13.2 Nüvə reaktorları insanlar üçün hansı təhlükə kəsb edir?
Onlar istifadə prinsiplərinə görə elmi və istehsalat xarakterli olaraq,
elmi-tədqiqat laboratoriyalarında, həmçinin atom elektrostansiyalarında
istifadə olunurlar. Elmi tədqiqat reaktorların işləmə prosesi müddətində süni
radioaktiv izotopların alınması və onların nüvə tədqiqatında geniş istifadəsi
icra olunur. Atom elektrik stansiyalarında quraşdırılmış istehsalat reaktorları,
elektrik enerjisi mənbəyi kimi sənayedə geniş istifadə olunur.
Bu reaktorlarda qəzaların əmələ gəlməsi nəticəsində təbiətə külli miqdarda
radioaktiv qazları və nüvə tullantıları (maddələri) buraxılır. Xüsusən nəzərə
çarpan onların müxtəlif yarımparçalanma dövrlərinə mənsub olmalıdırlar.
Məs. U-238 təbii radioaktiv maddəsinin yarımparçalanma dövrü 4.6
milyard ildir, bu əsasdan 1986-cı ildə çernobıl AES qəzası indiyədək
insanların həyat tərzinə, onların sağlamlığına kəskin təsir göstərir.
Dostları ilə paylaş: |