Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə40/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   36   37   38   39   40   41   42   43   ...   46
mm cavab01az

Kalsium hipoxloridin üçdə iki əsas duzu (DTS QK) – 2.5 faizli məhlul halında 
binaları, zibil quyularını, yük vaqonlarını, torpağı və s. zərərsizləşdirmək üçün 
tətbiq edilir. 
Lizol – 3-5 faizli məhlul halında maye ifrazatları, binaları, dəri və rezin 
məmulatları, ayaqqabıları, əlləri zərərsizləşdirmək, alt və üst paltarları islatmaq 
üçündür. 
Formalin – formaldehidin 40 faizli suda məhluludur. Dezinfeksiya 
kameralarında dəri və xəz əşyaları zərərsizləşdirmək, toxumaları məhv etmək üçün 
işlədilir. 
44. Dezaktivasiya və onun əsas məqsədi. 
Dezaktivasiya – qurğulardan, binalaradan, paltardan, sudan, qida 
məhsullarından və s. radioaktiv maddələrin təmizlənməsidir. 


Radioaktiv yoluxma zonasından çıxdıqdan sonra təcili surətdə dezaktivasiya
yəni, radioaktiv tozu kənar etmək lazımdır. İnsan bədənindən radioaktiv 
maddələrin kənar edilməsi sanitar təmizlənməsi ilə həyata keçirilir.
Dezaktivasiya nüvə istehsalında, radioaktiv izotoplarla iş zamanı təhlükəsizlik 
qaydalarına riayət edilmədikdə, radioaktiv tullantılar daşınarkən baş verən 
qəzalardan sonra ətraf mühitin radioaktiv çirklənməsi zamanı həyata keçirilir. 
Müharibə dövründə dezaktivasiya tədbirləri düşmənin nüvə silahının tətbiqindən 
sonra nəticələrin aradan qaldırılması zamanı həyata keçirilir. Bundan da əlavə
radioaktiv maddələrlə işləyən heyətin dezaktivasiyası planlı şəkildə daima həyata 
keçirilir. 
Radioaktiv yoluxma ilə mübarizədə radioaktiv maddələrin obyektlərin 
üzərindən kənar edilməsi yeganə yoldur. Bu onunla izah olunur ki, radioaktiv 
maddələrdə elementlərin radioaktiv bölünməsi baş verir. Bölünmənin sürətini 
artırmaq və ya azaltmaq mümkün deyil, radioaktiv maddələri mikroorqanizmlər 
kimi məhv etmək və ya kimyəvi maddələr kimi neytrallaşdırmaq mümkün deyil.

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin