II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
426
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
müasir dövrdə keyfiyyətli pedaqoji kadrların hazırlanması iqtisadçı, menecer, həkim, mühəndis, hüquqşünas, yüksək peşə
kompetensiyalarına malik müəllim, dövlət keşiyində duran peşəkar hərbiçi, polis əməkdaşı və s. ixtisas sahiblərinin
hazırlanmasına potensial hazırlıqdır. Çünki həmin peşə-ixtisas sahiblərini hazırlayanlar, formalaşdıranlar məhz ali təhsil
müəssisələrində istər bakalavr, istərsə də magistr pilləsində təhsil alaraq müəllimlik peşəsinə yiyələnən gələcək
müəllimlərdir. Heç də təsadüfi deyildir ki, 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş Təhsil strategiyasında da müəllim
təhsilalanların öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici sima hesab olunur.
Ənənəvi təlim metodlarından fərqli olaraq interaktiv təlim metodlarının tətbiqinin üstünlük təşkil etdiyi müasir şəraitdə
ali pedaqoji təhsil müəssisələrinin bakalavr və magistr pillələrində də interaktiv təlim texnologiyalarından istifadəyə
üstünlük verilməli, istər Azərbaycan, istərsə də digər ölkələr üçün rəqabətə davamlı, peşəkar pedaqoji kadrların
hazırlanmasına şərait yaradılmalıdır. Strategiyada da göstərildiyi kimi bunun üçün təhsilin bütün pillələri, o cümlədən ali
təhsil üzrə yeni kurikulumların, səriştəyə əsaslanan standartların hazırlanması, öyrənmə və öyrətmə prosesinin keyfiyyətinin
yüksəldilməsi, təhsilalanların müasir təhsil, tərbiyə, inkişaf texnologiyalarından baş çıxarmaları, diaqnozlaşdırma,
proqnozlaşdırma layihələşdirmə və s. funksiyaları bilmələri, yüksək tədqiqatçılıq keyfiyyətinə malik olmaları zəruri hesab
olunur.
Ali pedaqoji məktəblərdə təlim prosesində interaktiv təlim texnologiyalarından geniş istifadə etməklə təkcə
bakalavriatların deyil, magistrların da müəllimlik fəaliyyətinə hazırlanmalarını intensivləşdirmək mümkündür. Bu proses ali
məktəblərdə çalışan professor-müəllim heyətindən təlim prosesində interaktiv təlim metodlarının tətbiqinə geniş yer
vermələrini tələb edir.
Ölkəmizdə müəllim hazırlığının real vəziyyəti, bu sahədə keyfiyyətin yüksəldilməsi, hazırlanan konsepsiya və
strategiyalar və s. magistrantların interaktiv təlim texnologiyaları əsasında müəllimlik fəaliyyətinə hazırlanmalarını
intensivləşdirməyi tələb edir. Araşdırmalar göstərir ki, hazırda müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də,
bütövlükdə ali təhsil müəssisələrinin kurikulumları əmək bazarının müasir şərtlərinə uyğun gəlmir. Ali təhsil pilləsində
kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır. Dövlətimizin ali pedaqoji təhsillilərdən gözləntiləri
böyükdür. Çünki millətin gələcəyi bu gün hazırlanan pedaqoji kadrlardan çox asılıdır.
Köhnə stereotiplərdən azad olaraq, müasir dünya təcrübəsini öyrənib səmərəli şəkildə ölkəmizdə tətbiq etməklə, müasir
təlim texnologiyalarına (aktiv və interaktiv təlim texnologiyaları) yiyələnməklə təlim prosesini və müəllim hazırlığını
təkmilləşdirmək mümkündür. Ona görə də interaktiv təlim texnologiyalarının tətbiqini genişləndirməklə magistrantların
müəllimlik fəaliyyətinə hazırlanmalarının intensivləşdirilməsi günümüzün əsas reallıqlarından biridir. Bu baxımdan
interaktiv təlim metodları vasitəsilə müəllim hazırlığının intensivləşdirilməsini təmin edən şərtlərə aşağıdakıları aid etmək
olar:
1) müasir elmi-texniki, pedaqoji-metodik tələblərə cavab verən interaktiv təlim texnologiyalarından istifadə etməklə
magistrlərin müəllimlik fəaliyyətinə hazırlanmaları;
2) magistratura pilləsində interaktiv təlim metodlarının geniş tətbiqinə imkan yaradan fənlər üzrə yaradıcı işləyən, tədris
prosesini müasir dövrün tələbləri səviyyəsində quran ali məktəb müəllimlərinin təcrübəsinin öyrənilməsi və digər
fənlərin tədrisinə tətbiqi;
3) interaktiv təlim texnologiyaları ilə bağlı xarici ölkə təcrübəsinin öyrənilməsi və Respublikanın ali təhsil
müəssisələrində onların təcrübəsindən səmərəli istifadə edilməsi;
4) interaktiv təlim texnologiyalarının tətbiqində intellektuallığın nəzərə alınması;
5) interaktiv təlim texnologiyalarının tətbiqində maddi-texniki təminatın nəzərə alınması;
6) interaktiv təlim texnologiyalarının tətbiqində pedaqoji-metodik ustalığın nəzərə alınması;
7) interaktiv təlim texnologiyalarının tətbiqində həyatla əlaqəlilik və fəaliyyət üçün praktik hazırlığın nəzərə alınması;
8) interaktiv təlim texnologiyaları vasitəsilə gələcək müəllimlərin müstəqil fəaliyyətinin səmərəli həyata keçirilməsinin
təmin olunması və s.
Dostları ilə paylaş: |