II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
663
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
yatırılması, plana uyğun olaraq qoyulmuş kapitalın nə zaman gəlir kimi geri qayıdacağı və yaxud hansı sahəyə kapital
yatırımının məqsədə uyğun olmasını, istehsal və ya xidmət prosesinin daxili zaman kəsiyində hər hansı problemin aşkar
olunması və digər analizlərin vizual və təfərrüatlı olaraq maraqlı şəxslərə təqdim edilməsini aid etmək olar. Planlaşdırmanın
düzgün aparılması, lazım olan resursların əldə olunması, istehsal prosesi zamanının düzgün bölünməsi, son istehlakçıya
qədər logistik sistemin qurulması kimi özəllikləri özündə birləşdirən bu proqram paketi biznes sahiblərinə riskin
azaldılması, xətaların aradan qaldırılması, xərclərin düzgün şəkildə xərclənməsi kimi üstünlükləri verir. Hər bir biznes
sahibi fəaliyyət sahəsindən asılı olmayaraq ProModel vasitəsilə fəaliyyət göstərmək istədiyi sahənin bir neçə modelini
quraraq əldə etdiyi müxtəlif alternativlər arasında ən düzgününü seçməsini təmin edə bilər.
ProModel metodologiyası 3 prosesdə özünü göstərir.
Vizuallaşdırma – Biznes mühitinin dinamik və animasiyalı komputer modelini yaradaraq cari prosesləri və prinsipləri
hərəkətli olaraq görmək və anlamaq mümkündür.
Analiz – Biznes məqsədlərinə çatmaq üçün lazım olan məlumatları daxil etdikdən sonra potesial dəyişiklikləri və
inkişafı görmək mümkün olur. Məlumatları müxtəlif tipdə daxil edərək müstəqil şəkildə alınan nəticələri analiz edib, qərara
gəlmək çox asandır.
Optimallaşdırma – Dərhal cari və gələcək əməliyyatlardakı təsiri testdən keçir, riski azalt və nəyi edəcəyini
proqnazlaşdır. Ən yüksək şəkildə biznes məqsədlərini qarşılamaq üçün optimal biznes planın müəyyən et.
Müxtəlif biznes və ya təşkilatı strukturun qurulmasında əvəzsiz olan proqram mühəndis baxımından çox idealdır.
Müxtəlif sahələrdə ProModelin qurulmasınının nə qədər əhəmiyyətli olmasını misalla göstərmək olar.
Günümüzün biznes sahələri üçün, xüsusilə FMCG ( fast moving consumer goods) sektoru üçün ən önəmli məsələlərdən
biri də təchizat zəncirinin, logistika, distribusiya və anbarlaşdırmanın düzgün qurulmasıdır. Təchizat zəncirində hər hansı bir
problemin və ya arakəsmənin olması məyus istehlakçıların yaranmasına və gəlir itkisinə səbəb ola bilər. Təchizat zəncirinin
sistemini qurarkən disturbisiya mərkəzini və anbarların harada qurulmasını, daşınma növlərinin və xərclərinin
müqayisəsinin aparılmasını, ehtiyatların səviyyəsini və yenidən doldurma qaydasını tənzimləmək, tələb səviyyəsini və
istifadə müddətində optimallaşdırmanın aparılması kimi əməliyyatları icra etmək ProModel vasitəsilə mümkündür.
Misal olaraq, optik elektronikada aparıcı istehsalçı şirkət yeni məhul hazırlanması üçün qərar verməkdə tərəddüd edirdi.
Ən böyük çətinlik məhsul portfelini analiz etmək və maliyyə performansını əks etdirən gələcəyə dair bir sıra qərarlar
vermək idi. Və həmçinin şirkət bir neçə məhsul şəklinin kombinasiyasından uğurlu bir məhsul şəklini almaq üçün test
etmək və resurs tələblərini növbəti 5 il ərzində planlamaqda çətinlik çəkirdi. Aşağıdakı əsas məqsədlərə çatmaq üçün daha
əlverişli yol seçərək məhsulu vizuallaşdırmaq, analiz etmək və gələcəyə dair performansını formalaşdırmaq üçün
ProModeldən istifadə etmişdir:
Davamlı kommersiya məhsulları yaratmaq;
Cari “uçuş” məhsullarının istehsalı üçün inkişaf planının hazırlanması;
Gələcəkdə satışa çıxarılacaq artıq prototipi hazır olan məhsulların analizi;
Gələcəkdə potensial məhsul istehsalı üzərində işləmək.
Nəticə olaraq, ProModel simulyator proqramından istifadə edərək aşağıdakı əhəmiyyətli suallara cavab tapılmışdır.
Gələcəkdə potensial məhsulların hansına investisiya yatırmaq olar və nə vaxt?
Layihələrin hansı kombinasiyası və aralığı uzunmüddətli rentabilliyi təmin edəcək?
Büdcə çərçivəsində qalmaq və gəlirin stabilliyini saxlamaq üçün hansı dəyişikliklər tələb olunur?
Növbəti 5 il ərzində yeni məhsullardan gələn gəlirlərin ümumi gəlirlərin 40%-ni təşkil etməsini necə əmin olmaq olar?
Artıq 25 ildən çoxdur ki, ProModel müəssisələrə müxtəlif sahələrdə öz biznes şəklini qurmağa və inkişaf etdirməyə
effektiv şəkildə kömək edir. Müəyyən şərtlər daxilində ProModel proqram təminatını həyata keçirən təşkilatın professional
əməkdaşları konsultasiya, treyninq, texniki dəstək kimi xidmətlər təklif edir. Həmçinin lazım olduqda sizə təklif olunan
proqram təminatını optimal nəticəni əldə etmək üçün proqram təminatı müxtəlif şəkildə konfiqurasiya edilə bilər.
ProModel proqnoz-analitik texnologiya proqram təminatı kimi artıq bir çox sahələrdə hökumətdə, hərbi qurumlarda,
aviasiya və müdafiə sənayesində, tibbdə və digər xidmət sahələrdə geniş istifadə olunur.
Dostları ilə paylaş: |