Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə78/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
82 
xalqların bir-birini yaxşı başa düşməyə, digər təfrəfdən də düzgün 
dərk etməsinə mane olur. Deməli, əsas məsələ sosial stereotipin 
adekvatlıq dərəcəsindən çox asılı olur. Sosial stereotipin yaranması 
bir tərəfdən müvafiq sosail obyektə olan münasibətdən, digər 
tərəfdən həmin obyekt haqqında əldə etdiyimiz məlumatın nə 
dərəcədə həqiqəti əks etdirməsindən asılıdır. Müasir dövrdə 
qloballaşma şəraiti, dünya xalqları arasında inteqrasiyanını 
güclənməsi, xalqlar haqqında əsassız şəkildə formalaşmş olan 
neqativ stereotiplərin aradan qalxmaslına köməklik göstərir.Lakin, 
bəzi hallarda xalqlar, millətlər arasında olan konfliktlər, maraqların 
toqquşması və yaxud qarşıdurmanın olmasında marağı olan daxili 
və xarici qüvvələr qəsdən neqativ stereotiplərin yayılmasına səy 
göstərirlər. Dünyada siyasi balansın tənzimləyiçisi rolunda çıxış 
edən SSRİ-nin süqutundan sonra bəzi xristian ölkələri, dünyaya 
təkbaşına hakimlik etmək üçün “müsəlman” stereotipi yaratmış və
islam, yaxud müsəlman ölkələrində, islam mədəniyyəti üçün 
səciyyəvi olan xüsusiyyətlər haqqında neqativ heterostereotiplər 
formalaşdırmaqla, həmin xalqlar qarşı təhdidlər edirlər. 
Etnik stereotiplərin məzmununda emosional qiymətləndirmə 
var. Belə ki, stereotiplərin həm koqnitiv, həm də emosional aspekti 
var. İnsanların başqa qruplara olan münasibəti, onlarla bağlı 
formalaşan stereotipdə özünü göstərir. Bu mənada stereotiplər həm 
müsbət, həm də mənfi emosional yükə malik olur.
S.Fisk stereotiplərin dörd növünü ayırd etmişdir:
- nifrət stereotipi bu stereotip adətən “yad, özgə” aşağı 
statuslu və mötəbər olmayan qruplara münasibətdə özünü göstərir, 
“soyuq” kimi qiymətləndirilir; 
- heyranlıq stereotipi bu stereotip özünkülər hesab etdiyi 
qruplara münasibətdə təzahür edir və onlara mötəbərlilik, yüksək 
status və “istilik” aid edilir. 
- həsəd stereotipi bu stereotip yüksək statuslu, yad, özgə, 
mötəbər, lakin “soyuq” qruplara münasibətdə özünün göstərir;
- paternalist stereotipi isə aşağı statuslu, mötəbər olmayan 
lakin, “isti” olan qruplara qarşı münasibətdə özünü göstərir. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin