Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə173/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   169   170   171   172   173   174   175   176   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

94 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

riyaziyyat dərslərində həll edilən praktik məsələlərin, xüsusən, fiziki məzmunlu məsələlərin miqdarını artırmağa imkan 

verir. 

2.  Vektor metodun həndəsə  məsələlərinin həllinə  tətbiqi prosesində  şagirdlərə müasir riyaziyyat və onun tədqiqinin 

ideyaları və metodları haqqında danışmağa imkan yaranır. 

3.  Praktik məsələlərin həllinə elektron-hesablama maşınları və kompyuter texnikasının tətbiqi vektorla əlaqə yaradır. 

4.  Vektor aparatına yiyələnmə şagirdlərin fizika, astronomiya, informatika kimi fənlərin müvəffəqiyyətlə öyrənmələrinə 

imkan verir. 

5.  Vektorları öyrəndikdə  şagirdləri vektorların müxtəlif tətbiqləri ( elmdə, texnikada, iqtisadi məsələlərin həllində) ilə 

tanış etməyə imkan yaranır.  Vektorların öyrənilməsində bunun nəzərə alınması şagirdlərdə tədqiqatçılıq elementləri 

olan məsələ vərdişləri həllinin tərbiyəsinə imkan yaranır. 

6.  Şagirdlərə  əvəllər məlum olan həndəsə  məsələlərinin vektor metodla həllinin müsbət tərəfləri vardır. Birincisi, eyni 

birməsələnin həndəsi və vektor metodla həllini müqayisə etməyə  və vektor metodun üstünlüyünə  şagirdlərə 

inandırmağa imkan yaranır.  İkincisi, bu zaman şagirdlər  əvvəllər keşilənləri təkrar edir, yaddaşda bərpa edir, ondan 

yeni səviyyədə istifadə edir. 

7.  Tətbiqi məsələlərin həllinə vektorları tətbiq edərək şagirdlər məsələ həllində vektorun necə mühüm əhəmiyyətə malik 

olduğuna inanırlar. 

8.  Vektor metod məktəb həndəsəsinin bir sıra teoremlərinin qısa, sadə, həm də anlaşılan isbatını almağa imkan verir. 

9.  Vektorlar məktəb riyaziyyat məsələlərinə verilən bir sıra müasir tələbləri həyata keçirməyə imkan verir:  

a)  motivasiyanı həyata keçirməyə; 

b)  məsələnin təhsilverici imkanından istifadə etməyə; 

c)  Şagirdlərdə mövcud olan biliklərin aktualizasiyasını  həyata keçirmək , onları yaddaşda bərpa etmək və yeni 

səviyyədə istifadə etmək;  

Belə ki, görkəmli psixoloq S.L.Rubinşteyn yazır ki, təfəkkür – vahid proses olan biliklərin aktualizasiyası və tətbiqidir. 

Aktualizasiya prosesi dedikdə keçmiş  təcrübədən lazımlı  məlumatların və metodların seçilməsi və onlardan yeni şəraitdə 

istifadə edilməsi başa düşülür. (Рубинштейн Л.С. О мышлении и путях его исследования. М., 1958, с.53.); 

d)  isbata aid məsələlərin sayını artırmaq. 

10.  Vektorların məsələ həllinə tətbiqi böyük tərbiyəvi əhəmiyyətə malikdir. Vektor aparatı müasir tələblərə uyğun tətbiq 

edilərsə, onda: 

a)   şagirdlər mücərrədləşdirmə vərdişləri əldə edərlər; onların bilik səviyyəsi, həmçinin, ümumi riyazi mədəniyyəti 

yüksələr; 

b)   şagirdlərdə mövcud olan biliklərdən yeni səviyyədə yaradıcı istifadə edilməsi vərdişlərinin aşılanması imkanı 

yaranır; 

c)   şagirdlərə müstəqil yerinə yetirdikləri məsələ  həllinin gedişini təhlil etməyi öyrətmək olar; çatışmazlıqları 

görməyi, həmçinin, görülən işin müsbət cəhətlərini qiymətləndirməyi və uyğun nəticələr çıxarmağı tərbiyə etmək 

olar; 


d)   şagirdlərdə elementar tədqiqatçılıq vərdişlərinin aşılanması imkanı yaranır.  Ən başlıcası, vektor metoddan 

istifadə etdikdə şagirdlərin riyazi təfəkkürünün inkişaf etdirilməsi imkanı yaranır.  

Vektor metoda yiyələnmə  şagirdlərə kütləvi elmi-texniki ədəbiyyaydan sərbəst istifadə etməyə, ali tədris 

müəssisələrində təhsilini müvəffəqiyyətlə davam etdirməyə imkan yaradır. 

Görkəmli riyaziyyatçı – pedaqoq U. Soyer yazır: “Riyazi biliklər – alətdir,  əgər onları  nəzərə almasan, və ondan 

istifadə etməyi bacarmasan onlara yiyələnməyin mənası yoxdur”. Fikrimizcə, bu sözləri böyük əminliklə vektor metoda da 

aid etmək olar. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin