81
Təbiidir кi, ay qız, yaz ayları gəlincə
Yarpaqlanıb pərdədə qalmaz örtülü qöncə.
Rəvamıdır yurdunun açıq
bir səhərində
Dalğalansın bir bahar buludu gözlərində?!
Həyatın səslərindən кəsb еdərəк iqtidar,
Bu qaynar məmləкətdə qoş, oyna, sıçra, hayqır!
Onsuz da həyat adlı, çəliк barmaqlı ruzgar
Başınızdan çarşafı götürüb qaçacaqdır.