ETNOPSİXOLOGİYA 159
hədiyyə verirlər.
Ermənilər qızıl və zərgərlik sevəndirlər. Kişilər qalın
zəncirlər, böyük xaçlar və üzüklər taxırlar. Ermənilər üçün ənənəvi
rəng qaradır. Bu rəngli paltarlara daha çox küçələrdə rast gəlinə
bilər.
Anadolunun digər xalqları kimi ermənilər də cənazə
mərasiminə, cənazə evinə xüsusi hörmət göstərirlər. Ermənilərdə
yas tutmaq bir il davam edir. Kişilər bu bir il ərzində saqqallarını
qırxmazlar.
Ermənilər qəhvə içməyi çox sevirlər. Ermənilər öz rifahlarını
göstərmək, uşaqlarının uğurlarını göstərmək, istedadlarını və
nailiyyətlərini danışmaqdan zövq alırlar.
Toy ərəfəsində qonaqları qarşılaşmaqla ənənəvi olaraq kişilər
məşğul olurlar. Düşünürlər ki, danışıqlar bir qadının işi deyil.
Bəyin ailəsi, dostları və hətta qonşuları bu hadisəni qeyd
edirlər. Sonra kürəkənin səbət tutan “nümayəndə heyəti” günorta
saatlarında gəlinin evinə gəlir. Bu zənbillərdə gəlin ayaqqabısı,
çanta, zərgərlik, şokolad və erməni konyakları olur. Ermənilərdə
toy ayaqqabıları böyük əhəmiyyət kəsb edir. Bütün qadınlar öz
adlarını gəlinin ayaqqabısının altına yazırlar.
Günün növbəti hissəsi kilsədə qeyd edilir. Bu təxminən bir
saat davam edir. Mərasimin hər bir hissəsi xüsusi bir məna daşıyır.
Gürcüstan xalqı çox optimistdir. Gürcüstan mədəniyyəti
kişilikdədir, belə ki, kişi vətən müdafiəçisi rolunu oynayır.
Qadınlar ailədə dominant rol oynayırlar. Erkən uşaqlıq dövründə
kişilərə kişilik və cəsarət öyrədilir. Bundan sonra onlar iradəsini
inkişaf etdirir, silahlarla düzgün mübarizə aparır və yalnız özlərini
deyil, ehtiyacı olanları da qoruyur. Gürcülər, başqaları kimi,
vətənpərvərlik anlayışını və milli kimlik anlayışını sevirlər. Gürcü
oğlanları boş vaxtlarında nərd, kart və ya domino ilə oynamağa
üstünlük verirlər. Gürcülər çox içəndirlər. Ənənəvi gürcü süfrəsi
“Borjomi” ilə başlayır, “Suliko” ilə bitir. Arada isə yeməklər
verilir.
Gürcülər ümumiyyətlə eyni cür insanlardır. Onlar yüksək