YUNAN MƏNŞƏLİ SÖZLƏR VƏ ONLARIN QISA TƏSNİFATI
Milana ABBASOVA
Xəzər Universiteti
abbasovamilana@yandex.ru
Məqalə yunan mənşəli sözlər və onların qısa təsnifatına həsr edilmişdir. Qırx min illik tarixi olan Yunan dili Hind-
Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir.
Hazırda dünyada on üç milyondan çox insan bu dildə danışır. Yunan dilində danışanların sayının o qədər də çox
olmaması onun zənginliyinə heç də təsir etməmişdir. Bu dil Sokratın, Platonun, Aristotelin, Homerin dilidir və əsrlər boyu
digər dillərin zənginləşmasinə də təkan vermişdir. Elə bir dil yoxdur ki, orada yunan mənşəli söz olmasın. Yunan
mədəniyyəti, tarixi, fəlsəfəsi daim alimlərin diqqət mərkəzində olub, onlar dəfələrlə fəlsəfəsinin, yunan dilinin
araşdırılmasına təkrar olaraq müraciət ediblər. Ta qədimdən indiyənədək ən əsas elmi terminlər, gündəlik həyatda
işlətdiyimiz sözlərin çoxu yunan və roma dillərindən götürülmüşdür. Zaman ötdükcə elmi terminlər beynəmilən sözlərə
çevrilmişdir, adi məişətdə işlətdiyimiz sözlər isə dilə o qədər hopmuşdur ki, hətta onun əcnəbi söz olduğu belə hiss
olunmurdu.Məqalədə bəzi yunan mənşəli sözlərin digər dillər tərəfindən mənimsənilməsi və hansı dəyişikliklərə məruz
qalması haqqında məlumat verilmişdir.
Yunan əlifbasının tərkibində həm sait həm də samit hərflərin toplandığı ilk əlifba olması, Avropada və Yaxın Şərqdə
bir çox əlifbaların yunan əlifbasının təsirindən yaranması, yunan dilində xüsusi isimlərin digər xalqlar tərəfindən öz
dillərinə uyğun şəkildə mənimsənilməsi, soy adlarının sonluqlarının dəyişdirilməsinin düzgün olub olmaması barədə qısa
araşdırmanın nəticəsi barədə məlumat da öz əksini tapıb. Beləki, antologiya, avtobioqrafiya, dialektologiya, morfologiya,
semasiologiya, orfoqrafiya, orfoepiya, xronologiya, semantika, arxeologiya, qrammatika və bir çox terminlər olduğu kimi
digər dillərə də ötürülmüşdür və bununla da etimologiya elmində dərin kök salmışdır. Məqalədə tetrad, şkola, pedaqoq,
kosmos, uksus, lampa, krovat kimi sözlərin etimoloji xüsusiyyətlərindən əlavə onların tarixi haqqında da qısa məlumat
verilib.
Azərbaycan dilinə digər dillərin vasitəsi ilə keçən yunan mənşəli sözlərin az olmasına baxmayaraq onlar öz ilkin
formasını itirmiş və dəyişikliklərə məruz qalmışdır.
Yunan dilində xüsusi adları iki qrupa ayırmaq olar. Birinci qrupa əsatirlərlə bağlı olan antik dövrün adları – Afroditi,
Pinelopi, Sofoklis, Odisseas, ikinci qrupa provaoslav təqviminə daxil olan adları – Qeorqios, Vasilios və digərinin aid etmək
olar. Digər dillər tərəfindən mənimsənilmiş şəxs adları və onların sonluqlarının (kişi cinsi üçün - os, us, as; (qadın cinsi
üçün-a, e) assimiliyasiyaya uğraması da son zaman böyük maraq doğurur. Məqalədə bu məsələ barədə də açıqlama
verilmişdir.
Konfransda məruzə olunacaq bu tezisdəki problemin ortaya qoyulması və onun qismən də olsa incəliklərlə təsnif
olunması, yunan mənşəli sözlər haqda və cəmi on üç milyon insanın danışdığı bu dilin zənginliyi haqda təssəvvür yaradacaq
və yeni –yeni sözlərin araşdırılmasına təkan verəcək. Əslində məhz alınma sözlər dilin zənginləşməsi üçün ən yaxşı
vasitədir.
Bu fikirlə bağlı Səməd Vurğun haqlı olaraq qeyd etmişdir ki, “... heç bir dil yalnız öz xəzinəsi hesabına yaşaya bilməz.
Təbiətdə heç bir dil saf, təmiz bir dil deyildir, çünki bütün xalqlar arasında iqtisadi, ictimai, siyasi əlaqələr olduğundan dillər
bir–birinə təsir edir. Burada bir nazik məsələyə toxunmaq istəyirəm. Heç bir vaxt xarici sözlərin dilimizdə işlədilməyi bu
dili sıxışdıra bilməz. Əksinə olaraq, dil zənginləşə bilər”.
Həqiqətə qaldıqda isə bütün dillərdə alınma sözlər var və müasir dövrün, texnologiyanın, iqtisadiyyatın, elmin, və bir
çox sahələrin inkişaf etdiyi bir dövrdə bu prosses daha da sürətlə davam edir və edəcəkdir.
|