Quyudakı təzyiqin idarə olunması üçün flüid Hidravlik maye və ya mühit növü. Bu
mayenin sayəsində enerji hidravlik
qaydada işləyən sistemlərə ötürülür. ŞD2
Layihəsində bu maye hidravlik qaydada
işə salınan klapanların işlədilməsi üçün
sualtı nəzarət sistemlərində enerji mənbəyi
kimi istifadə edilən su əsaslı flüiddir.
Quyudan atqı Quyu təzyiqinin nəzarətsiz şəkildə və ya
nəzarət edilə bilməyən qaydada quyu
lüləsi yaxud qoruyucu kəmər vasitəsilə
yuxarıya doğru sızması.
Quyunun əsaslı təmiri Hasilatın bərpa edilməsi və ya artırılması
üçün hasilat quyusunda aparılan
əməliyyat. Quyunun təmiri quyunun
məhsuldarlığını artırmaq, quyu
gövdəsindən qumu və ya parafini
çıxarmaq, quyuya mexaniki qulluq
göstərmək və ya digər səbəblərə görə
həyata keçirilə bilər.
Quyunun əsaslı təmiri üçün işlədilən maye Quyuya nəzarət etmək üçün maye,
adətən, əsaslı təmir əməliyyatları zamanı
istifadə olunan duzlu su.
Quyunun sınağı Karbohidrogenlərin kollektordan necə
ötürüləcəyi, quyunun məhsuldarlığı və
kollektorun xüsusiyyətləri barədə
informasiyanı təmin etmək məqsədi ilə
quyudakı flüidlərin axıdılması.
Quyunun təmizlənilməsi Quyu lüləsinin istifadə olunmuş flüidlərdən
azad edilməsi. Bu proses, quyunu ilkin
vəziyyətinə qaytarır və quyu lüləsinə axır
və oradan da nasosla, yaxud dövrə
(sirkulyasiya) ilə vurulub geri çıxarılır və
beləliklə, quyunu təmizləyir.
Lay dəsti Ayrıca, adətən paralel süxur layları.
Lay suyu Hasil olunmuş neftlə/kondensatla təbii
şəkildə bir yerdə çıxan su. Həmçinin hasil
lay suyu da adlandırılır.
Lay təzyiqi Bağlı quyunun lay dərinliyindəki təzyiq.