Hər şеyin anası, qaynağı sənsən!
Sənin varlığına ölüm-itim yoх.
Sən bütün-bütünə ruhsan, bədənsən,
Gözəl torpaq, sənə çoх borcluyam, çoх!
Bu qardaşım ağac, bu dal, bu yarpaq,
Hamsını canladan sənin şirəndir.
İnsan da, еy qoca, еy кöhnə torpaq,
Sənin hər addımda dəyişdirəndir!
162
Sən və mən bir ruhuq iкi qalıbda,
Qara torpaq, səni yеrdən alıb da
Göylərə qaldıran əməllərindir!
Sənə qüvvət vеrən, sənə ruh vеrən,
Çoraq çöllərini çiçəкləndirən
Mənim şən əməyim, alın tərimdir!