övladlığa 

götürülməsinin, habelə Azərbaycan Respublikası vətəndaşının əcnəbi uşağı övladlığa 

götürməsinin qaydaları dövlətlərarası müqavilələr və Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilir. 

Maddə 33.

  İnternat müəssisələrində uşaqların saxlanmasının və tərbiyəsinin şərtləri

 

Uşaq evlərində, internat tipli uşaq müəssisələrində uşaqların tə lim-tərbiyəsinin təşkili və 



keyfiyyətinə görə həmin müəssisələrin rəhbərləri məs uliyyət daşıyırlar. 

Antipedaqoji və əxlaqsız hərəkətlərə yol vermiş şəxslərin uşaq müəssisələrində işləməsinə yol 

verilmir. 



Uşaq evlərində və uşaq internat müəssisələrində uşaqların hərtərəfli fiziki və mə nəvi inkişafı, 

şəxsiyyətinin formalaşması məqsədilə ailə şəraitinə yaxınlaşan zəruri maddi və mə nəvi-psixoloji 

şərait yaradılır. 

Maddə 34.

  İnternat müəssisələri mə zunlarının müdafiəsi

 

İnternat müəssisələrinin valideyn himayəsindən məhrum olmuş mə zunlarının hüquq və 



mənafelərinin müdafiəsi bu müəssisələrin rəhbərləri və himayə orqanları tərəfindən həyata 

keçirilir. 

Təhsilini davam etdirməyə gedən və ya işə düzələn internat müəssisələrinin mə zunlarının 

Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş miqdarda tə minat almaq 

hüququ vardır. 

Yaşayış sahəsi olmayan mə zunların yetkinlik yaşına çatana qədər bu müəssisələrdə qalmasına 

icazə verilir. 

Maddə 35.

Sağlamlıq imkanları məhduduşaqların müdafiəsi

 

Sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, müvafiq icra hakimiyyəti orqanı 



tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ 

vardır. 


xii[12]

 

Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, 



peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaq sağlamlıq imkanları 

məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür. 

xiii[13]

 

Maddə 36.



Sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxslərə verilən güzəştlər 

xiv[14]


 

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş stajına 

daxil edilir və uşağa qulluq edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən 

edilmiş məbləğdə müavinət ödənilir. 

Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona 

qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən 

edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı 

olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında müavinət almaq hüququna malikdir. 

xv

[15]


 

Maddə 37.

  Hərbi münaqişələr dövründə uşaqların müdafiəsi

 

Azərbaycan dövləti onun hərbi münaqişələrə cəlb edildiyi ərazidə olan uşaqların müdafiəsini 



beynəlxalq hüquqi normalara uyğun olaraq tə min etməyi öz üzərinə götürür. 

Hərbi idarələr döyüş əməliyyatları zonasında olan uşaqların təhlükəsiz yerlərə köçürülməsi, 

onların həyatının və sağlamlığının mühafizəsi üçün bütün mümkün imkanlardan istifadə 

etməlidirlər. 

15 yaşına çatmamış uşaqların hərbi əməliyyatlarda birbaşa iştirakı qadağan edilir. Uşaqların 

hərbi-təhsil məktəblərinə cəlb edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq 

qanunvericiliyi ilə müəyyən edilir. 



Maddə 38.

  Təbii fəlakətlər, bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqların 

müdafiəsi

 

Dövlət təbii fəlakətlər, bədbəxt hadisə və qəzalar nəticəsində əlverişsiz şəraitə düşmüş və ya 



zərər çəkmiş uşaqlara tə cili əvəzsiz kömək göstərir, onların təhlükəsiz yerlərə köçürülməsi üçün 

tə xirəsalınmaz tədbirlər görür. 

Belə uşaqlar valideynlərini itirdikdə onlar valideyn himayəsindən məhrum olmuş digər uşaqlar 

üçün nəzərdə tutulmuş qaydada dövlət tərəfindən müdafiə olunurlar. 

Maddə 39.

  Qaçqın və ya məcburi köçkün uşaqların müdafiəsi

 

Qaçqın və ya məcburi köçkün olan uşaqların müvafiq status almaq hüququ vardır. Dövlət onları 



lazımi müdafiə və humanitar yardımla tə min etmək üçün tə cili müvafiq tədbirlər görür, belə 

uşaqların valideynlərinin axtarılmasını təşkil edir, bu məqsədlə beynəlxalq təşkilatlarla 

əməkdaşlıq edir, qeyri-dövlət təşkilatlarının fəaliyyətinə zəruri köməklik göstərir. 

