Mövcudluq
- keyfiyyət və kəmiyyət baxımından yeməyə yararlı və
sağlamlıq üçün təhlükəsiz olan ərzaq məhsullarının hazır olması, ölkə
səviyyəsində ərzaq mövcudluğu ehtiyatlar, idxal, humanitar yardımlar və yerli
istehsaldan əldə edilən məhsulları özündə əks etdirir.
Ə
ldə etmək imkanları
- ailənin (ev təsərrüfatının) və onların hər üzvünün
tam qidalanması məqsədilə, tələb edilən ərzaq məhsulları əldə etmək üçün
kifayət qədər resurslara malik olmasını nəzərdə tutur. Resurslar dedikdə isə ailənin
(ev təsərrüfatının) sərancamında olan kapital, işçi qüvvəsi, bilik, bacarıq, habelə
14
qiymətlərin səviyyəsi nəzərdə tutulur. Ailənin (ev təsərrüfatının) əldə etmək
imkanlarında olan gəlirlərə daha çox əhəmiyyət verilir.
Dostları ilə paylaş: |