ETNOPSİXOLOGİYA 17
mərhələsidir: etnoqrafiya sahə tədqiqatlarını, mədəniyyətin ayrı-
ayrı təzahür formalarını şərh edir və təsnifatını aparır; etnologiya-
coğrafi, tarixi və yaxud sistematik olanları birləşdirməyə ilk addım
atır; antropologiya isə ümumilikdə insanı başa düşməyə çalışır.
Beləliklə K.Levi-Strosa görə etnoqrafiya, etnologiya və antropo-
logiya heç də eyni məsələni öyrənən müxtəlif fənnlər deyil.
1.3. Etnopsixologiyanın əsas tədqiqat metodları və metodoloji prinsiplər Etnopsixologiyanın tədqiqat metodları dedikdə, həmin elmin
öz predmetini tədqiq etmək üçün istifadə etdiyi yol və vasitələrin
məcmusu nəzərdə tutulur. Etnik psixologiya, psixologiyanın bir
sahəsi olduğu üçün ümumi və sosial psixologiyada istifadə edilən
əsas metodlardan ümumi şəkildə burada da istifadə olunur.Etnik
psixologiya sahəsində aparılan tədqiqatlar, başqa sahələrdə olduğu
kimi aşağıdakı paradiqmaya əsaslanmalıdır: nəzəriyyə-eksperi-
ment-praktika. Etnopsixoloji tədqiqatlar zamanı aşağıdakı elmi
prinsiplərin nəzərə alınması zəruridir: coğrafi determinizm, şüur və
fəaliyyətin vəhdəti , psixikanın fəaliyyətdə inkişafı, tarixilik və
sistemlilik. Etnopsixologiya inteqrativ elm sahəsi olduğuna görə öz
obyektini tədqiq edərkən əsasən ümumi və sosial psixologiyanın
istifadə etdiyi, bəzən isə etnoqrafiyanın tədqiqat metodlarından
istifadə edir. Etnopsixologiyanın tədqiqat metodlarına müşahidə,
çöl eksperimenti, korrelyasiya, kontent-analiz, rəsm testi, sosio-
metriya, intervyu, anket, söbət və s. daxil edilir. Bu metodlarla
yanaşı etnopsixoloqlar etnopsixoloji məsələləri öyrənmək üçün
etnoqrafiyanın istifadə etdiyi qalıqlar (survival method), həyat
hadisələri (case study method) və müqayisəli-tarixi (cross-cultural)
metodlarını da tətbiq edirlər. Qalıqlar metodu tədqiqat üsulu kimi
rus etnoqrafı K.D.Kavelin tərəfindən hazırlanmışdır və ingilis
etnoloqu E.Teylor tərəfindən daha da təkmilləşdirilmişdir. Qalıqlar
metodunun əsas ideyasına görə hər bir xalqın mədəniyyətində onun
tarixi və psixoloji keçmişinin izləri olur və həmin izlərə əsasən
müəyyən nəticə çıxarmaq mümkündür. E.Teylor hesab edir ki,