Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə236/253
tarix30.12.2021
ölçüsü1,06 Mb.
#22153
1   ...   232   233   234   235   236   237   238   239   ...   253
Zaməddin Ziyadoğlu 
 
 
Dağlar yada salar 
Daha kimd iyada salan şairi... 
İlyas Tapdıq 
 
Min nəğmə bəsləyən coşqun dağ çayı  
Çağlar, yada salar şairi, qardaş. 
Kol dibinin bənövşəsi, nərgizi  
Ağlar, yada salar şairi, qardaş. 
 
Dolayları qarış-qarış gəzmisən, 
Yaşıl otu o üz-bu üz əzmisən. 
Zirvələri tək aşmısan azmı sən? 
Bağlar yada salar şairi, qardaş. 
 
Dağ yerinin şaxtasında donmusan, 
Gah palıda, gah çinara qonmusan. 
İlk sevginin alovunda yanmısan, 
Dağlar yada salar şairi, qardaş. 
 
Ağac kölgəsində, bulaq başında  
Böyüklər, kiçiklər sənin yaşında, 
Bu diyarın torpağı da, daşı da  
Saxlar, yada salar şairi, qardaş. 
 
Müzahim fikirdə, xəyallar göydə, 
Zaman nə haydadı, insan nə hayda?! 
İgidlər məskəni o Gədəbəydə  
Dağlar yada salar şairi, qardaş. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin