Konservativ müalicə alan xəstələrin maarifləndirilməsi
Diaqnozu, xəstəliyin ağırlığını, proqnozunu, həmçinin müalicə planını və müalicənin
ömür boyu davam edəcəyini xəstələrlə müzakirə etməli. (A:III)
Ümumi absorbsiyanın qarşısını almaq məqsədi ilə damcıların istıfadəsindən sonra gözün
yumulmasının və nazolakrımal okkluziyanın vacibliyi barədə xəstələri
məlumatlandırmalı. (B:II)
Antiqlaukomatoz damcılardan istifadə edən xəstələri fiziki və emosional dəyişikliklər baş
verdikdə bu barədə oftalmoloqlarına xəbər vermələrinin vacibliyi haqda
məlumatlandırmalı (A:III)
Xəstələr xəstəlik prossesi, müayinələrin məqsədi, xəstəliyin vəziyyəti, və alternativ
müdaxilələrin faydası və riski barədə məlumatlandırmalı (A:III)
Dostları ilə paylaş: