Microsoft Word Materiallar Full


İNFORMASIYANIN DÜNƏNI, BUGÜNÜ VƏ SABAHI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə983/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   979   980   981   982   983   984   985   986   ...   1149
İNFORMASIYANIN DÜNƏNI, BUGÜNÜ VƏ SABAHI  

 

Zaur MEHDİYEV 

Qafqaz Universiteti 



Lord_oser@box.az 

AZƏRBAYCAN 

 

İnformasiya hər hansı fakt, hadisə, təzahür, obyekt və s. haqqında məlumat demək olsa da, əslində, həyatımızın bütün 



sahələrini  əhatə etməklə daha geniş aspektə malikdir. "İnformasiya  əldə etmək haqqında" Azərbaycan Respublikasının 

Qanununda xüsusi qeyd olunur ki, yaranma tarixindən, təqdimat formasından və  təsnifatından asılı olmayaraq istənilən 

fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar 

informasiya hesab oluna bilər.  İctimai informasiya dedikdə isə, qanunlarla və ya digər normativ hüquqi aktlarla 

müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər 

nəzərdə tutulur. Göründüyü kimi, informasiyanın əhatə dairəsi çox genişdir. Araşdırmalar göstərir ki, istənilən fəaliyyətin 

uğurlu alınması çox vaxt operativ informasiyanın əldə edilməsi ilə bağlı olur. Həyatda bütün hökmlər, o cümlədən dövlət 

səviyyəsində və ya xırda bir ailə mühitində qəbul edilən qərarlar o vaxt düzgün və effektiv olur ki, onların kökündə vaxtında 

əldə olunmuş  və  hərtərəfli analiz edilmiş informasiya dursun.Təbiətdə ilk informasiya, çox güman ki, təkamül prosesləri 

nəticəsində cansız sistemlərin canlı sistemə keçidi ilə əmələ gəlmiş və bu informasiya genetik formada olmuşdur. Genetik 

informasiya nəsildən-nəslə ötürülərək orqanizmlərin strukturlarının və davranışlarının formalaşmasında mühüm rol 

oynamışdır. Somatik təkamül, yəni bədənin tədrici inkişafı adlanan bu proseslərdə orqanizmlərdə maddələr və enerji 

mübadiləsi ilə yanaşı xarici mühitdən gələn siqnalları  qəbul etmək və onlara cavab vermək qabiliyyəti də formalaşmağa 

başlamışdır. Ali canlılar təkamül etdikcə onların xarici siqnallara reaksiyaları da mürəkkəbləşmiş  və   bu  prosesləri 

tənzimləyən xüsusi sinir sistemi meydana çıxmışdır. Sinir sisteminin ən yüksək təkamülü insanda baş beyinin güclü inkişaf 

etməsi,  şüur və yaddaşın  əmələ  gəlməsi ilə baş vermişdir. Baş beyinin analitik və sintez fəaliyyəti insanlara öz duyğu 

üzvləri ilə xarici mühitdən aldıqları saysız-hesabsız  qıcıq və siqnalları fərqləndirmək,  onların məzmununu analiz etmək

eyni mənbədən gələn   siqnalları bir,  müxtəlif mənbələrdən daxil olanları isə ayrı-ayrı qruplara ayırmaq imkanı verdi. Bu 

prosesi artıq siqnalların informasiyaya çevrilməsi kimi izah etmək olar. Belə informasiyalar əcdadlarımıza gerçək aləmdəki 

predmetləri və baş verən prosesləri müəyyən səviyyədə  dərk etdirirdi. Nəticədə, qədim insanlar digər canlılardan öz 

üstünlüklərini başa düşür və bu üstünlükdən istifadə edərək təbiəti fəth etməyə, artıq onun qulu yox, ağası olmağa can 

atırdılar. Məhz bu arzu əcdadlarımızı əməklə məşğul olmağa məcbur etmiş, əmək də öz növbəsində, kollektiv fəaliyyətin və 

birgə yaşayış formaları olan tayfaların, icmaların, qəbilələrin, millətlərin və  nəhayət xalqların yaranmasında mühüm rol 

oynamışdır. Birgə yaşayış  və  fəaliyyət həm də insan hüquqlarının qorunması, mədəniyyət, adət-ənənə,  əxlaq, qarşılıqlı 

hörmət kimi yüksək dəyərlərin meydana çıxmasında əsas rol oynamışdır.  

Birgə əmək və yaşayışda onun üzvləri  arasında informasiya mübadiləsinin olması mütləq şərt olduğu üçün, bu məsələ 

ilk ünsiyyət formaları olan səs, mimika, jest və toxunma vasitələrindən istifadə etməklə həll olunurdu. İnformasiyanın belə 

ötürülməsində  bənzətmə, oxşatma, yamsılama elementləri üstünlük təşkil etmişdir.  Şifahi nitq əmələ  gəldikdən sonra 

informasiya dil vasitəsilə ötürülməyə başlandı. Müxtəlif səslərin (incə, qalın, kar, cingiltili) kombinasiyasından əmələ gələn 

sözlər vasitəsilə insanlar öz fikirlərini, hisslərini, biliklərini, gördüklərini və s. informasiyaları daha qısa şəkildə çatdırırdılar. 

Şifahi nitqin yaranması ilə nağıllar, əfsanələr, dastanlar, bayatılar, atalar sözləri və s. kimi qədim folklor və xalq ədəbiyyatı 

nümunələri də meydana çıxmışdır.  İnformasiyanın miqdarı artdıqca onun dil vasitəsilə ötürülməsi getdikcə  çətinləşirdi. 

Çünki informasiya daşıyıcısı rolunu oynayan insan yaddaşı günü-gündən artan informasiyanı saxlamaq və ötürmək üçün 

kifayət etmirdi, həm də az-az işlədilən məlumatlar tədricən yaddan çıxır, ya da qorxu, emosional və həyəcanlı anlarda təhrif 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   979   980   981   982   983   984   985   986   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin