Huşsuzluq
-algia
Ağrı
brady-
Aşagı.zəif
-ectasia
Genişlənmə
dys-
Ağrılı,
Qeyri-normal
-ectomy
Kəsib götürmə
hyper-
Yuxarı
Normal
-emia
Qan
hypo-
Aşağı
Normal
-it is
Iltihab
Örnək üçün “hypoglycemia” sözünü tərkib hissələrinə ayıraq, hypo=aşağı normal, glyc=şəkər, və emia=qan;
burdan biz başa düşürük ki,bu söz "qanda şəkər səviyyəsinin qənaətbəxş” olduğunu göstərir.
Beləliklə də, tibbi terminlərin strukturuna diqqətlə baxdiqda çox vaxt onları asanlıqla başa düşmək olur. Lakin
təbabət sahəsində hər gün aparılan tədqiqatlar , yeni yaranan xəstəliklər və onların tapılan və ya axtarılan əlacları
yeni-yeni terminlərin yaranmasına səbəb olur. Tibb sahəsində çalışan tərcüməçilər nəinki tibbi məsələlərin
mahiyyətindən və terminlərindən baş çıxarmalı, həm də təbabətlə bağlı canlı xalq dilində işlənən söz və ifadələri də
hər iki işçi dildə bilməlidilər. Xüsusilə şifahi tərcümədə müxtəlif dillərdə danışan həkimlərin suallarını və tapşırıqlarını
xəstələrə əksər hallarda danışıq dilinin köməyilə çatdırmaq lazım gəlir. Bu prosesdə dilmancdan dil sahə üzrə biliklə
yanaşı, həm də yüksək diqqət tələb olunur. Məhkəmə sahəsində olduğu kimi, burada da cüzi bir səhv insan taleyini
fərqli şəkildə həll etmiş olur. Tibbi tərcümədə dəqiqliklə yanaşı, məxfilik də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, xəstə
həkimdən onun sirrini saxlamağı gözlədiyi kimi, onların arasında ünsiyyət yaradan dilmanc da bu məxfiliyi
saxlamalıdır.
Tibbi tərcümədə təkcə müxtəlif dillərdə danışan xəstə-həkim ünsiyyətini təşkil etmək yox, həm də ciddi
xəstəliklər, onların mənbələri, müalicəsi və s. haqqında ciddi sənədləri, elmi əsərləri, hesabat və məruzələri, tibbi
avadanlığın, dərmanların istifadə qaydalarını, xarakteristikasini bilmək tələb olunur.
Dostları ilə paylaş: |