infeksiya xəstəliklərinin yayılması müşahidə olunur. Onun qarşısını almaq,
yoluxma sürətini azaltmaq və yaxud ləğv etmək üçün mülki müdafiə və digər
səlahiyyətli təşkilatlar tərəfindən məlumat verilərkən insanlar yüksək nizam-
intizamla, təşvişə düşmədən bütün tələblərə riayət etməlidirlər. Belə hallarda
fərdi kimyəvi və tibbi mühafizə vasitələrindən səmərəli istifadə edərək,
tənəffüs üzvlərini və müxtəlif ərzaq məhsullarını, suyu təcridedici qablarda
saxlayaraq təhlükəsizliyi təmin etməlidirlər. Bu məqsədlə fiziki və kimyəvi
üsullardan istifadə edərək zərərsizləşdirmə (dezinfeksiya) tədbirini icra
etməlidirlər. Fərdi surətdə isə AИ-2 apteçkasının içərisindəki tibbi
preaparatlardan istifadə edilməlidir.
Dostları ilə paylaş: