Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə464/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   460   461   462   463   464   465   466   467   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

269 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Eyni süjeti xəttinə nağıllarımızda da rast gəlmək olur. Keçəl özü yaxud qohumları haqsızlığa uğrayır. O, qəzəblənərək 

intiqam almaq qərarına gəlir, nəticə isə demək olar ki, dəyişməz qalır:  şər qüvvələrə mübarizədə keçəl qalib gəlir, 

məqsədinə çatır. “Kəl Həsənin nağılı”, “Nardan qızın nağılı”, “Ceyranın nağılı”, “Keçəl Məhəmməd”, “Keçəlin divanı”, 

“Noxudu keçəl”, “Bulud”, “Toyuq bir qılçlıdı”, “ Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi”, “Daş üzük”, “Şükufə 

xanım”, “Göyçək Fatma”, “ Sehrli üzük”, “ Qızıl qoç”, “ Moltanı padşahı”, “Keçəl” kimi nağıllarımızda bu və ya digər 

formada (baş qəhrəman, yardımçı obraz, keçəl obrazına girmiş qəhrəman və sair) keçəllərə rast gəlinir.  

 “Daş üzük” nağılında əvvəlcə o, yoxsul bir oğlandır, “bir həsir, bir məmmədnəsirdir”, lakin süjet irəlilədikcə, onun 

insaflı olması (gündəlik azuqəsinin haqqını verib pişik, göyərçin alır, özü ac qalsa belə onları doyurur, qayğı göstərir), səbrli 

olması, dözümlə hərəkət etməsi və nəticədə etdiyi yaxşılıqların mükafatını alması keçəlin müsbət cəhətlərlə təqdim təqdim 

olunmasının məntiqi səbəbidir.  

Lakin bəzi nağıllarımızda yalançı keçəllərə - keçəl obrazına girmiş  qəhrəmanlara rast gəlmək mümkündür. 

Qəhrəmanın keçəl cildinə girməsi onu özünü düşmənlərdən qorumaq, tanınmamaq,  ətrafdan gizlənmək niyyəti ilə həyata 

keçirilir. “Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi”, “Şükufə xanım” kimi nağıllar buna misal ola bilər. Adını 

çəkdiyimiz birinci nağılda nağılın kişi-oğlan qəhrəmanı keçəl cildinə girirsə, ikinci nağılda  Şükufə xanım atasından 

gizlənmək üçün bir çobanın köməyi ilə keçəl oğlan libası geyir və çobanlıq edir. Nağıllarımızda keçəllər daha çox oğlan 

kimi təzahür etsə belə az sayda nağıllarımızda keçəl qızlar da var. Məsələn, “Göyçək Fatimə” nağılında Fatimənin ögey 

bacısı keçəl bir qızdır. Həqiqi  keçəl oğlanlar zəkalı, xoşxasiyyət olsalar da, keçəl Fatimə obrazı  bədxasiyyət, eqoist 

xarakterdə  təqdim olunur. Bu, xalq təfəkkürünün gözəllik anlayışı ilə bağlı bir məsələdir. Nağıllarımızda təqdim olunan 

ağıllı, zəkalı, həyalı qadın- qız obrazları əksərən, zahirən gözəl, füsunkar şəkildə təqdim olunur. Xalq öz gözəlini hər tərəfli 

mükəmməl görmək  niyyətindədir, onu belə arzulayır, belə də qələmə verir.  

Xalq dramlarının, məzhəkələrinin  ən komik obrazlarından biri yenə keçəldir. Bu tip məzhəkə  və dramların 

əksəriyyətinin (“Keçəl” məzhəkəsinin) qaravəlli variantı da mövcuddur, bunların bir çoxunda məzmun, ideya, süjet xətti 

əksərən eyni, təqdim olunan keçəllərsə oxşardır. 

Hüseyqulu Sarabskinin “Köhnə Bakı” əsərində Novruz adətlərindən bəhs olunarkən, yazla qışın mübarizəsi Kosa və 

Keçəlin timsalında təqdim olunur. Bəzi mənbələrdə Novruz bayramında Keçəl olbrazının yox, keçinin iştirak etdiyi 

göstərilir.  

Folklorumuzun daha iri həcmli nümunələrində -dastanlarda da keçəl obrazına rast gəlinir. “Kitabi –Dədə Qorqud” 

dastanında Beyrək Oğuz elinə qayıdarkən keçəl obrazına girir. “Koroğlu” dastanında da “Həmzənin Qıratı aparması” 

qolunda Keçəl Həmzə obrazı Koroğlunu hiyləylə aldadır, Qıratı aparır. Burada keçəl yalançı, öz xeyri üçün, bəylik və paşa 

qızı almaq üçün heç nədən çəkinməyən, layiq olmadığı mərtəbəyə can atan, kələkbaz bir obrazdır 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   460   461   462   463   464   465   466   467   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin