xüsusiyyətdir Və o, özü ilə fərqli dil şəxsiyyətlərinin nitq yaradıcılığı fəaliyyətinin məhsullarının harmonik birləşməsində
(uzlaşmasında) və istifadəsində təcəssüm etdirir. Bu zaman nitq yaradıcılığı fəaliyyəti müəyyən tip diskursun (bu halda
işgüzar diskursdan söhbət gedir. – G.Q.) nitq stereotiplərindən kənara çıxmalara istinad edir və onun (yəni, yeni tip
kreativ nitq yaradıcılığının – G.Q. ) məhsulları özünü məzmun və forma səviyyəsində göstərir” (Фесенко
О.П. Комплексное исследование фразеологии дружеского эпистолярного дискурса первой трети XIX века :
авторефhttp://sun.tsu.ru/mminfo/000370678/000370678.pdf ; s.9 ). Başqa sözlə desək, qeyri – rəsmi işgüzar yazışmalar (və
ya digər adı ilə “dostluq epistolyarisi”) mövcud qəliblərdən kənara çıxır. Lakin bu kənara çıxmaların özü də
kommunikasiyanın səviyyəsi ilə tənzimlənir və ona (həmin səviyyə göstəricilərinə) adekvat olmaq məcburiyyətindədir.
Yəni, qeyri – rəsmi epistolyari nümunələri yalnız kommunikasiya iştirakçısı olan tərəf müqabillərinin qarşılıqlı razılığı
şəraitində gerçəkləşə bilər və yalnız onların məqbul hesab etdiyiçərçivədə gerçəkləşməlidir.
Korporativ etika kodekslərində, habelə ümumilikdə, işgüzar etika ilə bağlı tövsiyyələrdə işgüzar yazışmaların önəminə
diqqət çəkən mütəxəssislər “Kooperasiya prinsipi”nə xüsusi diqqətyetirilməsinin vacibliyində israrlılıq nümayiş etdirirlər.
Belə ki, tərəfdaşlar arasında aparılan işgüzar yazışmalar lazımı informasiyanın maksimum uyğun zaman kəsiyində və tələb
|