3
GİRİŞ
Tə
dqiqat iş
inin aktuallığ
ı
.
Ölkənin ərzaq təhlükəsizliyi onun iqtisadi və milli
təhlükəsizliyinin ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi
dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi
problemlərdən biridir. Qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyi dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir. Belə ki, bu problemin həlli milli,
iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir. Buna
görə də dövlət səviyyəsində sosial-iqtisadi sistem ərzaq təhlükəsizliyi ilə sıx
ə
laqədardır. Məhz bu baxımdan ərzaq təhlükəsizliyinin təmini daxili resursların
mobilizə edilməsinə əsaslanmışdır. Bu yanaşma milli iqtisadi islahatlar
strategiyasının işlənib hazırlanması, dayanıqlı inkişafı, effektiv hüquqi normaların
istifadəsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı bir çox dəyişikliklərə
ə
saslanır.
Qeyd etmək lazımdır ki, bəşəriyyət səviyyəsində ərzaq təhlükəsizliyi
“beynəlxalq əmək bölgüsündə maksimal iştirak və dünya bazarında özünəməxsus
şə
kildə “ərimə və ya aqrar proteksionizm”dir, bəşəriyyətin gələcəyini təyin edən
dayanıqlı inkişafdır. Dayanıqlı inkişaf isə ərzaq da daxil olmaqla təbii resurslardan
balanslaşdırılmış istehlaka əsaslanır.
Dostları ilə paylaş: