Microsoft Word Materiallar Full


IŞLƏYƏN QISA YOL SERVISLƏRININ HAZIRLANMASI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1009/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1005   1006   1007   1008   1009   1010   1011   1012   ...   1149
IŞLƏYƏN QISA YOL SERVISLƏRININ HAZIRLANMASI 

 

Sərxan NAĞIYEV 

Azərbaycan Dövlət Neft Akademiyası 



serxan@nagiyev.net 

AZƏRBAYCAN 

 

Məlumdur ki,şəhərdə küçələrin,zolaqların sayı daim dəyişir,inkişaf edir.Əlavə yolların salınması,mövcud yollarda 



bərpa işləri nəticəsində küçə zolaqlarının sayının dəyişməsi və s. kimi misallar nümunə göstərmək olar.Bütün sadalanan bu 

kimi misallar şəhərin xəritəsini elə mürəkkəbləşdirir ki,artıq insan  bu yolları analiz etməkdə  çətinlik çəkir.Seçimişəxsi 

nəqliyyat vasitəsilə  qısa müddətə etmək lazım olarsa məsələ daha da çətinləşə bilər.Əgər nəqliyyat vasitəsini idarə edən 

sürücü  ciddi bir hərəkət səhvi edərsə, şəhərdə xoşagəlməz tıxaclar yarana bilər və ya sürücü  öz hərəkət istiqamətini itirə 

bilər.Buna misal olaraq, şəhərə tam bələd olmayan sürücüləri,turistləri göstərmək olar ki, bu da tez-tez rastlaşdığımız 

hallardandır. 

Bütün bu kimi problemlər  şəhər küçələri haqqında lazımı informasiyaları saxlayan və bu informasiyalardan istifadə 

edərək istifadəçilərin işini rahatlaşdıran proqram təminatının yaranmasını  zəruriləşdirir.Belə proqram təminatının 

yaradılması üçün qraflar nəzəriyyəsindən istifadə etmək daha məqsədə uyğundur. 

Qraflar nəzəriyyəsində olan qısa yol alqoritmləri hərtərəfli analiz edilməli,onların işləmə prinsipləri araşdırılmalı    və  

onlar  arasından daha optimal olan üsul seçilməlidir.Lazım gələrsə, hər hansı hissəsində daha da optimallaşma aparılmalı və 

yekunda mükəmməl alqoritm qurulmalıdır.Və  ən nəhayət,  seçilmiş alqoritmə uyğun proqram təminatı hazırlanmalıdır.Onu 

da nəzərə alaq ki, hazırlanan proqram təminatı ən son proqramlaşma dillərindən biri olan Javada Web servis texnalogiyası 

ilə hazırlanmışdır ki,bu da bütün platformalarda işləməyə imkan verir.Ən  əsası isə yazılan proqram təminatını mobil 

qurğularda da istifadə etmək olar.Qarşıya qoyulmuş optimal yol problemləri mühüm əhəmiyyət kəsb etdiyindən buraxılış 

işinin mövzusu olduqca aktualdır. 

İşin məqsədi qraflar nəzəriyyəsində olan alqoritmlərin analizindən,optimal üsulun seçilməsindın və üsula uyğun 

proqram təminatının yaradılmasından ibarətdir.Burada əlavə olaraq, məsələnin bir meyara görə deyil bir neçə meyara görə  

aparılmasıda nəzərə alınmışdır ki,bunun nəticəsində  dəistifadəçiyə müxtəlif parametrlərə görə    tapılmış optimal marşrut 

variantları verilir və sonda  uyğun variantın seçilməsində istifadəçi özü qərar verir. 

Məqalədə şəhərdə optimal marşrutların təyin edilməsi üçün optimal üsul və çoxmeyarlı proqram təminatının işlənməsi 

üçün araşdırmalar aparılmışdır. 

İşin gedişatında qraflar nəzəriyyəsində olan qısa yol alqoritmləri ətraflı öyrənilmiş və realizasiya edilmişdir. Proqram-

ların işləmə müddətləri və yaddaş sərfiyyatları müqayisə edilmişdir.  

Aparılan araşdırmalar nəticəsində bu alqoritmlərdən  ən optimalı  və bizim işimizə uyğun olanı seçilmişdir. Proqram 

təminatı üçün lazım olacaq üsul kimi  Deykstra alqoritmi seçilmiş  və bu üsulun iş keyfiyyətinin artırılması üçün bəzi 

modifikasiyalar  aparılmışdır. 

Sonda məsələnin tələblərini ödəyən proqram təminatı paketi hazırlanmışdır.Bu paketə aşağıdakı vasitələr daxildir: 

- Şəhər nəqliyyat şəbəkəsində olan məlumatları özündə saxlayan visual xəritə modeli qurulmuşdur. 

- Qurulmuş xəritə üzərində  işləməyə imkan verən rahat mühit yaradılmışdır. 

- Seçilmiş nöqtələr arasında optimal marşrutu tapan modullar yaradılmışdır.Bu modul elə bir Java Web servisidir ki, 

xəritəyə daxil olan istənilən iki koordinant cütü arasındakı  ən qısa yolun təpələrinin koordinatlarını qaytarır. Bu yol isə 

qrafdakı yol hissələrinin arasından Deykstra alqoritmi vasitəsilə tapılır. 

- Məsələ bir neçə meyara görə həll edilmişdir.Belə ki,proqram istifadəçinin istəyindən asılı olaraq həm məsafəyə görə, 

həm də zamana görə optimal marşrut tapa bilər. 

- Paketdə həm də şəhər nəqliyyat şəbəkəsində olan dəyişiklikləri daxil etmək üçün rahat interfeys də yaradılmışdır. 

Optimal baza strukturun təşkili: Hazırlanan proqram təminatı real verilənlər bazası ilə realizasiya edilmiş, və kifayət 

qədər effektiv sürət alınmışdır.Belə ki, kifayət qədər böyük bir ərazinin yollarını saxlayan baza üzərində ,həddindən artıq 

böyük sürətli nəticə əldə edilmişdir.Konret rəqəmlərlə desək, təxmini 50000 yol hissəsi olan qrafda ,  ən azı 300000 təpə 

nöqtəsi olan qrafdan ən ucqar nöqtələr arasındakı optimal yol 80 millisaniyə nəticəsi ilə əldə edilmişdir.Bu isə göründüyü 

kimi kifayət qədər effektiv nəticədir. Bu nəticənin  əldə edilməsinə  səbəb  optimal baza strukturunun təşkili və Deykstra 

alqoritminə edilmiş  bəzi modifikasiyalardır.Əvvəlcə bazadan qraf üçün lazım olan əsas vacib olan məlumatlar ikilik bir 

fayla strukturlu şəkildə atılır.Bildiyimiz kimi Deykstra alqoritmində əgər qrafda n təpə varsa  n ölçülü  kvadrat matrisdən 

istifadə edilməlidir.Bu isə real verilənlər bazasıyla işləmək üçün əlverişli deyil .Təklif edilən modeldə isə , matrisin 

sütünlarının sayı 3 ,sətirlərinin sayı isə  maksimal halda n*n  olan ədəddir.Buna görə də yaddaşa kifayət qədər qənaət etmiş 

oluruq və bu isə həm də sürətə qənaət etmək deməkdir. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1005   1006   1007   1008   1009   1010   1011   1012   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin