Fəlsəfi dünyagörüşü və onun xüsusiyyətləri.
Fəlsəfə - nəzəri dünyagörüşü-
dür
. Fəlsəfi dünyagörüşü dünyaya və orada insanın yerinə dair, insanın gerçəkliyə,
təfəkkürün varlığa münasibətinə dair ən ümumi nəzəri baxışlar sistemidir. Fəlsəfi
dünyagörüşü ümumi dünyagörüşdən gerçəkliyə yanaşma üsulu ilə, inlellektual
problematikası ilə fərqlənir, daha çox sistemli, nəzəri səciyyə daşıyır. Fəlsəfi dün-
yagörüşü öz sistemli baxışlarında və nəzəri müddəalarında kortəbii-mifoloji və di-
ni-ehkamçılıq təsəvvürlərindən uzaqlaşır, fövqəltəbiiliyə istinadən təhlili çox hal-
larda qəbul etmir, dunya, həyat və insan haqqında azad, tənqidi və əsaslandırılmış
mühakimələrdən, elmi həqiqətlərdən çıxış edir. Fəlsəfi dünyagörüşü - idealist və ya
materialist meylli olmasından asılı olmayaraq həmişə insana, onun dünyaya müna-
sibətinə əsaslanır. İnsan - fəlsəfi dünyagörüşün məhək daşıdır. Dünya və insan, in-
sanın dünyaya münasibəti, insanın özünün mahiyyəti, insan və mənəviyyat, insan
və ədalət, insan və xeyirxahlıq, insan və bəşəri dəyərlər, insan və gözəllik, ictimai
tərəqqi, insan və i.a. fəlsəfi dünyagörüşün əzəli və əbədi problemləridir. Elə bu mə-
nada deyirlər ki, ən mütərəqqi fəlsəfə - insan fəlsəfəsidir. İnsan azadlığı bu fəlsəfə-
nin qayəsidir. Fəlsəfi dünyagörüşü bu mənada intellektual-idraki məzmun daşıdığı
16
kimi, bəşəri dəyərlərlə qovuşduğundan dərin mənəviyyat səciyyəsi də daşıyır. İnsan
və dünya, onların qarşılıqlı münasibəti ən böyük əzəli və əbədi fəlsəfi problemdir.
Heç təsadüfi deyildir ki, bütün fəlsəfi məktəb və cərəyanların mahiyyətində «dün-
ya-insan münasibətlərini» hansı mövqedən həll etməsi, insanın sosial-mənəvi möv-
qeyini və i.a. necə izah etməsi məsələsi durur.
Fəlsəfənin bir elm kimi əsas xüsusiyyətlərindən birini onun ictimai-tarixi xa-
rakter daşıması təşkil edir. Digər ictimai şüur formaları kimi fəlsəfi şüur da tarixən
deyişkən ictimai varlığın təsirindən formalaşır və tarixi proseslə şərtlənir. Hər bir
mütəfəkkir, yaşadığı tarixi şəraitin təsirindən çox çətin ki, xilas ola bilsin. Fəlsəfə-
nin ictimai-tarixi səciyyə daşıması da onun mövcud olduğu ictimai şəraiti əks etdir-
məsindən ibarətdir.
Fəlsəfə öz mahiyyəti etibarilə həm mədəniyyətin bütün sahələri ilə çulğaşmış,
həm də onun tərəqqisinin meyarlarından birinə çevrilmişdir. Fəlsəfə mədəniyyət
hadisəsi olmaqla, həm də onun «inkişafının göstəricisidir». «İncəsənət fəlsəfəsi»,
«əxlaq fəlsəfəsi», «din fəlsəfəsi», «texnika fəlsəfəsi», «təbiət fəlsəfəsi», «tarix fəl-
səfəsi», «siyasət fəlsəfəsi», «hüquq fəlsəfəsi», «həyat fəlsəfəsi» və i.a. anlayışlar və
istiqamətlərlə fəlsəfə mədəniyyətlə qovuşur, mədəniyyətin bütün aspekt və çalarla-
rını əhatə edir, onun nəzəri-metodoloji əsaslarını verir, maddi və mənəvi mədəniy-
yət amili kimi çıxış edir. Fəlsəfənin predmetində duran problemlərdən biri də fəlsə-
fənin elmiliyi məsələsi, elmlə fəlsəfənin qarşılıqlı münasibəti, onların oxşar və
fərqli cəhətlərinin müəyyənləşdirilməsidir. Fəlsəfə və elm arasında oxşarlıq ondadır
ki:
a) hər ikisi obyektiv gerçəklik qanunauyğunluqlarının insan şüurunda bu və ya
başqa dərəcədə dolğun in`ikasıdır;
b) hər ikisi sivilizasiyanın ən böyük nailiyyətidir;
c) hər ikisi gerçəkliyin dərk edilməsi üçün insana qüdrətli silah verir;
ç) hər ikisi ictimai funksiyanı yerinə yetirərək cəmiyyətin maddi yə mənəvi də-
yərlərinin (sərvətlərinin) inkişaf etdirilməsi amili kimi çıxış edır və i.a.
Fəlsəfə ilə elm arasında müəyyən fərqlər də vardır:
a) əgər fəlsəfə öz mahiyyəti etibarilə insana ən başlıcası ümumiləşmiş dünya-
görüşü verirsə, müxtəlif elm sahələri insana konkret bilik verir;
b) xüsusi qanunları öyrənən konkret elmlərdən (fizika, kimya, biologiya və s.)
fərqli olaraq fəlsəfə təbiət, cəmiyyət və təfəkkür inkişafının ən ümumi qanunlarını
öyrənir;
c) fəlsəfə, ən geniş mənada bütün dünyagörüşü növlərinin özəyini, nüvəsini
təşkil etdiyi halda, ayrı-ayrı konkret elmlər dünyanın təbii elmi mənzərəsini müəy-
yən edən konkret materiallar verir;
ç) fəlsəfə və elm ictimai şüurun spesifık forması olmaq etibarilə də bir-birin-
dən fərqlənirlər;
d) ictimai funksiyaları etibarilə də fəlsəfə ilə elm arasında fərqlər vardır: fəlsə-
fə cəmiyyətdə elmə nisbətən daha səfərbəredici və sosial fəallaşdırıcı rol oynayır,
fəlsəfə cəmiyyətdə qarşıya çıxan vəzifələrin düzgün həlli yollarını tapmağa imkan
verir;
17
e) konkret bir elm sahəsində işləyən mütəxəssis konkret hadisələri müəyyən
edərkən dünya haqqında ümumi təsəvvürlərə, dünyanın quruluşu, ümumi mənzərə-
si və onun ən ümumi inkişaf qanunauyğunluqları haqqında prinsip və baxışlara eh-
tiyac duyur. Bu ehtiyacı məhz fəlsəfə ilə ödəyir və i.a.
Deməli, elmin ümumi dünyagörüşü, metodoloji və nəzəri-idrakı əsaslandırıl-
ması məsələlərini fəlsəfə öyrənir, təhlil edir. Elm fəlsəfəyə yiyələnməklə metodolo-
giyaya və dünyagörüşü meylinə sahib olur.
Dostları ilə paylaş: |