M a d d ə   3 9 - 1 . Uşaqların baxımsızlığının və hüquq pozuntularının 

profilaktikası

xvi


[16]

 

Dövlət qanunvericiliklə müəyyən edilmiş qaydada uşaqların baxımsızlığının və hüquq 



pozuntularının profilaktikasını həyata keçirir. 

Maddə 40.

  İnzibati xəta törətmiş uşaqların işlərinə baxılmasının xüsusiyyətləri 

xvii[17]


 

İnzibati xəta törətmiş uşaqların işlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 

olunmuş qaydada və orqanlar tərəfindən baxılır. Həmin uşaqlar barəsində qərar çıxarılarkən 

uşağa humanist mövqedən yanaşılmalıdır. 

Tənbeh tədbirləri seçilərkən işin halları, uşağın yaşı, həyat şəraiti, səhhəti, psixi inkişafı və təhsili 

nəzərə alınmalıdır. 

Maddə 41.

  Xüsusi tərbiyə müəssisələrində olan uşaqların hüquqları

 

Uşaqların xüsusi tə lim-tərbiyə, yaxud ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilməsinə 



yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. 

Xüsusi tə lim-tərbiyə və ya ixtisaslaşdırılmış tibb müəssisələrində olan uşaqların onlarla 

humanist davranması, səhhətinin mühafizəsi, zəruri təhsil və peşə hazırlığı almaq, mə zuniyyət, 

yazışma, valideynləri və qohumları ilə görüşmək hüququ vardır. 

Maddə 42.

  Cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin xüsusiyyətləri

 

Uşaqlar  barəsində  məhkəməyədək  icraatın,  həmçinin  birinci,  apellyasiya  və  kassasiya 



instansiyaları  icraatının  xüsusiyyətləri  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual 

Məcəlləsi ilə müəyyən edilir.

 

Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində 



aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır 

zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol 

verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr 



Tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan 

daxilində aşağı həddə təyin edilməlidir. 

xviii

[18]


 

Həbs edilmiş uşağı onun mənafeyinin tələb etdiyi hallardan başqa yaşlılarla bir yerdə saxlamaq 

qadağan edilir. Azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş uşaqlar Azərbaycan 

Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə müəssisələrində 

saxlanılırlar.

xix


[19]

 

Uşaqların saxlandığı tərbiyə müəssisələrinin müdiriyyəti onların vicdanlı və layiqli vətəndaş 



kimi yetişməsi, müvafiq təhsil və peşə vərdişləri əldə etməsi üçün müvafiq şərait yaratmalıdırlar. 

xx

[20]



 

V fəsil 


  Yekun müddəalar 

Maddə 43.

  Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı 

mübarizənin təşkili

 

Uşaq hüquqlarına əməl edilməsi üzərində nəzarətin və uşaq baxımsızlığına qarşı mübarizənin 



təşkili müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 

Maddə 44.

  Bu Qanunun pozulmasına görə məs uliyyət

 

Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının 



qanunvericiliyinə uyğun olaraq məs uliyyət daşıyırlar. 

Maddə 45.

  Beynəlxalq müqavilələr

 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında 



ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 

  

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV 



  

Bakı şəhəri, 19 may 1998-ci il 

№ 499-IQ 

  



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  



1.

       


20  fevrel  2001--ci  il  tarixli  88-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  3,  maddə 

143)  

2.

       



5  oktyabr  2001-ci  il  tarixli  183-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  11,  maddə 

676)  

3.

       



12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  11,  maddə 

687) 

4.

       



15 noyabr 2001--ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  12,  maddə 

731)  

5.

       



23  aprel  2002-ci  il  tarixli  311-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2002-ci  il,  №  5,  maddə 

241)  

6.

       



24  may  2002-ci  il  tarixli  333-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2002-ci  il,  №  6,  maddə 

328) 

7.

       



30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)  

8.

       


5  mart  2004-cü  il  tarixli  598-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  3,  maddə 

133) 

9.

       



18  may  2004-cü  il  tarixli  652-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2004-cü  il,  №  7,  maddə 

507) 

10.


