ETNOPSİXOLOGİYA 308
İsveçdə Pasxa zamanı daha aydın və canlı rənglərdən istifadə
olunur, sanki rənglərin partlayışı zamanı hesab edilir. Ənənəvi
olaraq belə güman edilirdi ki, ağcaqayın budaqları yazın gəlişini
tezləşdirir. Buna görə Pasxadan əvvəlki həftələrdə isveçlilər bu
budaqları vazalarda yerləşdirərək onlara rəngarəng lələklər
bağlayırlar. Bunlar Pasxa budaqları və ya paskris adlanır və İsveçin
mağazalarında çoxsaylı alıcılar tərəfindən satın alınır. Ənənəvi
olaraq belə inanırlar ki, Pasxa cadugərlərin uçaraq mavi dağda
şeytanla görüşdüyü bir müddətdir. Müasir dövrdə isə bu inanc kiçik
qızların yanaqlarını çəhrayı rənglə boyayıb qara rəngli nöqtələr
qoyaraq qonşulardan öz kofe qablarını şirniyyatlarla doldurul-
masını istəmələru ilə əvəz edilmişdir.
Danimarkalıların həyatında ən çox sevdikləri üç şey vardır:
pivə, doğma şəhər Kopenhagen və Şahzadələri. Onlar hər il
Şahzadənin doğum gününü milli bayram səviyyəsində qeyd edir.
Danimarkada vintergakker adlı çiçək bitəndə insanlar ailə üzvləri
və dostlarına gaekkebrever göndərirlər. Gaekkebrev üzərində kiçik
bir şeir yazılmış təbrik kartıdır. Bu məktublar onu göndərən şəxs
tərəfindən imzalanmır sadəcə üzərinə iynəni batırmaqla yazan
şəxsin adı qoyulur. Bu məktubu alan ailə üzvü və ya dost müəyyən
olunmuş vaxt ərzində adı tapmalıdır. Əgər tapa bilsə ona şokolad
və pasxa yumurtası hədiyyə olunur.
Skandinaviyaşünaslıqda Norveç, İsveç və Danimarkanı
müəyyən coğrafi, tarixi, sosial-iqtisadi və mədəni amillərin təsiri
altında formalaşan vahid bir birlik kimi qəbul edirlər. Skandinaviya
regionuna daxil olan ölkələr arasında etnopsixoloji baxımından bir
sıra oxşarlıqlar olsa da, onları hər biri güclü və müstəqil milli
“mənliyə” sahibdirlər.
Skandinaviya xalqlarının milli xarakterlərinin etnopsixoloji
təhlili göstərir ki, ümumi mədəni inkişafa, dillərin, əxlaqi-mənəvi
dəyərlərin oxşarlığına baxmayaraq bu xalqlar etnopsixoloji
xüsusiyyətlərə görə fərqlənirlər. Ən çox fərqlər norveç və isveç
milli xarakterlərində müşahidə olunur.