Kartoqrafiya
Ə
hlimanov R.M.
Mühazirə 6-7
Yer kürəsinin qlobus üzərində təsviri
Qlobus – latın sözü olub, kürə deməkdir. Yer öz formasına görə kürədən az
fərqləndiyi üçün kiçik miqyaslı xəritələri tərtib edəndə və qlobuslar düzəldəndə yeri
kürə qəbul edirlər. Mərkəzi eyni bir O nöqtəsində olan iki kürə təsəvvür edək. Bunlardan
böyük kürə (radiusu R) yer, kiçik kürə (radiusu r) isə qlobus olsun. Mərkəzdən çıxan
ş
üalar vasitəsilə yer üzərində olan nöqtələrin qlobus üzərində proyeksiyasını alaq. Fərz
edək ki, yer səthində olan A,B,C, nöqtələri qlobus üzərində a,b,c, nöqtələri kimi (yaxud
da MNDE trapesi mnde trapesi kimi) təsvir olunmuşdur. Həndəsədən məlumdur ki, bu
halda qlobus üzərində alınmış bütün konturlar yer səthində olan konturlara oxşar
olacaqdır. Çünki, onların bucaqları uyğun olaraq bərabər yaxud da oxşardır. Bizim
şə
kildə oxşarlıq mərkəzləri iki kürə səthinin mərkəzi olan O nöqtəsidir. Qlobus yerin
müəyyən miqyasda kiçildilmiş modeli olub, bir çox əhəmiyyətli xüsusiyyətlərə malikdir.
1)
Qlobus radiusunun (r) yer radiusuna (R) olan nisbəti qlobusun
miqyası adlanır və bu miqyas qlobusda olan bütün xətlətin yer səthində olan bütün
xətlərin üfüqi proyeksiyasına nisbətən kiçilmə dərəcəsini göstərir, yəni:
ab/AB =ac/AC = bc/BC= r/R= const (sabit ədəd).
Buradan belə nəticə çıxır ki, qlobusun hər yerində və bütün istiqamətləri üzrə
məsafənin miqyası eynidir. Ona görə də, onun üzərində ölçü işarələrinin eyni bir baş
miqyasda aparmaq olar.
2)
Qlobusun üzərində sahələrin də miqyası hər yerdə eyni olub, r
2
/R
2
ilə
təyin edilir. Çünki kürə səthlərinin bir-birinə olan nisbəti bərabərdir. Buradan
aydın olur ki, qlobus səthindəki konturların sahəsinin yer səthindəki uyğun
konturların sahəsinə olan nisbəti həmişə sabit olacaqdır, yəni S
abc
/S
ABC
=r
2
/R
2
=
Const
Melikov Behruz
|