həmçinin ticarət predmeti kimi əhəmiyyət kəsb edir –bölünür:
•
strateji əhəmiyyətli resurslar – onların ticarəti dövlətin bazar təsnifatı adı
ilə müvafiq olaraq aşağıdakı qruplara təhlükəsizlik maraqlarına uyğun olduğundan
ciddi məhdudiyyətlə aparılmalıdır (məsələn, uran filizi və digər təbii radioaktiv
komponentlər);
•
ixrac əhəmiyyətli resurslar −−−− əsas valyuta gəlirini təmin edir (Rusiyada
neft, meşə materialı, qızıl, almaz, Belarusda kalium duzu və s.)
•
daxili bazar resursları −−−− daha geniş yayılmış resurslardır (məsələn, mineral
tikinti xammalları və s.).
Müxtəlif təsnifatlardan istifadə, resursların qrup şəklində formalşmasının
qanunauyğunluqlarını, onların genetik xüsusiyyətlərini, təsərrüfatda istifadə
imkanlarını müəyyənləşdirməyə, eləcə də təbii-resurs potensialının öyrənilməsinin
vəziyyəti barədə nəticə çıxarmağa, onlardan səmərəli istifadə olunması və
mühafizə edilməsinin istiqamətlərini təyin etməyə şərait yaradır
Təbii-resurs potensialı dedikdə, regionun təbii resurslarının məcmuu başa
düşülür ki, o da elmi-texniki tendensiyalar nəzərə alınmaqla təsərrüfatda istifadə
olunur və ya oluna bilər. Təbii-resurs potensialının böyüklüyü ayrı-ayrı təbii
resurs potensiallarının cəmidir (mineral, su, meşə, torpaq və s.) və bir çox
amillərdən asılıdır. Bunlardan ən başlıcası regionda mövud olan təbii resursların
miqdarı (istehsal prosesinə cəlb olunmuş və istifadə edilə bilən təbii resurslar nə
qədər çox olarsa, deməli təbii-resurs potensialı bir o qədər çoxdur), onların
kəmiyyət və keyfiyyət səciyyəsi (ehtiyatların çoxluğu, faydalı tərkibi, suxurların
möhkəmliyi və s.), təbii resursların hər hansı növündən kompleks istifadənin
mümkünlüyüdür.
13. Su ehtiyatları, onlardan səmərəli istifadə və mühafizə yolları.
Dostları ilə paylaş: |