Xəstələrin maarifləndirilməsi
Xəstələrlə nəticəni və ya müayinələri müzakirə edib, nə düşündüyünüzü izah etməli
(A:II)
Diabeti olan lakin, diabetik retinopatiyadan əziyyət çəkməyən xəstələri ildə bir dəfə
olmaqla gen bəbəklə müayinə olunmağa həvəsləndirməli (A:II)
Görmənin, həmçinin gözlərin vəziyyətinin qənaətbəxş olmasına baxmayaraq, diabetik
retinopatiyanın effektiv müalicəsinin mütəmadi müşahidə və müayinələrdən asılı
olması barədə xəstələri məlumatlandırmalı (A:III)
Qanda şəkərin miqdarının, həmçinin qan təzyiqinin normaya yaxın olması və
plazmada lipidlərin səviyyəsinin aşağı olmasının vacibliyi barədə xəstələri
məlumatlandırmalı (A:III)
Gözlə əlaqədar müayinələrin nəticəsi barədə müalicə həkimini məlumatlandırmalı
(A:III)
Cərrahi və terapevtik metodlarla müalicəsi mümkün olmayan xəstələri reabilitasiya
kursuna və ya əlillik müavinəti almaq üçün lazımi müəssisələrə göndərməli(A:III)
Dostları ilə paylaş: |