    

30 dekabr 2005-ci il tarixli 50-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75) 

11.


    

17  aprel  2007-ci  il  tarixli  313-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №  6,  maddə 

560) 


12.

    


13  iyun  2008-ci  il  tarixli  648-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan    Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №7,  maddə 

602) 



13.

    


4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan”  qəzeti,  13  fevral  2010-cu  il,  №  34,  Azərbaycan    Respublikasının 

Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 70) 

14.


    

5  mart  2010-cu  il  tarixli  971-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti,  18  aprel  2010-cu  il,  №  82,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) 

15.

    


29  oktyabr  2013-cü  il  tarixli  803-IVQD  nömrəli  Azərbaycan  Respublikasının 

Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263) 

16.

    


03 aprel 2015-ci il tarixli 1237-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu 

(“Respublika” qəzeti, 07 may 2015-ci il, № 097) 

  

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



 

  

 



 

 

 



                                                           

i[1]


12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 1-ci maddədə "çatmamış" sözü 

"(yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən" sözləri ilə əvəz edilmişdir.

 

 



 

ii[2]


4  dekabr  2009-cu  il  tarixli  924-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti,  13  fevral  2010-cu  il,  №  34,  Azərbaycan    Respublikasının  Qanunvericilik 

Toplusu, 2010-cu il, №2, maddə 70) ilə 4-cü maddənin mətni ikinci hissə hesab olunmuşdur və maddəyə 

birinci hissə əlavə edilmişdir.

 

 

 



iii[3]

29  oktyabr  2013-cü  il  tarixli  803-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263) ilə 9-cu maddəsinin ikinci hissəsi həmin maddənin 

üçüncü hissəsi hesab edilmişdir və maddəyə ikinci hissə əlavə edilmişdir.

 

 

 



iv[4]

4  dekabr  2009-cu  il  tarixli  924-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan”  qəzeti,  13  fevral  2010-cu  il,  №  34,  Azərbaycan    Respublikasının  Qanunvericilik 

Toplusu,  2010-cu  il,  №2,  maddə  70)  ilə  9-cu  maddənin  ikinci  hissəsində  “bağlı”  sözündən  sonra  “və 

uşaqların  həyatına,  sağlamlığına  və  ya  mənəviyyatına  təhlükə  törədə  bilən  digər”  sözləri  əlavə 

edilmişdir.

 

 

 



v[5]

18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 507) ilə 9-cu maddənin ikinci hissəsi yeni 

redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

 

Alkoqol və tütün mə mulatlarının uşaqlara satılması, habelə onların istehsalında və satışında uşaq əməyindən 



istifadə edilməsi qadağandır.

 



                                                                                                                                                                                           

 

 



17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 9-cu maddəsinin ikinci hissəsində “, 

narkotik vasitələrin və preparatların” sözləri çıxarılmışdır, “işlərində” sözündən sonra “, həmçinin narkotik 

vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə” sözləri əlavə 

edilmişdir.

 

 



 

vi

[6]



03  aprel  2015-ci  il  tarixli  1237-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının  Qanunu 

(“Respublika”  qəzeti,  07  may  2015-ci  il,  №  097) 

ilə10-cu  maddəsinin  birinci  hissəsinə 

“vətəndaşlıq”  sözündən  əvvəl  “Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  12-ci  maddəsinin  birinci  və  ikinci  hissələrində 

nəzərdə tutulmuş hallar istisna olmaqla

,” sözləri əlavə edilmişdir.

 

 

 



vii[7]

12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 12-ci maddənin üçüncü hissəsi yeni 

redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

Uşaq, valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən qəddar rəftara mə ruz qaldıqda müvafiq icra 



hakimiyyəti və prokurorluq orqanları, ictimai təşkilatlar vasitəsilə müdafiə olunmaq hüququna malikdir.

 

 



 

viii[8]


23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 21-ci maddədə "itkin düşmüş" 

sözlərindən sonra "və ya ölmüş" sözləri əlavə edilmişdir.

 

 



 

ix[9]


5  mart  2010-cu  il  tarixli  971-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

2010-cu il, № 04, maddə 275) ilə 25-ci maddəsinə dördüncü hissə əlavə edilmişdir.

 

 



 

x[10]


5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 28-ci maddənin ikinci hissəsi 

çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

 

Uşaqların şərəf və ləyaqətinə qəsd edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş 



məs uliyyətə səbəb olur.

 

 



 

xi[11]


5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 28-ci maddənin birinci hissəsində 

"əməkdən" sözündən sonra "və təsirlərdən" sözləri əlavə edilmişdir. 

 

 



 

xii[12]


15 noyabr 2001--ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 35-ci maddəsinin birinci hissəsində 




                                                                                                                                                                                           

"pulsuz və ya güzəştlə" sözləri "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada" 

sözləri ilə əvəz edilmişdir.

 

 



 

xiii


[13]

13  iyun  2008-ci  il  tarixli  648-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 

Qanunu  (Azərbaycan    Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №7, 

maddə  602)  ilə  adında  və  birinci  hissədə  “Əlil,  əqli  və  fiziki  çatışmazlıqları  olan” 

sözləri  “Sağlamlıq  imkanları  məhdud”  sözləri  ilə  əvəz  edilmişdir  və  ikinci  hissədə 

“əlilliyinin” sözü “sağlamlıq imkanları məhdudluğunun” sözləri ilə əvəz edilmişdir. 

 

 

 



 

xiv


[14]

13  iyun  2008-ci  il  tarixli  648-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının 

Qanunu  (Azərbaycan    Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №7, 

maddə  602)  ilə  adında  “Əlil”  sözü  “Sağlamlıq  imkanları  məhdud”  sözləri  ilə  əvəz 

edilmişdir,  birinci  hissədə  “16  yaşınadək  əlil”  sözləri  “Sağlamlıq  imkanları  məhdud 

18 yaşınadək” sözləri ilə əvəz edilmişdir və ikinci hissədə “əlillik qrupu verilənədək” 

sözləri  “sağlamlıq  imkanlarının  məhdudluğu  müəyyən  edilənədək”  sözləri  ilə  əvəz 

edilmişdir.  

 

 

 



 

xv[15]


20 fevrel 2001--ci il tarixli 88-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 143) ilə 36-cı maddəyə ikinci hissə əlavə 

edilmişdir.

 

 



 

xvi[16]


30 dekabr 2005-ci il tarixli 50-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75) ilə 39-1-ci maddə əlavə edilmişdir.

 

 

 



xvii[17]

30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 40-cı maddəsinin adında və mətnində 

"hüquq pozuntusu" sözləri "xəta" sözü ilə əvəz edilmişdir.

 

 

 



xviii

[18]


5  mart  2004-cü  il  tarixli  598-IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 42-ci 

maddəsinin  birinci  və  ikinci  hissələri  yeni  redaksiyada  verilmişdir.  Əvvəlki  redaksiyada 

deyilirdi:

 



                                                                                                                                                                                           

Uşaqlar barəsində istintaq hərəkətləri onların ləyaqət və mənliyini qoruyan, yaşını və fərdi xüsusiyyətlərini 

nəzərə alan xüsusi metodika əsasında aparılmalıdır. Uşaq şübhə edilən şəxs, müttəhim qismində cəlb edildiyi və ya 

tutulduğu andan müdafiəçi ilə tə min olunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 

hallarda istintaq hərəkətləri uşağın valideynlərinin, digər qanuni nümayəndələrinin və ya müəlliminin iştirakı ilə 

aparılır. Uşağa psixi və fiziki tə sir göstərmək, onu şahid ifadəsi verməyə, və ya təqsirli olmasını boynuna almağa 

məcbur etmək qadağandır.

 

Uşağa azadlıqdan məhrumetmə cəzası tətbiq edilərkən işin hallarından asılı olaraq azadlıqdan məhrumetmə 



cəzasının qanunda nəzərdə tutulmuş aşağı həddi tə yin edilə bilər.

 

 



 

xix[19]


24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə ) 42-ci maddənin üçüncü hissəsindən 

"və ya məhkum" sözləri çıxarılmış, həmin hissəyə ikinci cümlə əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

 

Həbs və ya məhkum edilmiş uşağı onun mənafeyinin tələb etdiyi hallardan başqa yaşlılarla bir yerdə 



saxlamaq qadağan edilir.

 

 



 

xx[20]


24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 42-ci maddənin dördüncü hissəsində 

"azadlıqdan məhrum etmə yerlərinin" sözləri "tərbiyə müəssisələrinin" sözləri ilə əvəz edilmişdir.

 

 



 

 

 



Yüklə 199,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin