Müalicəyə göstərişlər
Katarakta cərrahiyyəsi mümkün olan yaxşılaşmanı təmin etdiyindən, görmə
qabiliyyəti xəstəni qane etmədikdə cərrahi əməliyyat göstərişdir (A:II)
Katarakta cərrahiyyəsi, həmçinin büllürla əlaqədar xəstəliklərin və ya görmə üçün
potünsial əhəmiyyətə malik göz dibinın müayinəsi tələb olunan hallarda göstərişdir
(A:III)
Cərrahi əməliyyat aşağıdakı hallarda həyata keçirilməməlidir: (A:III)
Eynəklər və ya digər vasitələr xəstənin ehtiyacını ödəyəcək səviyyədə görməsini təmin
edərsə, cərrahi əməliyyatdan sonra görmə funksiyasının artmayacağı təqdirdə; ümumi
və ya göz mənşəli problemləri olan xəstələrin cərrahi əməliyyatı uğursuz olacağı
ehtimal edildikdə; əməliyyatdan sonra uyğun müalicənin aparılması mümkün
olmadıqda.
Cərrahi əməliyyat üçün göstərişlər hər iki göz üçün eynidir(A:II) ( binokulyar
funksiyaya olan tələblər nəzərə alınmaqla)
Dostları ilə paylaş: |