Diaqnoz
İkincili formaları istisna etməklə birincili qapalı bucaqlı qlaukomanın diaqnozunu tərtib
etməli (A:III)
İridotomiyaya göstəriş olan xəstələrin müalicə planı
Kəskin birincili qapalı bucaqlı qlaukoması olan xəstələri lazer və ya insizion iridotomiya
ilə müalicə etməli. Əgər lazer iridotomiyanın həyata keçirilməsində çətinliklər varsa, o
zaman insizion iridotomiya tətbiq etməli. (A:III)
Kəskin qapalı bucaqlı qlaukoma tutmalarında ilk olaraq GDT-nin aşağı salınması, ağrının
azaldılması və gələcək iridotomiya üçün buynuz qişa ödeminin aradan qaldırılması
məqsədi ilə konservativ müalicə təyin etməli. (A:III)
Ə
gər digər gözdə anatomik olaraq kamera bucağı dar olarsa, profilaktik iridotomiya
həyata keçirməli (A:II)
Hər iki gözdə insizion iridotomiya tələb olunan hallarda ikitərəfli ağırlaşmaların qarşısını
almaq üçün əməliyyatı bir neçə gün fasilə ilə əvvəl bir, sonra isə digər gözdə həyata
keçirməli. (A:III)
Dostları ilə paylaş: |