Microsoft Word emirov vuqar doc



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix02.01.2022
ölçüsü1,46 Mb.
#1039
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
Giriş 

 

   

MDB regionunda birbaşa xarici investisiyalar və əməkdaşlıq prosesləri 

perspektivləri yeni inkişaf təmayülləri ilə  xarakterizə olunur. 

Müstəqil  Dövlətlər  Birliyi  Belarus  SSR,  Rusiya  SFSR  və  Ukrayna  SSR 

rəhbərləri  tərəfindən  1991-ci  il  8  dekabr  tarixində  "Müstəqil  Dövlətlər  Birliyinin 

yaradılması  haqqında  Saziş"in  imzalanması  vasitəsilə  təsis  edilmişdir.  Preambula 

və  14  maddədən  ibarət  sənəd  SSR -nin  beynəlxalq  hüquq  və  geosiyasi  reallığın 

subyekti  kimi  ləğv  olunmasını  bəyan  edirdi.  Lakin  millətlərin  tarixi  birliyini, 

onların  arasında  əlaqələri,  ikitərəfli  sazişləri  nəzərə  alaraq  tərəflər  Müstəqil 

Dövlətlər Birliyinin yaradılması haqqında razılığa gəlmişlər. 1991-ci il 21 dekabr 

tarixində  Azərbaycan,  Ermənistan,  Belarus,  Qazaxıstan,  Qırğızıstan,  Moldova, 

Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Alma-Ata 

deklarasiyasını  imzalamışdır.  Deklarasiya  SSR -nin  ləğv  olunaraq,  MDB-nin 

yaradılmasını  qeyd  edir,  həmçinin  MDB-nin  məqsəd  və  prinsiplərini  özündə  əks 

etdirirdi.  Təşkilati  mərhələ  1993-cü  ilin  22  yanvar  tarixində  Minsk  şəhərində 

təşkilatın  başlıca  sənədi  olan  Müstəqil  Dövlətlər  Birliyinin  Əsasnaməsinin  qəbul 

edilməsi ilə başa çatdırılmışdır. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin